• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Fövqəladə hallarla bağlı maarifləndirmə tədbiri

Təhsil və Fövqəladə Hallar nazirlikləri, Qubadlı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Qubadlı rayon C.Həşimov adına Mərdanlı kənd tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə öncə təhlükəsizlik qaydalarını əks etdirən sərgiyə baxılıb, daha sonra bununla bağlı videoçarxlar nümayiş olunub.

"Fövqaladə hallar zamanı özünü necə aparmalı?”, "Fövqaladə hallarla bağlı davranış qaydaları” mövzularında çıxışlar edilib, yanğın təhlükəsizliyi qaydaları haqqında şagirdlərə ətraflı məlumat verilib.

Tədbirdə həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları da əyani nümayiş etdirilib.

FHN əməkdaşları tərəfindən fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, meşə yanğınları, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, "112” qaynar xətti” və s. mövzulardan geniş bəhs edilib.

Sonda məktəb şagirdləri və FHN əməkdaşları ilə birgə yanğın zamanı görüləcək tədbirlər əyani nümayiş olunub.


5 il əvvəl