• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yeni Peşə Təhsil Mərkəzinin təhsilalanları üçün növbəti karyera imkanları yaradılıb

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycanda "Mercedes-Benz" avtomobillərinin rəsmi dileri olan Abşeron Avtomobil Mərkəzi və Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) ilə əməkdaşlığa başlayıb.

Hər iki tərəfin nümayəndə heyəti arasında keçirilən görüş zamanı qarşılıqlı razılaşma əsasında Mərkəzdə avtomobil ixtisası üzrə təhsilalanların peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramı və eləcə də ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların təşkili nəzərdə tutulub. Həmçinin, yüksək nəticə göstərən təhsilalanlar üçün Abşeron Avtomobil Mərkəzində (Mercedes-Benz) iş imkanlarının yaradılmasına dair razılıq da əldə olunub.


5 il əvvəl