• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Apellyasiya müsahibələrinin keçiriləcəyi tarix açıqlanıb

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr 8-9 sentyabr tarixlərində, onlayn formatda və Microsoft Teams platforması üzərindən təşkil olunacaq. Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək. Namizədlərə müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla tanış olmaq tövsiyə olunur. Müsahibə iştirakçılarına uğurlar arzulayırıq!

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçimi

3 sentyabr saat 18:00-dan etibarən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçimlərinə start verilir.   Proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək vakansiya seçimi 6 sentyabr saat 18:00-dək davam edəcək. Müddətli müqavilə ilə işə qəbul üçün vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər.   Müsabiqənin hazırkı vakansiya seçimlərində iştirak etmək istəyən namizədlər yuxarıda qeyd olunan tarixədək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.   Vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.   Qeyd edək ki, müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Yeni yaranan, əvvəlki turlarda tutulmayan vakant yerlər növbəti müddətli müqavilə ilə işə qəbul turlarında vakansiyaya çıxarılacaq, həmçinin tədris ili ərzində yaranan vakant yerlərə əlavə yerləşdirmə həyata keçiriləcək.   Namizədlərə vakansiya seçimi etdikdən sonra elektron ərizəsini təsdiqləməyi unutmamağı tövsiyə edirik.

Vətəndaşların qəbulu noyabrın 1-dək dayandırılıb

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2021-ci il noyabrın 1-dək fəaliyyətini dayandırıb.   Bununla yanaşı, mövcud pandemiya şəraitində Təhsil Nazirliyi tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılır və bu sahənin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür. 15 fevral 2021-ci il tarixindən Təhsil Nazirliyində vətəndaşların qəbulu videoqəbul formatında təşkil edilir. Videoqəbulda iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin əlaqə hissəsindən “Videoqəbul” bölməsi (https://edu.gov.az/az/contact) vasitəsilə və ya “Çağrı Mərkəzi”nin 146-1 nömrəli telefonuna zəng edərək qəbula yazıla bilərlər.    Qeyd edək ki, Təhsil Nazirliyinin strukturuna daxil olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən də 6 sentyabr 2021-ci il tarixindən vətəndaşların qəbulu videoqəbul formatında keçiriləcək. Videoqəbulların keçirilməsində məqsəd TKTA tərəfindən göstərilən xidmətlərin şəffaf və keyfiyyətli həyata keçirilməsi və vətəndaşların rahatlığının təmin olunmasıdır. Videoqəbulda iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin “Çağrı Mərkəzi”nin 146-1 nömrəli telefonuna (yalnız iş günləri) zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/az/contact_us) üzərindən elektron müraciət olunmaqla videoqəbula yazıla bilərlər.

Prezident Sumqayıt şəhərində 20 nömrəli tam orta məktəbin açılışında iştirak edib

Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan 1100 şagird yerlik Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə də tanış olub.   Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi.   Bildirildi ki, təhsil müəssisəsində 42 sinif otağı, fənn kabinələri, laboratoriyalar, əmək və hərbi təlim otaqları, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.   Qeyd edək ki, son illərdə dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrindən biri də bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsidir. Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə də yaradılan şərait Azərbaycanda təhsil sahəsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının əyani göstəricisidir. Paytaxtla yanaşı, digər şəhərlər də yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması ölkəmizdə təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində aparılan işlərin tərkib hissəsidir. Bütün bu işlər həm də Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısının olduğunu göstərir. Bu da təsadüfi deyil. Çünki Azərbaycan dövlətinin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin bilikli və savadlı, yüksək intellektual potensiala malik yetişdirilməsidir.   https://president.az/

10 azərbaycanlı Latviyada təhsil təqaüd proqramı qazanıb

Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın nəticəsi olaraq, 2021-2022-ci tədris ili üzrə 10 nəfər azərbaycanlı Latviyanın təqaüdünə layiq görülüb. Latviya hökumətinin bu təqaüdünü qazanan 27 ölkə üzrə Azərbaycan ilk beşlikdədir:   S/s Ən çox təqaüd qazanan ölkələrin sıyahısı Müxtəlif təhsil səviyyələri üzrə təqaüdçülərin sayı 1. Ukrayna 19 2. Almaniya 11 3. Finlandiya 10 4. Azərbaycan 10 5. İtaliya 9 6. İsveç 8 7. Özbəkistan 8 8. İsrail 7 9. Qazaxıstan 7 10. Norveç 5 11. Türkiyə 5     Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində saziş üzrə Azərbaycan vətəndaşları Latviyanın “Riga Technical University”, “University of Latvia” və “Rīga Stradiņš University” ali təhsil müəssisələrində müxtəlif ixtisaslar və təhsil səviyyələri  üzrə təhsilini davam etdirmək hüququ qazanıb.   Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə cari ilin 4 fevral 2021-ci il tarixində elan verilib.

Rusiyada 2022-2023-cü tədris ili üçün təqaüdlü təhsil imkanı

Rusiya Federasiyası (RF) 2022-2023-cü tədris ili üzrə RF federal büdcə hesabına təhsil təqaüd proqramı elan edir.   Bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə elan edilən təqaüd proqramına müraciət üçün yaş məhdudiyyəti yoxdur. Proqram çərçivəsində tədris rus dilində aparılacaq.   Təqaüd proqramına müraciət üçün son tarix 1 noyabr 2021-ci il nəzərdə tutulub.    Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

İnklüziv təhsil üzrə təlimlərin icrasına başlanılıb

Təhsil Nazirliyi, Təhsil İnstitutu və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi üzrə təlimlərin icrasına başlayıb.   İlk təlimlər 23-25 avqust 2021-ci il tarixlərində inklüziv təhsil tətbiq olunacaq şəhər və bölgələrin psixoloji-tibbi-pedaqoji komissiyalarına keçirilib. 37 nəfər komissiya üzvünün iştirak etdiyi 3 günlük təlimlərdə inklüziv təhsil, əlillik, əlilliyi olan uşaqların funksionallığına dair Beynəlxalq Təsnifat, o cümlədən inklüziv siniflərdə təlim-tədris prosesinin təşkili qaydaları müzakirə edilib.   Təlimlər zamanı iştirakçılara layihə haqqında məlumat verilib və layihəyə cəlb olunacaq mütəxəssislərin vəzifələri, layihədə rolu, həmçinin əlilliyi olan uşaqların valideynləri ilə iş kimi mövzular əhatə edilib.   Bundan əlavə, “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda keçirilmiş 36 akademik saatlıq təlimdə ümumilikdə 63 nəfər məktəb heyəti iştirak edib. 26-31 avqust 2021-ci il tarixlərində keçirilmiş 6 günlük təlimlərdə inklüzivlik və inklüziv təhsilin əsasları, əlillik və əlilliyə tibbi və sosial yanaşma, uşaqyönlü pedaqogika, universal öyrənmə dizaynı, inklüziv dərslərin planlaması kimi mövzular müzakirə olunub.   Çoxsaylı interaktiv oyunların keçirildiyi bu təlimlərdə, həmçinin əsas sinif strategiyaları, diferensiallaşdırma və inklüziv siniflərdə qiymətləndirmə mövzuları da əhatə edilib və inklüziv təhsilin həyata keçirilməsində müəllim, valideyn, icma və digər tərəfdaşlar arasında əməkdaşlığın əhəmiyyətinin olduqca vacib olduğu vurğulanıb.

“Rəqəmsal bacarıqlar” – 2021/2022-ci tədris ilində

2021-2022-ci tədris ilində "Rəqəmsal bacarıqlar" layihəsinin 16 şəhər və rayonu əhatə edəcəyi planlaşdırılıb. Layihəyə Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Şamaxı, Lənkəran, Biləsuvar, Mingəçevir, Xaçmaz, Yevlax, Sabirabad, Salyan, Şəmkir, Göyçay, Şabran şəhər və rayonları üzrə 250 məktəbdə tədris alan 190 min şagirdin cəlb olunacağı gözlənilir. Həmçinin layihədə, ümumi olaraq, 1500-dən çox müəllim heyətinin tədris edəcəyi də istisna deyil.   Bundan başqa,  yeni tədris ilində mövcud məktəblərdə siniflərin sayının artırılması, yeni şəhər və rayonlar üzrə məktəblərin layihəyə qoşulması da planlaşdırılır.   Qeyd edək ki, 2017-2018-ci tədris ilindən etibarən təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli və məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etmək məqsədilə ümumtəhsil məktəblərində “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqinə başlanılıb.   

Yüksək texniki peşə təhsili üçün müəllim seçimi davam edir

Peşə təhsili müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədris aparacaq müəllimlərin işə qəbulu müsabiqəsi davam edir.    İştirak etmək istəyən namizədlər 5 sentyabr saat 23:59-dək "Müraciət forması"nı bölmələr üzrə tam doldurmalıdırlar. Hər bir müraciətçiyə ən çoxu 2 yaxın ixtisas üzrə 5 vakansiya seçmək hüququ verilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində vakant yerlərin siyahısı yerləşdirilib.    Yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə aparılacaq. Müsabiqə çərçivəsində ümumilikdə 55 vakant yer elan olunub.    İşə qəbul müsabiqəsi 2 mərhələdən ( elektron müraciət və müsahibə mərhələləri) ibarətdir.    Qeyd edək ki, seçim zamanı müvafiq ixtisas üzrə təhsil, iş və tədris təcrübəsi, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcək.

Peşə təhsili üzrə tələbə qəbulunun II mərhələsinə start verilir

Sentyabrın 2-dən 2021-2022-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan yerlər üzrə tələbə qəbulunun II mərhələsinə başlanılır.  Müraciətlər portal.edu.az platforması üzərindən ödənişsiz qaydada aparılır. Boş qalan yerlərə sənəd qəbulu 6 sentyabr saat 23:59-dək davam edəcək. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi edə bilərlər.  Qeyd edək ki, peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı  yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı