SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Gənc rəssamlar təltif edilib
Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində 2019-cu il ərzində beynəlxalq uşaq rəsm müsabiqələrində qalib olmuş gənc rəssamların “Bizim uğurlarımız” adlı təltifetmə mərasimi keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları, beynəlxalq müsabiqələrin keçirildiyi 8 ölkənin Azərbaycandakı səfirliklərinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçılarına məlumat verilib ki, ötən il Misir, Rusiya, Yaponiya, Polşa, Çexiya, Bolqarıstan və Ruminiyada keçirilən rəsm müsabiqələrində “Rəsm” studiyasının üzvləri uğurla iştirak edərək 4 qızıl, 6 gümüş medal, 51 diplom və 17 sertifikata layiq görülüblər.
Təltifetmə mərasimində çıxış edən qonaqlar beynəlxalq müsabiqələrin qalibi olmuş dərnək üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblər.
Tədbirdə mərkəzin bədii kollektivləri rəqs nömrələri ilə çıxış edib, “Çiçəyim” uşaq teatrının üzvlərinin hazırladıqları “Balaca rəssam” adlı kompozisiya təqdim olunub, sözügedən müsabiqələrdə gənc rəssamların iştirakı və nailiyyətlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Sonda qalib olmuş dərnək üzvlərinə medal, diplom və sertifikatlar təqdim olunub.
5 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl