SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri ilə görüş
Təhsil nazirinin müavini Firudin Qurbanov Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri ilə görüşüb. Görüş zamanı nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar və onların müsbət tendensiyaları barədə qonaqlara məlumat verib. Firudin Qurbanov son 15 ildə ölkəmizdə 3300-ə yaxın ümumi təhsil müəssisəsinin tikildiyini və ya əsaslı şəkildə təmir edildiyini, müəssisələrin maddi-texniki bazasının yeniləndiyini vurğulayıb. Görüş zamanı ölkəmizdə təhsil siyasətinin prioritetlərindən birinin də peşə təhsilinin olduğu bildirilib. Qeyd olunub ki, məhz peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən, gənclər arasında məşğulluğun təmin edilməsinə xidmət göstərən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını həyata keçirən aparıcı təhsil pilləsidir. Bu sistemin yenidən qurulması, çevik idarəetmənin təmin edilməsi məqsədilə son illərdə peşə təhsili şəbəkəsi oplimallaşdırılıb, 24 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılıb, mühəndis- pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi aparılıb və onların əməkhaqqı artırılıb. Eyni zamanda Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə imzalanmış Kredit Sazişinə əsasən Bakı şəhərində Peşə Təhsili Mərkəzinin tikintisi başa çatdırılıb, burada ən müasir infrastruktur yaradılıb. Bununla yanaşı, Avropa İttifaqının dəstəyi ilə 4 layihənin icrasına başlanılıb. Regionlarda peşə təhsili müəssisələrində infrastrukturun müasirləşdirilməsi, yeni məzmunun hazırlanması və mühəndis-pedaqoji heyət üçün təlimlərin təşkili ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Firudin Qurbanov həmçinin Azərbaycanla Ukrayna arasında tələbə mübadiləsi istiqamətində geniş əməkdaşlığın mövcudluğunu vurğulayıb, Ukraynada 7000-ə yaxın azərbaycanlı tələbənin, ölkəmizdə isə Ukrayna vətəndaşlarının təhsil aldığını qeyd edib. Ümumilikdə ali təhsilin qarşısında duran mühüm vəzifələrdən danışan nazir müavini cəmiyyətin müasir inkişaf səviyyəsinə adekvat olan yüksək ixtisaslı, peşəkar, rəqabətqabiliyyətli kadrların hazırlanması kontekstində “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi vurğulayıb. Ukrayna Ali Radasının nümayəndə heyəti adından çıxış edən Ukrayna Ali Radasının Təhsil, Elm və İnnovasiyalar üzrə Komitəsinin sədri Valeriy Kolyux iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyətindən məmnunluğunu ifadə edib və bu əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib.
11/02/2020 16:22
Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək
Fevralın 23-də cari tədris ili üçün Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Yarımfinal turu Bakı şəhərində 6, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 11 mərkəz olmaqla ümumilikdə 18 mərkəzdə təşkil ediləcək. Şagirdlərin yarımfinal tur üçün qeydiyyat və yerləşdirilməsi prosesi www.olimpiada.edu.az saytı vasitəsilə 15 fevral 2020-ci il tarixinə qədər həyata keçirilir. Qeyd edək ki, Respublika fənn olimpiadasının rayon (şəhər) mərhələsi yanvarın 12-də 33784 şagirdin iştirakı ilə keçirilib. Qaydalara əsasən, respublika mərhələsinin yarımfinal turunda rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və əvvəlki tədris ilində beynəlxalq olimpiada qalibi olmuş məktəblilər (ümumilikdə 5396 nəfər) iştirak etmək hüququ qazanıb. Bu mərhələdə IX sinif və xüsusi istedadı ilə seçilən VIII sinif şagirdləri aşağı yaş qrupu, X və XI sinif şagirdləri yuxarı yaş qrupu üzrə yarışacaqlar. Yarımfinal turunda ən çox iştirakçı 1387 nəfər olmaqla Azərbaycan dili və ədəbiyyat fənni üzrə, ən az iştirakçı isə 161 nəfər olmaqla informatika fənni üzrədir. Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.
11/02/2020 14:48
İctimai Şurada məktəbli formalarına dair müzakirələr keçirilib
Fevralın 10-da Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqinə dair müzakirələr keçirilib. Görüşdə Təhsil nazirinin müavinləri Məhəbbət Vəliyeva, İdris İsayev, Təhsil nazirinin müşaviri Elnur Məmmədov, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, nazirlik yanında İctimai Şuranın üzvləri, istehsalçı şirkətlərin mütəxəssisləri və KİV nümayəndələri iştirak ediblər. Görüşdə məktəbli formasının tətbiqi mövzusunun ictimai müzakirəsinin vacibliyi bildirilib. Təhsil Nazirliyi tərəfindən bu məsələyə ciddi yanaşıldığı, məktəbli formasının tətbiqi ilə bağlı nazirlik tərəfindən geniş müzakirələr aparıldığı qeyd edilib. Həmçinin ictimai rəyə çıxarılan vahid məktəbli formalarının təsvirləri ilə bağlı ən çox səsləndirilən təkliflər müzakirə edilib. Daha sonra mütəxəssislər məktəbli formalarının tətbiqinə dair mövcud standartlar və keyfiyyət məsələləri ilə bağlı öz fikirlərini səsləndiriblər. Tədbirdə məktəbli formaları üzrə təkliflər paketinin işlənib hazırlanması, optimal variantın müəyyənləşdirilərək Şuraya təqdim olunması təklif edilib.
11/02/2020 11:15
SABAH IV Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş
Fevralın 10-da Təhsil Nazirliyində SABAH IV Karyera Qış Məktəbi layihəsinin iştirakçıları ilə görüş keçirilib. Əvvəlcə SABAH Karyera Qış Məktəbi layihəsinə dair videoçarx nümayiş olunub. Daha sonra SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə bu qrupların fəaliyyəti barədə təqdimatla çıxış edib. SABAH IV Karyera Qış Məktəbinin iştirakçılarını salamlayan Təhsil nazirinin müavini Firudin Qurbanov gənc məzunların uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat verib. Qış Məktəbinin əhəmiyyətini vurğulayan nazir müavini müasir dövrün peşələrindən, uğurlu karyera qurmağın yollarından danışıb. Firudin Qurbanov “SABAH” qruplarının gənclər üçün açdığı imkanlara da toxunub. Qeyd edib ki, “SABAH” qruplarının 2019-cu il məzunlarının 39, 75 faizi Azərbaycanda, 19,40 faizi xarici ölkələrdə magistraturaya qəbul olunub. Görüşdə “SABAH” Karyera Akademiyası barədə məlumat verilib və bildirilib ki, akademiya 2017-ci ildə “SABAH” məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb. Görüş iştirakçılarının nəzərinə çatdırılıb ki, bu il keçirilən SABAH IV Karyera Qış Məktəbində 68 tələbə iştirak edəcək. Fevralın 13-dək davam edəcək tədbir çərçivəsində karyera quruculuğunun nəzəri, praktiki və aktual mövzuları üzrə təlimlər keçiriləcək. Qış Məktəbində tələbələrə əlavə olaraq, emosional intellekt, əmək qanunvericiliyi haqqında təlimlərin keçirilməsi də planlaşdırılır. Qış Məktəbi IV kursda təhsil alan SABAH tələbələrinin işədüzəlmə, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edir. Ötən il olduğu kimi, bu il də bir çox tərəfdaş şirkətlər “(Azercell”, “Kapital Bank”, “GoldenPay”, “Clarivate Analytics” və s.) və fərdi təlimçilər Qış Məktəbinin təşkilinə yaxından dəstək göstərəcəklər. Karyera Qış Məktəbi ilə yanaşı SABAH Mərkəzinin əməkdaşlarının peşəkar inkişafına dəstək məqsədilə “Data vizuallaşdırılması və infoqrafika”, “Yeni universitet identikliyi” və “Ali təhsilin idarə olunmasının qanunvericilik və texniki aspektləri” mövzuları ətrafında təlimlər təşkil olunacaq. Görüşün sonunda Qış Məktəbində iştirak edəcək təlimçilərə təşəkkürnamələr təqdim edilib. Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qruplardır. Bu qruplar hazırda 11 ali təhsil müəssisəsində 36 ixtisas üzrə 2400-dən çox tələbəni əhatə edir. Təltif fotoları
10/02/2020 17:31
3083 tələbə köçürülmək üçün müraciət edib
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. Fevralın 1-dən 7-dək transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 3083 müraciət qeydə alınıb. Ali təhsil müəssisələrindən köçürülmək yaxud ixtisasını dəyişdirmək üçün müraciət edənlərin sayı 2668 nəfər, orta ixtisas təhsil müəssisələrindən köçürülmək istəyənlərin sayı isə 415 nəfər təşkil edir. Hazırda tələbələrin müraciətlərinə baxılır. Nəticələrin yaxın vaxtlarda açıqlanması nəzərdə tutulur.
10/02/2020 12:21
Gənc rəssamlar təltif edilib
Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində 2019-cu il ərzində beynəlxalq uşaq rəsm müsabiqələrində qalib olmuş gənc rəssamların “Bizim uğurlarımız” adlı təltifetmə mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları, beynəlxalq müsabiqələrin keçirildiyi 8 ölkənin Azərbaycandakı səfirliklərinin nümayəndələri və digər qonaqlar iştirak ediblər. Tədbir iştirakçılarına məlumat verilib ki, ötən il Misir, Rusiya, Yaponiya, Polşa, Çexiya, Bolqarıstan və Ruminiyada keçirilən rəsm müsabiqələrində “Rəsm” studiyasının üzvləri uğurla iştirak edərək 4 qızıl, 6 gümüş medal, 51 diplom və 17 sertifikata layiq görülüblər. Təltifetmə mərasimində çıxış edən qonaqlar beynəlxalq müsabiqələrin qalibi olmuş dərnək üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblər. Tədbirdə mərkəzin bədii kollektivləri rəqs nömrələri ilə çıxış edib, “Çiçəyim” uşaq teatrının üzvlərinin hazırladıqları “Balaca rəssam” adlı kompozisiya təqdim olunub, sözügedən müsabiqələrdə gənc rəssamların iştirakı və nailiyyətlərini əks etdirən videoçarx nümayiş etdirilib. Sonda qalib olmuş dərnək üzvlərinə medal, diplom və sertifikatlar təqdim olunub.
08/02/2020 00:13
403 tələbə “Your English Voice” müsabiqəsində iştirak hüququ qazanıb
Təhsil Nazirliyinin SABAH qrupları layihəsi və “British Council Azərbaycan”ın birgə təşkilatçılığı ilə keçirilən “Your English Voice” ingilisdilli müsabiqəsinə qeydiyyat prosesi yekunlaşıb. Müsabiqənin birinci mərhələsində 57 ixtisas üzrə 438 tələbə elektron qeydiyyatdan keçib. Onlardan 403 tələbənin müraciəti təsdiqlənib. Müsabiqədə iştirak hüququnu qazanmış tələbələrin siyahısı, eləcə də müsabiqənin ikinci mərhələsi (test imtahanı) haqqında məlumat yaxın günlərdə www.sabah.edu.az saytında yerləşdiriləcək. Məlumat üçün bildiririk ki, “Your English Voice” müsabiqəsi Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin II və III kurs tələbələri arasında keçirilir. Müsabiqənin təşkilində əsas məqsəd tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması yolu ilə ingilis dilinin öyrənilməsinə, eləcə də müxtəlif tipli bilik yarışlarına olan marağının artırılmasıdır. Müsabiqənin bütün mərhələlər üzrə qalibləri Birləşmiş Krallığın ən qabaqcıl dil məktəblərindən biri olan “International House Manchester”-də 2 həftəlik ingilis dili kursunda iştirak etmək imkanı əldə edəcəklər.
08/02/2020 00:07
Təhsil naziri Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb
Fevralın 7-də Təhsil naziri Ceyhun Bayramov Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb. Görüşdə Azərbaycan və Rusiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
07/02/2020 18:11
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı