• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələrindən uğurlu nəticələr

24-27 avqust 2021-ci il tarixlərində Estoniyanın Tallin şəhərində keçirilən taekvando idman növü üzrə yeniyetmələr arasında Avropa çempionatında “Təhsil” Respublika İdman Məktəbinin 6 nömrəli İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin yetirməsi İlyas Hətəmli Azərbaycan Milli yığma komandasının tərkibində ölkəmizi layiqli təmsil edərək bürünc medala layiq görülüb.   17-19 avqust 2021-ci il tarixlərində Latviyanın Riqa şəhərində təşkil olunan, 37 ölkədən 539 idmançının mübarizə apardığı cüdo üzrə Avropa birinciliyində Təhsil Nazirliyinin 13 nömrəli İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin yetirmələri 60 kq çəki dərəcəsində Aydın Rzayev II yer, Zahir Ağazadə III yerə layiq görülüb.   19-22 avqust 2021-ci il tarixlərində veloidman üzrə İsmayıllı şəhərində keçirilən Azərbaycan Çempionatında “Təhsil” Respublika İdman Mərkəzinin 7 nömrəli İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançıları Ayan Məmmədzadə U-15 qızlar arasında qrup ötüşmələrində I yeri, fərdi ötüşmələrdə II yeri, U-15 oğlanlar arasında Maksim Trendilov qrup ötüşmələrində II yeri, fərdi ötüşmələrdə III yeri, U-17 qızlar arasında İradə Əbdürəhmanova qrup və fərdi ötüşmələrdə II yeri, gənclər arasında Lalə Əbdürəhmanova qrup və fərdi ötüşmələrdə II yeri tutub.

Peşə təhsili üzrə elektron tələbə qəbulunun II mərhələsi başlayır

Sentyabrın 2-dən 2021-2022-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan yerlər üzrə tələbə qəbulunun II mərhələsinə start veriləcək.   II mərhələdə də müraciətlər “portal.edu.az” platforması üzərindən ödənişsiz qaydada aparılır. Boş qalan yerlərə sənəd qəbulu 6 sentyabr saat 23:59-dək davam edəcək. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.   Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıq olacaq.   Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı  yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.

Təhsil avtobusu Qarabağ bölgəsindən olan şagirdlər üçün yola düşür

“Təhsil avtobusu – Qayıdış” layihəsi çərçivəsində işğaldan azad olunan bölgələrdən olan şagirdlərin yaşadığı rayonlara səfər planlaşdırılır.    Artıq 5 ildir ki Təhsil Nazirliyinin təşkilatçısı, dövlət və özəl müəssisələrin korporativ sosial məsuliyyət çərçivəsində dəstəkçi və tərəfdaşı olduğu “Təhsil avtobusu” layihəsi bu il Bakı - Sumqayıt - Ağcabədi - Bərdə - Gəncə - Oğuz - Bakı marşrutu üzrə səyahət edəcək.    7-14 sentyabr tarixlərində icra ediləcək “Təhsil avtobusu – Qayıdış” layihəsi bu bölgələrdə yerləşən, göstəriciləri zəif və orta olan məktəblərin şagirdlərini əhatə edəcək. 6 bölgənin hər birində 32 nəfər olmaqla ümumilikdə, 192 şagird layihədə iştirak edəcək.   Qeyd edək ki, Qarabağa qayıdışa həsr olunan layihənin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə marağın artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.   Layihə çərçivəsində Qarabağ mövzuları əsasında interaktiv dərslər, fərdi inkişaf təlimləri və intellektual yarışlar keçiriləcək. 

Təhsil nazirinin növbəti videoqəbulu keçiriləcək

Təhsil naziri Emin Əmrullayev 10 sentyabr 2021-ci il saat 16:00-da Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayon sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.   Qeyd olunan rayonların sakinləri 1-8 sentyabr (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri) zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/contact_us) vasitəsilə elektron müraciət edərək videoqəbula yazıla bilərlər.   Videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə  genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.   Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir.   Videoqəbulda vətəndaşın müraciəti ilə bağlı lazımi sənədlərin təqdim edilməsi zərurəti yarandıqda,  ona həmin sənədləri birbaşa qəbulun keçirildiyi qurumun səlahiyyətli işçisinə və ya elektron formada təqdim etmək imkanı yaradılacaq. Həmin sənədlər araşdırılması üçün Təhsil Nazirliyinə yönləndiriləcək.   Araşdırma tələb edən müraciətlərin cavablandırılması vətəndaşın qeyd etdiyi elektron ünvan vasitəsilə elektron formada, yaxud müraciət edənin xahişinə əsasən poçt ünvanı ilə yazılı və ya əlaqə telefonu vasitəsilə şifahi qaydada həyata keçiriləcək.

Peşə təhsili müəssisələrinə müəllim seçimi davam edir

Yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədris aparacaq müəllimlərin işə qəbulu müsabiqəsinin elektron müraciət mərhələsi 5 sentyabr tarixinədək davam edəcək.   Namizədlər 5 sentyabr saat 23:59-dək "Müraciət forması"nı bölmələr üzrə tam doldurmalıdırlar. Hər bir müraciətçiyə ən çoxu 2 yaxın ixtisas üzrə 5 vakansiya seçmək hüququ verilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində vakant yerlərin siyahısı yerləşdirilib. Müsabiqə çərçivəsində ümumilikdə 55 vakant yer elan olunub.   Yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə aparılacaq.    İşə qəbul müsabiqəsi 2 mərhələdən ( elektron müraciət və müsahibə mərhələləri) ibarətdir.   Qeyd edək ki, seçim zamanı müvafiq ixtisas üzrə təhsil, iş və tədris təcrübəsi, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcək.

Apellyasiya müraciətləri üçün qeydiyyat başa çatıb

Avqustun 30-da müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üzrə uğur qazanmayan namizədlərin apellyasiya müraciətlərinin qəbulu başa çatıb. Apellyasiyada iştirak etmək üçün 365 nəfər müraciət edib. Növbəti mərhələdə müraciət etmiş şəxslər üçün onlayn formatda apellyasiya müsahibələrinin təşkil edilməsi nəzərdə tutulub.   Müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən müsahibələr onlayn formatda təşkil olunacaq. Müsahibə mərhələsində iştirak edəcək şəxslərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix və saat barədə məlumat göndəriləcək.   Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.   Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla tanış olmağı tövsiyə olunur. Müsahibə iştirakçılarına uğurlar arzulayırıq!

Gənc müəllimlər arasında futzal yarışın final mərhələsi

"Gənc müəllimlərə çağırış: sağlam bədəndə sağlam ruh!” - gənc müəllimlər arasında futzal yarışı” layihəsinin final mərhələsi və bağlanış mərasimi keçirilib.    Bağlanış mərasimi “Mars Overseas Baku LTD” MMM-in ( Pepsi Azerbaijan ) maliyyə dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.    Birlik (Saatlı) - Pepsi (Bakı) komandaları arasında keçirilən yarış Birlik (Saatlı) komandasının  7 - 2 qələbəsi ilə yekunlaşıb.    Bağlanış mərasimində layihənin rəhbəri Hüseyn Hüseynov çıxış edərək layihənin keçirilmə məqsədindən danışıb və iştirak edən bütün komandalara uğurlar arzulayıb. Bildirilib ki, layihə çərçivəsində ölkənin 20 şəhər və rayonunda çalışan gənc müəllimlərdən ibarət 16 komandanın 140 üzvü iştirak edib.    Tədbirdə iştirak edən Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, “Mars Overseas Baku LTD” MMM-dən Cavid Dadaşov çıxış edərək öz təəssüratlarını bölüşüblər.  Layihədə iştirak edən komandalar müxtəlif nominasiyalar üzrə diplomlar və hədiyyələrlə təltif olunublar.   

Yüksək texniki peşə təhsilini tədris edəcək müəllimlərin işə qəbulu davam edir

Peşə təhsili müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədris aparacaq müəllimlərin işə qəbulu müsabiqəsi davam edir.   İştirak etmək istəyən namizədlər 5 sentyabr saat 23:59-dək "Müraciət forması"nı bölmələr üzrə tam doldurmalıdırlar. Hər bir müraciətçiyə ən çoxu 2 yaxın ixtisas üzrə 5 vakansiya seçmək hüququ verilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində vakant yerlərin siyahısı yerləşdirilib.   Yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə aparılacaq. Müsabiqə çərçivəsində ümumilikdə 55 vakant yer elan olunub.   İşə qəbul müsabiqəsi 2 mərhələdən ( elektron müraciət və müsahibə mərhələləri) ibarətdir.   Qeyd edək ki, seçim zamanı müvafiq ixtisas üzrə təhsil, iş və tədris təcrübəsi, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcək.

Xaricdə təhsil almaq hüququ qazanmış tələbələrlə onlayn görüş

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ilində Macarıstan, Çin və Rumıniyada təhsil almaq hüququ qazanmış bir qrup tələbə ilə onlayn görüş keçirilib.   Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov HTP çərçivəsində təhsil almaq üçün müraciət edənlərin sayının ildən-ilə artdığını diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, 2021-2022-ci tədris ili üçün keçirilən müsabiqədə seçim yüksək rəqabətlilik şəraitində baş tutub. Azərbaycan gənclərinin xaricdə təhsil almasının əhəmiyyətinə toxunan Firudin Qurbanov onların ölkəmizin dinamik inkişaf prosesinə töhfə verəcəklərinə əminliyini ifadə edib.   Nazir müavini sonda hər bir tələbəni təbrik edib və onlara təhsil alacaqları ölkələrdə Azərbaycanın mədəniyyəti, tarixi və incəsənətinin təbliği, vətənpərvərlik məsələsinin daim diqqətdə saxlanılması ilə bağlı tövsiyələrini çatdırıb.   Görüşün sonunda tələbələr öz fikirlərini bölüşüb, onları maraqlandıran suallarla bağlı fikir mübadiləsi aparılıb.   Qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə Macarıstanda 148, Çində 21 və Rumıniyada isə 3 nəfər təhsil almaq hüququ qazanıb. Macarıstan, Çin və Rumıniya hökumətləri tərəfindən namizədliyi təsdiq olunan tələbələr təhsilini sözügedən ölkələrin aparıcı ali təhsil müəssisələrində, bakalavriat, baza ali tibb təhsili, magistratura və doktorantura səviyyələrində davam etdirəcəklər.   HTP çərçivəsində Çində təqaüdlü təhsil almaq hüququ qazanmış tələbələr arasında 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş mayor Ruslan Cəfərovun oğlu Raul Cəfərli də yer alıb. Raul Cəfərli təhsilini Çinin “Beijing Institute of Technology” ali təhsil müəssisəsində informasiya texnologiyaları ixtisası üzrə bakalavriat səviyyəsində alacaq.

Peşə təhsili müəssisələrinə qeydiyyatın son günü

Avqustun 30-da peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsində uğur qazanmış şəxslərin qəbul olunduğu peşə təhsili müəssisəsinə qeydiyyatı yekunlaşır. Həmin şəxslər bu gün saat 18:00-dək tələb olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.   Tələb olunan sənədlər aşağıdakılardır: - Attestatın əsli; - Sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış; - Sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi; -  Şəxsiyyət vəsiqəsinin surəti; -  3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil; - Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi; - Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.   Qeyd edək ki, qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. 

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı