• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Vətəndaşların qəbulu noyabrın 1-dək dayandırılıb

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2021-ci il noyabrın 1-dək fəaliyyətini dayandırıb.

 

Bununla yanaşı, mövcud pandemiya şəraitində Təhsil Nazirliyi tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılır və bu sahənin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür. 15 fevral 2021-ci il tarixindən Təhsil Nazirliyində vətəndaşların qəbulu videoqəbul formatında təşkil edilir. Videoqəbulda iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin əlaqə hissəsindən “Videoqəbul” bölməsi (https://edu.gov.az/az/contact) vasitəsilə və ya “Çağrı Mərkəzi”nin 146-1 nömrəli telefonuna zəng edərək qəbula yazıla bilərlər. 

 

Qeyd edək ki, Təhsil Nazirliyinin strukturuna daxil olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən də 6 sentyabr 2021-ci il tarixindən vətəndaşların qəbulu videoqəbul formatında keçiriləcək. Videoqəbulların keçirilməsində məqsəd TKTA tərəfindən göstərilən xidmətlərin şəffaf və keyfiyyətli həyata keçirilməsi və vətəndaşların rahatlığının təmin olunmasıdır. Videoqəbulda iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin “Çağrı Mərkəzi”nin 146-1 nömrəli telefonuna (yalnız iş günləri) zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/az/contact_us) üzərindən elektron müraciət olunmaqla videoqəbula yazıla bilərlər.


3 il əvvəl