• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yeni Peşə Təhsil Mərkəzində müəllim işləmək istəyənlərin nəzərinə

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində müəllim işləmək istəyən namizədlər üçün işə qəbul prosesi həyata keçirilir.

İnformasiya kommunikasiya texnologiyaları, avtomatlaşdırma, tikinti, mexanika, elektronika, elektrotexnika, sənaye quraşdırma  və avtomobil ixtisasları üzrə təşkil edilən işə qəbul prosesi fevralın 28-dək davam edəcək.

Müəllim və ya müəllim köməkçisi işləmək istəyən namizədlər yuxarıda göstərilən ixtisaslar üzrə peşə və ya ali təhsilli olmalı,  sənaye təcrübəsi, Azərbaycan, rus və ingilis dili biliklərinə malik olmalıdır.

Seçim zamanı peşə təcrübəsi olanlara üstünlük veriləcək.

Namizədlər CV-lərini yuxarıda qeyd olunan ixtisaslardan birini “Mövzu” hissəsində qeyd etməklə, recruiting.bsii@vet.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd edək ki, ən son texnoloji imkanlara malik Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında qurulan müasir təhsil kompleksidir.

 


5 il əvvəl