SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Rəqəmsal bacarıqlar” – 2021/2022-ci tədris ilində
2021-2022-ci tədris ilində "Rəqəmsal bacarıqlar" layihəsinin 16 şəhər və rayonu əhatə edəcəyi planlaşdırılıb. Layihəyə Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Şamaxı, Lənkəran, Biləsuvar, Mingəçevir, Xaçmaz, Yevlax, Sabirabad, Salyan, Şəmkir, Göyçay, Şabran şəhər və rayonları üzrə 250 məktəbdə tədris alan 190 min şagirdin cəlb olunacağı gözlənilir. Həmçinin layihədə, ümumi olaraq, 1500-dən çox müəllim heyətinin tədris edəcəyi də istisna deyil.
Bundan başqa, yeni tədris ilində mövcud məktəblərdə siniflərin sayının artırılması, yeni şəhər və rayonlar üzrə məktəblərin layihəyə qoşulması da planlaşdırılır.
Qeyd edək ki, 2017-2018-ci tədris ilindən etibarən təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli və məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etmək məqsədilə ümumtəhsil məktəblərində “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqinə başlanılıb.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl