• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

SABAH IV Karyera Qış Məktəbi başa çatıb

SABAH Karyera Akademiyası çərçivəsində Şamaxıda SABAH IV Karyera Qış Məktəbinin təlimləri başa çatıb. SABAH qruplarının dördüncü kursunda təhsil alan 76  tələbənin iştirakı ilə keçirilən Qış Məktəbi çərçivəsində baş tutan təlimlər işədüzəlmə, akademik fəaliyyət və sahibkarlıq mövzularını əhatə edib. Təlimlərdə “Karyerada dəyişikliklərin idarə olunması”, “Startap qurum, yoxsa iş axtarım?”, “Alimliyə gedən yol”, “Layihələrin idarə olunması”, "Öz brendini yarat", "Effektiv təqdimat bacarıqları" , “Biznesin qurulması üçün alternativ maliyyə mənbələri" mövzusunda təlimlər keçirilib. Qış Məktəbində əlavə olaraq, ixtisasından asılı olmayaraq bütün tələbələri maraqlandıran “Emosional intellekt”, “Əmək qanunvericiliyi” mövzularında seminarlar da keçirilib. Karyera Qış Məktəbi çərçivəsində həmçinin ali təhsil müəssisələrində SABAH Mərkəzinin əməkdaşlarının peşəkar inkişafına dəstək məqsədilə “Data vizuallaşdırılması və infoqrafika”, “Yeni universitet identikliyi”, “Yeni tədris proqramlarının hazırlanması” və "Tvininq layihəsi" mövzuları ətrafında seminarlar təşkil olunub. Sonda təlimçilərə təşəkkürnamə,  iştirakçılara isə sertfikatlar verilib. Bu il də bir sıra tərəfdaş şirkətlər  (“Azercell”, “Kapital Bank”, “Rabitəbank”, “GoldenPay” və s.) və fərdi təlimçilər Qış Məktəbinin təşkilinə yaxından dəstək göstəriblər. SABAH Karyera Akademiyası məzun olmağa hazırlaşan SABAH tələbələrinin gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb. Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qruplardır. Bu qruplar hazırda 11 ali təhsil müəssisəsində 36 ixtisas üzrə 2400-dən çox tələbəni əhatə edir.   Bütün fotolar: http://bit.ly/2SMTEVY

“İnsan resurslarının idarə edilməsi və elektron məlumat bazasının təkmiləşdirilməsi” mövzusunda panel müzakirə

 

“Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda müşavirə

Fevralın 14-də Təhsil Nazirliyi aparatının əməkdaşları və yerli təhsili idarəetmə orqanları rəhbərlərinin iştirakı ilə “Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda müşavirə keçirilib. Tədbirdə Təhsil naziri Ceyhun Bayramov çıxış edərək təhsilin keyfiyyəti və buna təsir edən amillər, son illər təhsil sahəsində aparılan yeniliklər, innovasiyaların tətbiqi və vətəndaş məmnuniyyətindən danışıb. Ötən il yerli təhsili idarəetmə orqanları rəhbərlərinin, məktəb direktorlarının iştirakı ilə zona müşavirələrinin keçirildiyini, hər bir qurumun fəaliyyətinə dair illik hesabatların dinlənildiyini deyən Təhsil naziri bu məzmunda tədbirlərin cari ildə də davam etdiriləcəyini bildirib. Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) qarşısında duran vəzifələrə toxunan Ceyhun Bayramov qeyd edib ki, yerli təhsili idarəetmə orqanları tabeliyində olan bütün məktəblərin vəziyyətinə dair monitorinqləri davamlı aparmalı, əldə olunan nəticələrə əsasən adekvat tədbirlər görməlidir. Nazirin sözlərinə görə, IX və XI sinif buraxılış imtahanlarının nəticələri ciddi təhlil edilməli və bundan nəticə çıxarılmalıdır. Nazir həmçinin məktəblərin dərsliklərlə təminatından, məktəb-valideyn münasibətlərinin düzgün qurulmasından, regionlarda istedadlı uşaqlarla işin təşkilindən, məktəbdənkənar fəaliyyətin vacibliyindən danışıb. Daha sonra çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə təklif və tövsiyələrini verib. Məhəbbət Vəliyeva təqdimatında tədris ilinin prioritet istiqamətlərindən, məktəb rəhbərlərinin üzərinə düşən funksiyalardan söz açıb, bölgələr üzrə müvafiq nəticələri diqqətə çatdırıb. Müşavirədə “Təhsildə keyfiyyətin təminatı”, “Təhsilin maliyyələşdirilməsi və müasir təchizat sisteminin yaradılması”, “Tədris resursları ilə təminat və ehtiyat dərsliklər”, “İnsan resurslarının idarə edilməsi və elektron məlumat bazasının təkmiləşdirilməsi” mövzularında panel müzakirələr keçirilib. Yekunda Təhsil Texnologiyaları Mərkəzi ilə tanışlıq olub. 

“Bizim müəllim"

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şəki şəhəri 11 nömrəli tam orta məktəbin kimya müəllimi Xatirə Şabəddinovaya həsr olunub. Xatirə Şabəddinova 1993-cü ildən məzunu olduğu Şəki şəhəri 11 nömrəli tam orta məktəbdə kimya müəllimi kimi fəaliyyət göstərir. Pedaqoji fəaliyyəti dövründə rayon, eləcə də respublikanın ən qabaqcıl müəllimlərindən biri kimi tanınan Xatirə Şabəddinova 2010-cu ildə “Beynəlxalq ətraf mühitin mühafizəsi İNEPO” layihə olimpiadasında "Sudan gübrə və avtomobil yanacaqının zərərsizləşdirilməsi" layihəsi üzrə şagirdləri ilə birgə  uğurla iştirak edib. 2011-ci ildə "Sintetik lif havanı təmizləyir" layihəsi ilə yenidən İNEPO layihə olimpiadasında iştirak edib və finalda sertifikatla təltif olunub. 2012-ci ildə Təhsil Nazirliyinin xətti ilə "Müasir dövrdə təhsilin davamli inkişafı istiqamətində Şəki şəhəri 10 nömrəli tam orta məktəbdə təşkil olunmuş nümunə dərslərin dinlənilməsində yeni təlim texnologiyalarının tətbiqindəki yüksək nəticələrinə görə "Fəxri fərman"la təltif olunub. Təhsil Nazirliyinin təşkil etdiyi "Sabahın alimləri" Respublika Müsabiqəsində dəfələrlə layihə rəhbəri olaraq öz şagirdləri ilə uğurla iştirak edib. 2018- ci ildə Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil İşçisi" döş nişanı ilə təltif olunub. Qeyd edək ki, “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

Yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən müşavirə

 

Fövqəladə hallarla bağlı maarifləndirmə tədbiri

Təhsil və Fövqəladə Hallar nazirlikləri, Qubadlı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Qubadlı rayon C.Həşimov adına Mərdanlı kənd tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib. Tədbirdə öncə təhlükəsizlik qaydalarını əks etdirən sərgiyə baxılıb, daha sonra bununla bağlı videoçarxlar nümayiş olunub. "Fövqaladə hallar zamanı özünü necə aparmalı?”, "Fövqaladə hallarla bağlı davranış qaydaları” mövzularında çıxışlar edilib, yanğın təhlükəsizliyi qaydaları haqqında şagirdlərə ətraflı məlumat verilib. Tədbirdə həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları da əyani nümayiş etdirilib. FHN əməkdaşları tərəfindən fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, meşə yanğınları, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, "112” qaynar xətti” və s. mövzulardan geniş bəhs edilib. Sonda məktəb şagirdləri və FHN əməkdaşları ilə birgə yanğın zamanı görüləcək tədbirlər əyani nümayiş olunub.

Yeni Peşə Təhsili Mərkəzində robot texnologiyaları təlimi keçiriləcək

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “MARS Academy” şirkəti arasında imzalanmış memoranduma əsasən robot texnologiyaları təlim mərkəzinin açılışı baş tutub. Yeni robot texnologiyaları təlim mərkəzində proqramlaşdırma, mühəndislik, robotiks və rəqəmsal incəsənət istiqamətində qısa müddətli kurslar təşkil olunacaq. Təlim iştirakçıları mikroçiplərin iş prinsipi, robotların proqramlaşdırılması və mühəndisliyin əsaslarını öyrənmək imkanı əldə edəcəklər. Nəticədə təhsilalanların məntiqi inkişafı və alqoritmik düşüncə tərzinə dəstək veriləcək. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində qurulmuş robot texnologiyaları təlim mərkəzindəki təlimlərə qatılmaq üçün mərkəzin sosial şəbəkədəki səhifəsinə (www.facebook.com/bakustateindustryinnovation/) müraciət etmək mümkündür.

Latviyada 2020-2021-ci tədris ili üzrə təhsil imkanı

Latviya Respublikası Hökuməti 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və  doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar üçün son müraciət tarixi aprelin 1-dir. Namizədlərin müraciətləri araşdırıldıqdan sonra  yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcək. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.

"Sabahın alimləri” IX Respublika Müsabiqəsinin bağlanış mərasimi

Fevralın 13-də “Sabahın alimləri” IX Respublika Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət xorun canlı ifasında Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 2012-ci ildən keçirilən "Sabahın alimləri” Respublika Müsabiqəsinə dair videoçarx nümayiş olunub. Çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, elmi-innovativ təşəbbüslərin ön plana çəkilməsi, gənclərin elmi fəaliyyətə istiqamətləndirilməsi elmin və təhsilin qarşısında duran əsas prioritetlərdən biridir. Ölkə Prezidenti cənab İlham Əliyevin “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışına xüsusi diqqət çəkən nazirin sözlərinə görə, təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar, süni intellekt dövrünə hazırlamaq üçün onlara indikindən əsaslı şəkildə fərqlənən yeni kompetensiyalar, ixtisaslar və peşələr verməlidir. Qeyd edilən çağırışlara uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən bir sıra uğurlu təşəbbüslərin artıq həyata keçirildiyini deyən Təhsil naziri bildirib ki, növbəti tədris ilində şagirdlərin iştirakı ilə Azərbaycanda ilk STEAM festivalının keçirilməsi, 10 bölgədə STEAM mərkəzlərinin və müasir tələblərə cavab verən Elm muzeyinin yaradılması planlaşdırılır. Nazir qeyd edib ki, son illərdə ali məktəblərdə qlobal çağırışlara adekvat innovativ elmi strategiyaların həyata keçirilməsi istiqamətində təşəbbüslər də artırılıb, yeni elmi istiqamətlər üzrə tədqiqatlara başlanılıb. Bu günə olan məlumata əsasən, “Web of Science” elmi bazasında 2019-cu ildə Azərbaycan üzrə 1581 elmi tədqiqat işi qeydə alınıb ki, onların da təxminən 53 faizi ali təhsil müəssisələrinin payına düşür. Bu istiqamətdə daha bir yeniliyi diqqətə çatdıran Təhsil naziri deyib ki, Təhsil Nazirliyi və ölkəmizin 10 universiteti ilə dünyanın aparıcı elmi-analitik şirkəti olan Niderlandın “Elsevier” korporasiyası arasında Niyyət Protokolu imzalanıb. Əsas məqsəd universitetlərimizin Scopus beynəlxalq elmi məlumat bazasına çıxışının təmin edilməsi, elmi nəşrlərin sayının artırılması, nəşr olunan elmi məqalələrin beynəlxalq tələblərə uyğunlaşdırılması və beləliklə ali təhsil müəssisələrimizin nüfuzlu beynəlxalq reytinq siyahılarında yer almasına və irəliləməsinə nail olmaqdır. Nazir qeyd edib ki, sayca doqquzuncu dəfə keçirilən “Sabahın alimləri” müsabiqəsi ölkəmizdə həyata keçirilən uğurlu təhsil strategiyasının tərkib hissəsi kimi gənclərimizin innovativ və yaradıcı fəaliyyətinin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır. Təhlil göstərir ki, müsabiqədə iştirak şagirdlərimizin gələcək inkişafına və karyerasına müsbət təsir göstərir. Təhsil naziri çıxışının sonunda bütün qalibləri təbrik edib, hər birinə ölkəmizdə elmin və təhsilin inkişafı naminə fəaliyyətlərində uğurlar arzulayıb. Həmçinin müsabiqənin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Müxtəlif kateqoriyalar üzrə I yerə 6 layihə üzrə 11 şagird, II yerə 16 layihə üzrə 29 şagird, III yerə 25 layihə üzrə 46 şagird layiq görülüb. Qaliblər sırasından cari ilin may ayında ABŞ-da keçiriləcək İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək üçün 4 layihə (7 şagird) seçilib. Həmin şagirdlər BP-nin maliyyə dəstəyi ilə ABŞ-a göndəriləcək. Bundan əlavə, hər il olduğu kimi bu ildə ABŞ-ın müxtəlif elmi cəmiyyətləri tərəfindən şagirdlərimizə 10 mükafat təqdim edilib. Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və BP-nin təşkilatçılığı keçirilib.  

Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir

Fevralın 13-dən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdirilir. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi 2019-cu ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir. Qeyd edək ki, yanvarın 25-dən fevralın 13-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində məktəblərdə siniflərin komplektləşdirilməsi ilə bağlı yerdəyişmə ilə əlaqəli sorğuların qəbulu müvəqqəti dayandırılmışdı.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı