• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Sabahın alimləri” IX Respublika müsabiqəsinin bağlanış mərasimi

 

“Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar” mövzusunda konfrans

Fevralın 13-də “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda iki günlük beynəlxalq konfransın açılış mərasimi keçirilib. Konfrans Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının dəstəyi ilə keçirilir. Açılış mərasimində çıxış edən UNEC-in rektoru Ədalət Muradov qeyd edib ki, konfrans ölkə Prezidenti  cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə edilən nailiyyətlər və artıq formalaşdırılmış möhkəm bazanı nəzərə alaraq ölkəmizin gələcəkdə də dayanıqlı, innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişafının təmin edilməsinin ən ciddi aləti kimi rəqəmsal transformasiyasının müxtəlif aspektlərini müzakirə etmək və bu məsələni daim gündəlikdə saxlamaq məqsədilə təşkil olunub. Konfransa 19 ölkədən nümayəndə qatılıb, 95 xarici olmaqla 22 ölkədən 215 məqalə təqdim edilib. Konfrans çərçivəsində 7 bölmə - “Dövlət idarəetməsinin rəqəmsal transformasiyası”, “Rəqəmsal əməkdaşlığa regional baxış”, “Maliyyə sektorunun rəqəmsallaşması”, “Sosial sahələrin və təhsilin rəqəmsal transformasiyası”, “Rəqəmsal transformasiyada texnoloji, humanitar və etik problemlər”, “Rəqəmsal valyutalar və elektron ticarət: potensial risklər və faydalar”, “Ağıllı şəhər: beynəlxalq təcrübə” üzrə müzakirələr aparılacaq. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov diqqətə çatdırıb ki, Azərbaycanın iqtisadiyyatı ölkənin bütün sahələrində inkişafa nail olunmasına təkan verir. Rəqəmsal inqilabın sürətlə inkişaf etməsi rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində ciddi addımlar atmağı tələb edir. Konfransda aparılan müzakirələr, fikir mübadiləsi bu sahədə mühüm nəticələr ortaya qoyacaq. Təhsil nazirinin müavini İdris İsayev vurğulayıb ki, iqtisadi inkişafın dinamikası fonunda təhsil sisteminin müasir iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması mühüm məsələlərdəndir. Nazir müavini bildirib ki, qloballaşma dövründə təhsil sistemlərinin milli iqtisadiyyatların qlobal dəyər zəncirinin tərkib hissəsinə çevrilməsi bu əlaqəliliyin aktuallığını daha da artırır. Müasir texnoloji inkişaf fonunda iqtisadi tələblərin formalaşdırdığı yeni çərçivələrin müəyyən olunması günümüzün mühüm reallığını, öyrənmə və öyrətmə prosesinin bu tələblər üzərində qurulması isə təhsil sisteminin bütün pillələri üzrə cavabdehliyin əsasını təşkil edir. Rəqəmsal inqilabın tələblərinə cavab vermək üçün Azərbaycanda təhsil sahəsində mühüm addımlar atılıb. Ölkənin 6 bölgəsində 123 məktəbi əhatə edən “Rəqəmsal bacarıqlar” layihəsi icra olunur. Bu layihəyə 70 mindən çox şagird cəlb olunub. Layihənin məqsədi şagirdlərin rəqəmsal bacarıqlarını üzə çıxarmaqdır.      Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxışında qeyd edib ki, rəqəmsal iqtisadiyyatın inkişafında infrastrukturun modernləşdirilməsi və artan tələbatın təmin olunması üçün imkanlar yaradılması, müasir texnologiyaların tətbiqi, internet istifadəçilərinin sayının artması, elektron ticarətin genişlənməsi əsas rola malikdir. Açılış mərasimi məruzələrin dinlənilməsi ilə davam etdirilib. Qeyd edək ki, beynəlxalq konfransın ikinci günü konfransın mövzusuna aid çıxışların olması, müzakirələrin aparılması nəzərdə tutulur. Konfrans çərçivəsində, həmçinin informasiya texnologiyaları şirkətlərinin panel təqdimatları olacaq. Beynəlxalq konfransa Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, ABŞ-ın Linkoln Universiteti, Fransanın Monpelye Universiteti, Türkiyənin İstanbul Universiteti, Belarus Dövlət İqtisad Universiteti, Litvanın Mikolas Romeris Universiteti, Yunanıstanın Qərbi Makedoniya Universiteti, TİKA – Türkiyə İş Adamları Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi, Türk Dünyası İqtisadçılar Birliyi, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası, Klariveyt Analitks və Rusiyanın Y.T. Qaydar adına İqtisadi Siyasət İnstitutu tərəfdaşlıq edir.

Bakı Mühəndislik Universitetində Himayəçilər Şurasının növbəti iclası 

Bakı Mühəndislik Universitetində (BMU) Himayəçilər Şurasının növbəti iclası keçirilib. Təhsil nazirinin müavini İdris İsayevin sədrliyi ilə keçirilən iclasda ötən dövr ərzində Himayəçilər Şurasının tərkibində baş verən dəyişikliklərin, Şuranın Əsasnaməsinin təsdiqinin birgə səmərəli fəaliyyətə müsbət təsir göstərəcəyi vurğulanıb. Ali təhsil pilləsində uğurlu islahalatların aparıldığını deyən nazir müavini son illərdə ali təhsilə əlçatanlığın artırılması, akademik potensialın gücləndirilməsi, məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı görülən tədbirlər barədə məlumat verib. Ali təhsil sahəsində akademik potensialın artırılması istiqamətində ciddi tədbirlər görüldüyünü vurğulayan İdris İsayev ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edildiyini xatırladıb. Beynəlxalq ikili diplom proqramlarından  da söz açan İdris İsayev BMU-nun bu istiqamətdə işə başladığını və artıq Cənubi Koreyanın İnha Universiteti ilə anlaşma memorandumu imzalandığını diqqətə çatdırıb. Nazir müavini gündəlikdə yer alan məsələlərə toxunaraq Şuranın iclasında digər məsələlərlə yanaşı, BMU-nun inkişafına dair 2020-2023-cü illər üçün Strateji İnkişaf Proqramının müzakirə olunacağını deyib. Daha sonra iclasda BMU rektorunun 2017-2019-cu illər üzrə fəaliyyəti haqqında hesabatı, universitetin 2020-2023-cü illər üçün strateji inkişaf proqramı, BMU-nun 2019-cu il büdcəsinin icrası və  büdcənin 2020-ci il üçün proqnozu,  3 illik maliyyə fəaliyyəti barədə hesabat, həmçinin Audit Komitəsinin 2018-2019-cu illəri əhatə edən hesabatı dinlənilib, maliyyə məsələlərində effektivliyin artırılması imkanları, Himayəçilər Şurasının 2020-ci il üçün iş planı ətraflı müzakirə olunub. Şuranın üzvləri gündəlikdəki məsələlərlə bağlı çıxış edərək təkliflərini bildiriblər.

Macarıstanda 2020-2021-ci tədris ili üçün təqaüd proqramı

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir. Magistratura səviyyəsi üzrə elan olunan təqaüd proqramının təhsil müddəti iki ildir. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları tələb olunan sənədləri 28 fevral 2020-ci il tarixinədək REU-Scholarship@fao.org elektron poçt ünvanına göndərməlidirlər. Tələb olunan sənədlər və digər məlumatlarla keçiddən tanış ola bilərsiniz. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatla elan vasitəsilə məlumat almaq mümkündür.  

Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edəcək

Göyçay və Kürdəmir rayon sakinlərinin nəzərinə!   Təhsil naziri Ceyhun Bayramov 21 fevral 2020-ci il tarixində saat 11:00-da Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Göyçay və Kürdəmir rayon sakinlərini qəbul edəcək. Qəbulda Göyçay və Kürdəmir rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 13-18 fevral (saat 18:00-dək) 2020-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

SABAH IV Karyera Qış Məktəbinə start verilib

SABAH Karyera Akademiyası çərçivəsində Şamaxıda SABAH IV Karyera Qış Məktəbinin təlimlərinə start verilib. SABAH IV Karyera Qış Məktəbində 76 tələbə iştirak edir. Üç gün ərzində tələbələr gələcək karyera istiqamətləri üzrə müxtəlif təlimlərdə iştirak edəcəklər. Qış Məktəbində təşkil edilən təlim və seminarlar işədüzəlmə, akademik fəaliyyət və sahibkarlıq mövzularını əhatə edir. Təlimin birinci günündə “Karyerada dəyişikliklərin idarə olunması”, “Startap qurum yoxsa iş axtarım?”, “Alimliyə gedən yol”, “Layihələrin idarə olunması” və digər istiqamətlər üzrə SABAH Karyera Akademiyasının tərəfdaş şirkət və qurumlarının ("ATL Tech", "Kapital Bank", "Rabitə Bank", "GoldenPay" və s.) peşəkar əməkdaşları tərəfindən təlimlər keçirilib. Qış Məktəbində əlavə olaraq, ixtisasından asılı olmayaraq bütün tələbələri maraqlandıran “Emosional intellekt”, “Əmək qanunvericiliyi” mövzularında seminarlar da keçiriləcək.  Karyera Qış Məktəbi çərçivəsində həmçinin ali təhsil müəssisələrində SABAH Mərkəzinin əməkdaşlarının peşəkar inkişafına dəstək məqsədilə “Data vizuallaşdırılması və infoqrafika”, “Yeni universitet identikliyi” və “Ali təhsilin idarə olunmasının qanunvericilik və texniki aspektləri” mövzuları ətrafında seminarlar təşkil olunur. Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qruplardır. Bu qruplar hazırda 11 ali təhsil müəssisəsində 36 ixtisas üzrə 2400-dən çox tələbəni əhatə edir. SABAH Karyera Akademiyası məzun olmağa hazırlaşan SABAH tələbələrinin gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.

Yeni Peşə Təhsil Mərkəzinin təhsilalanları üçün növbəti karyera imkanları yaradılıb

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycanda "Mercedes-Benz" avtomobillərinin rəsmi dileri olan Abşeron Avtomobil Mərkəzi və Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) ilə əməkdaşlığa başlayıb. Hər iki tərəfin nümayəndə heyəti arasında keçirilən görüş zamanı qarşılıqlı razılaşma əsasında Mərkəzdə avtomobil ixtisası üzrə təhsilalanların peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramı və eləcə də ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların təşkili nəzərdə tutulub. Həmçinin, yüksək nəticə göstərən təhsilalanlar üçün Abşeron Avtomobil Mərkəzində (Mercedes-Benz) iş imkanlarının yaradılmasına dair razılıq da əldə olunub.

Məktəbəhazırlıq qruplarına və I sinfə qəbul prosesi şəxsiyyət vəsiqəsi əsasında aparılacaq

Cari ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinfinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün isə miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək. Ötən illərdə Azərbaycan vətəndaşı olan uşaqların məktəbəhazırlıq qruplarına və I sinfə elektron sənəd qəbulu şəxsiyyət vəsiqəsi ilə yanaşı doğum haqqında şəhadətnamə ilə də aparılıb. Yeniliyə əsasən isə qəbul prosesində ancaq şəxsiyyət vəsiqəsi ilə iştirak etmək mümkün olacaq. Qeyd edək ki, ölkə Prezidentinin müvafiq fərmanına əsasən, dövlət informasiya ehtiyatında və sistemində məlumatlar mübadiləsinin şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nömrələri (FİN) əsasında həyata keçirilməsi tələb olunur.  

Gənclər üçün Prezident mükafatına layiq görülənlər

Ötən gün ölkə Prezidenti cənab İlham Əliyev 2020-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir sıra gənc mükafata layiq görülüb. 2020-ci il Gənclər üçün Prezident mükafatına layiq görülmüş gənclərdən biri Murad Ağazadə riyaziyyat fənni üzrə respublika fənn olimpiadalarında 5 qızıl və beynəlxalq fənn olimpiadalarında 5 gümüş, 6 bürünc medal olmaqla ümumilikdə 16 medal əldə edib. O, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdidir. SABAH tələbəsi Ziya Ağayev də bu gənclər sırasındadır. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənəti ixtisası üzrə IV kursda təhsil alır. Ziya Ağayev “British Council”ın  "Unlimited" proqramının tərkib hissəsi kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyinin SABAH qruplarının tərəfdaşlığı ilə keçirilən "Bir günəş altında"  layihəsinin iştirakçısı olub.  Ötən il Rusiyanın Moskva şəhərində keçirilən  “Rusiya Dövlət Teatr Sənəti İnstitutu (DTSİ) ustad-dərsi” adlı MDB ölkələri tələbələrinin Teatr festivalında “Ən yaxşı kişi rolu” mükafatına layiq görülüb.  Sərvinaz Hacıyeva isə iki dəfə Erasmus+ layihəsi çərçivəsində təhsil və elmi-tədqiqat məqsədli tələbə mübadilə qrantlarının qalibi olub.  7 məqaləsi “Web of Science” bazasına daxil olub. 2019-cu ildə keçirilən "İdeya var!" startap müsabiqəsində 3-cü yeri qazanıb.

"Sabahın alimləri” IX Respublika Müsabiqəsinin açılış mərasimi

Fevralın 11-də “Sabahın alimləri” IX Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva iştirak edib.  Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il  ABŞ-da keçirilən İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Bildirilib ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. Cari ildə müsabiqədə iştirak üçün 15 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 454 şagird 258 layihə ilə müraciət edib, onlardan 327 nəfər (IX sinif-112 şagird, X sinif-129 şagird və XI sinif - 86 şagird) 187 elmi layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən müsabiqədə iştirak etmək hüququ qazanıb. Müsabiqədə iştirak edənlərin 48 faizini bölgələrdən qatılan şagirdlər təşkil edir. 187 layihə sırasında fərdi layihələrin sayı 47, kollektiv layihələrin sayı isə 140 təşkil edir. Layihələrin qiymətləndirilməsi alimlərdən ibarət Münsiflər Heyəti tərəfindən həyata keçiriləcək. Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunacaq, 3 layihənin müəllifi isə cari ilin may ayında ABŞ-da keçiriləcək İSEF-də iştirak etmək imkanı qazanacaq və BP-nin maliyyə dəstəyi ilə ABŞ-a göndəriləcək. Qeyd edək ki, “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Müsabiqədə indiyə qədər 1498 şagird iştirak edib, onlardan 613 nəfəri müxtəlif mükafatlar qazanıb. Qaliblər arasından seçilən 48 ən yaxşı layihənin müəllifi ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edib. Ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş məzunlardan 30 nəfəri son iki ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibi olub. Hazırda ümumtəhsil məktəblərində “Kiçik Akademiya”lar fəaliyyət göstərir. Həmin akademiyaların fəaliyyəti alimlərlə əlaqələr yaratmağa, şagirdlərdə tədqiqat aparmaq, elmi nəticələri ümumiləşdirmək və onları təqdim etmək bacarıqları aşılamağa yönəldilib. Müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və BP-nin təşkilatçılığı ilə keçirilir.    

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı