• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri Rusiya Federasiyası Elm və Ali Təhsil nazirinin müavini ilə görüşüb

Martın 3-də Təhsil naziri Ceyhun Bayramov Rusiya Federasiyası Elm və Ali Təhsil nazirinin müavini Qriqoriy Trubnikov ilə görüşüb. Görüşdə Azərbaycan və Rusiya arasında ali təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. 

Təhsil müəssisələrində dezinfeksiya işləri davam etdirilir

Koronavirus (COVİD - 19) infeksiyasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər davam etdirilir. Bakı, Sumqayıt,  Şirvan, Gəncə şəhərləri, Xaçmaz, Ucar, Qax, Qazax, Ağdam, Samux, Ağsu rayonları da daxil olmaqla digər şəhər və rayonlarda profilaktik tədbirlər intensivləşdirilib. Görülən işlərin effektivliyinin yüksəldilməsi məqsədilə bütün təhsil müəssisələrində martın 3-dən 9-dək tədris prosesi dayandırılıb. Bu müddət ərzində  Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.

“Müalicə alan uşaqların distant təhsili” layihəsinə yeni tibb müəssisəsi qoşulub

Bakı şəhəri 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında “Müalicə alan uşaqların distant təhsili” layihəsinin açılış mərasimi keçirilib.  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü, Təhsil Nazirliyinin dəstəyi ilə “Distant bilik” Mərkəzi tərəfindən həyata keçirilən layihə xüsusi qayğıya ehtiyacı olan uşaqların fasiləsiz və keyfiyyətli təhsil almalarına dəstək olmaq məqsədi daşıyır.  Layihə çərçivəsində uşaqlar üçün müalicə dövründə maraqlı və yaradıcı təhsil imkanlarından bəhrələnmək və sosial həyata adaptasiya üçün şərait yaradılır. Ötən il əvvəlcə Milli Hemotologiya və Transfuziologiya Mərkəzində başlanılan layihəyə Talassemiya Mərkəzi də qoşulub, bu ildən isə 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında da layihənin icrasına başlanılır. Açılış mərasimində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin  baş məsləhətçisi Fərid Hüseynov layihə çərçivəsində müalicə alan uşaqların nazirlik tərəfindən müvafiq İKT avadanlıqları, internetə çıxış və dərs vəsaitləri ilə təmin olunması barədə məlumat verib. Qeyd edilib ki,  yeni qoşulan tibb müəssisəsinə də 20 noutbuk verilib, müəssisədə şəbəkə infrastrukturu yaradılıb və ilk distant dərslərin tədrisinə başlanılıb. Bildirilib ki, uşaqların xəstəliyi nəzərə alınaraq, layihə çərçivəsində keçirilən fənlər fərdi yanaşma prinsipinə əsasən interaktiv formada tədris olunur. Ümumi tədris fənləri üzrə dərslər həm distant, həm də canlı formada keçirilir. Layihə uşaqların müalicə dövründə təhsil imkanlarından faydalanmalarına, yeni texnologiyalar ilə işləmək bacarıqlarının formalaşmasına, onların cəmiyyətə inteqrasiyasına və müalicə dövrünün daha rahat keçməsinə töhfə verir.

Könüllülüyün təbliği ilə bağlı qrant müsabiqəsi

Təhsil Nazirliyi “Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının inkişafı” mövzusunda qrant müsabiqəsi elan edir. Müsabiqə tələbələr arasında könüllülüyün təbliği, tələbə-könüllülərin dünyagörüşünün genişləndirilməsi, maraq dairələri üzrə klubların yaradılması, müvafiq təlim kurslarının və digər işlərin təşkili məqsədi ilə həyata keçirilir. Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər iştirak edə bilərlər. Layihələrin qəbuluna 5 mart 2020-ci il tarixdən başlanılır. Təkliflər 17 mart 2020-ci ilədək təqdim olunmalıdır. Qrant müsabiqəsi barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Məktəbdənkənar təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.      Nazirliyin tabeliyində fəaliyyət göstərən əksər məktəbdənkənar təhsil müəssisələrinin idman zalları, inzibati, məşğələ otaqları, sanitar qovşaqlar, yeməkxana və digər köməkçi qurğularında dezinfeksiya işləri artıq yekunlaşdırılıb. Digər müəssisələrdə də tədbirlər davam etdirilir.     Qeyd edək ki, ölkə üzrə bütün təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. Artıq 3100 təhsil müəssisəsi dezinfeksiya olunub. Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına əsasən, tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 3-9 mart 2020-ci il tarixlərində bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur.

Apellyasiya Şurasının iclası keçirilib

Martın 3-də Təhsil Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib. İclasda Təhsil Nazirliyinin Tədris resursları şöbəsində və Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin Uşaq və gənclərin yaradıcılığı sektorunda aparıcı məsləhətçi vəzifəsinə namizəd Mürşüd Mürşüdlü, Tədris resursları şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Zeynəb Əskərova, İnformasiya şöbəsinin Dəftərxana sektorunda məsləhətçi vəzifəsinə namizəd Mahir Quliyev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Maliyyə və təsərrüfat şöbəsində baş məsləhətçi vəzifəsinə namizəd Elnur İsmayılov, Sumqayıt Şəhər Təhsil Şöbəsində aparıcı məsləhətçi  vəzifəsinə namizəd Nuranə Quliyeva, Tovuz Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə namizəd Rüfanə Tağıyeva, Zəngilan Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə namizəd Şirvanə Tacirlinin müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə  baxılıb. İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. 1 nəfərin şikayətinin  təmin olunması,  1 nəfərin şikayətinin qismən təmin edilməsi, 4 nəfərin  şikayətinin təmin olunmaması barədə Şura tərəfindən qərar qəbul olunub. Apellyasiya Şurasına müraciət edən 4 namizəd isə ərizələrini geri götürdükləri üçün müraciətləri üzrə icraata xitam verilib.

Təhsil müəssisələrində dezinfeksiya işləri intensivləşdirilib

Martın 4-də 5 nömrəli Bakı Peşə Məktəbində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri aparılıb. Proses media nümayəndələri tərəfindən izlənilib. Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, ölkə üzrə bütün təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. Bu gün də daxil olmaqla 3 minədək təhsil müəssisəsi artıq dezinfeksiya olunub. Digər təhsil müəssisələrində də dezinfeksiya işlərinin aparılması davam etdirilir. Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına əsasən, tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 3-9 mart 2020-ci il tarixlərində (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur.

Qazaxıstanda 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı

Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir. Bakalavriat və magistratura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dilləri qazax, rus və ya ingilis dilləridir. Təqaüd proqramına iddiaçılar cari ilin 5 aprel tarixinədək Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az)   müraciət etməlidirlər. Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

Təhsil naziri Rusiya Federasiyası Elm və Ali Təhsil nazirinin müavini ilə görüşüb

Martın 3-də Təhsil naziri Ceyhun Bayramov Rusiya Federasiyası Elm və Ali Təhsil nazirinin müavini Qriqoriy Trubnikov ilə görüşüb. Görüşdə Azərbaycan və Rusiya arasında ali təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. 

Təhsil müəssisələrində dezinfeksiya işləri davam etdirilir

Koronavirus (COVİD - 19) infeksiyasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər davam etdirilir. Bakı, Sumqayıt,  Şirvan, Gəncə şəhərləri, Xaçmaz, Ucar, Qax, Qazax, Ağdam, Samux, Ağsu rayonları da daxil olmaqla digər şəhər və rayonlarda profilaktik tədbirlər intensivləşdirilib. Görülən işlərin effektivliyinin yüksəldilməsi məqsədilə bütün təhsil müəssisələrində martın 3-dən 9-dək tədris prosesi dayandırılıb. Bu müddət ərzində  Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı