SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Müəllimlərin işə qəbulunda yeniliklər
Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydalarına aşağıdakı dəyişikliklər edilib: • Müddətli müqavilə əsasında elektron yerləşdirmələr başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlər ilboyu ilk növbədə müvafiq rayon üzrə qeydiyyatda olan namizədlərə (bal ardıcıllığı nəzərə alınmaqla) təklif olunacaq. Bu proses kadr təminatının daha çevik həyata keçirilməsini və iş yerlərinin namizədlərin faktiki yaşayış yerinə uyğun olmasını təmin edəcək. • Ötən il müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri cari tədris ilinin sonuna qədər qüvvədə qalacaq. Bu müddət ərzində ötən il keçid balı toplamış namizədlərə yeni yaranmış vakant yerlər təklif ediləcək. 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində işə qəbul olunmaq üçün 2020-ci ilin iyul ayında keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək zəruridir. • Vakant yerlərə yerləşdirilmə zamanı tutduqları vakansiyalardan imtina edən namizədlər həmin tədris ili ərzində müsabiqənin əlavə yerləşdirmə mərhələlərində iştirak edə bilməyəcək. Əsas məqsəd namizəd tərəfindən vakansiya seçimlərinə daha məsuliyyətli yanaşmanı təmin etmək və müvafiq vakansiyanın tutulmasında maraqlı olan digər namizədlərə ədalətli şəraiti yaratmaqdır. • Əlilliyi olan şəxslərin müsabiqənin test mərhələsində iştirakının təmin edilməsi üçün bütün zəruri şərait yaradılacaq. I dərəcə gözdən əlilliyi olan namizədlərə fərdi nəzarətçi təyin ediləcək və onlar üçün test mərhələsinin davametmə müddəti 30 dəqiqə artırılacaq.
03/03/2020 15:29
“Tullantıdan incəsənətə” adlı müsabiqə davam edir
Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksində və 160 nömrəli Klassik Gimnaziyada “Tullantıdan incəsənətə” müsabiqəsinin məktəbdaxili seçimi üzrə növbəti tədbirlər keçirilib. Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Nargis” jurnalının birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə “Nargis” nəşriyyat evinin direktoru Aytən Hüseynova, Təhsil Nazirliyinin əməkdaşları, məktəblərin pedaqoji kollektivi, şagirdlər və təşkilatçı qurumların nümayəndələri iştirak edib. “Nargis” nəşriyyat evinin direktoru Aytən Hüseynova plastik tullantıların ətraf mühitə və insan orqanizminə vurduğu zərərlər barədə şagirdlərə məlumat verib. Tədbirdə “Qoy dünya yenidən gülsün” (Make the Earth smile again) mövzusunda təqdimat nümayiş olunub, şagirdlərin tullantılardan hazırladıqları geyimlərdən ibarət moda kolleksiyaları təqdim olunub, incəsənət nümunələrinə baxış keçirilib. Ötən ildən start verilən “Tullantıdan incəsənətə” müsabiqəsinin məktəbdaxili seçimi üzrə 7 təhsil müəssisəsində keçirilən tədbirlərdə 4000 nəfərə yaxın məktəbli iştirak edib. Qeyd edək ki, daha 8 ümumtəhsil məktəbində keçirilməsi planlaşdırılan müsabiqədə məktəblilər tullantılardan müxtəlif incəsənət nümunələri hazırlayır və ən yaxşı işlər respublika mərhələsinə təqdim edilir. Yekunda müsabiqənin qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılacaq, qaliblər və layihə barədə ətraflı məlumat “Nargis” jurnalında işıqlandırılacaq.
03/03/2020 09:52
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın MƏLUMATI
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılmışdır.
02/03/2020 17:32
Vətəndaşlarla iş bölməsinə 16297 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2020-ci ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 16297 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 13813 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2484 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 2583 sənəd (861 ərizə, 1722 məktub) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox birinci sinfə qəbul, tələbələrin köçürülməsi və digər məsələləri əhatə edib.
02/03/2020 14:40
Birinci sinfə qəbulla bağlı mətbuat konfransı keçirilib
Martın 2-də Təhsil Nazirliyində I sinfə şagird qəbuluna həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında I sinfə şagird qəbulu və bu prosesdə tətbiq olunan yeniliklərlə bağlı məlumat verilib. Qeyd olunub ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək. Sistemdə onlayn qeydiyyat martın 10-dan etibarən aktivləşdiriləcək. Məktəb seçimi isə 13 mart 2020-ci il tarixindən 15 sentyabr 2020-ci il tarixinədək həyata keçiriləcək. Media nümayəndələrinin nəzərinə çatdırılıb ki, 2020-2021-ci tədris ili üçün ümumtəhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçiriləcək (Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri istisna olmaqla). Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələr aprelin 1-dən başlayaraq təşkil olunacaq. Bildirilib ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistemdə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn 10 mart 2020-ci il tarixindən 13 mart 2020-ci il tarixinədək şəxsi kabinetdən ərizəni çap edib məktəbə təqdim etməlidir. Diqqətə çatdırılıb ki, I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə Alternativ qeydiyyat mərkəzləri də fəaliyyət göstərəcək. Qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşan, Alternativ qeydiyyat mərkəzində övladının qeydiyyatı mümkün olmayan valideynlər aprelin 1-dən həftənin III və V günləri Apelyasiya komissiyalarına müraciət edə bilərlər. Sonda media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.
02/03/2020 13:49
Müddətsiz əsaslarla işə qəbul müsabiqəsinə start verilib
Martın 2-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu müsabiqəsinə start verilib. Bu proses martın 6-dək davam edəcək. Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər. Müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər. Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə musiqi, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə keçid balı 42, digər fənlər üzrə 48, həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə musiqi və təsviri incəsənət fənləri üzrə 30, digər fənlər üzrə 36 bal müəyyən edilib.
02/03/2020 11:57
Təhsil naziri Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşları qəbul edəcək
Ağdam və Füzuli rayon sakinlərinin nəzərinə! Təhsil naziri Ceyhun Bayramov 13 mart 2020-ci il tarixində saat 10:00-da Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağdam və Füzuli rayon sakinlərini qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar 2-6 mart (saat 18:00-dək) 2020-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
02/03/2020 09:19
Fənn olimpiadalarının yarımfinal turunun nəticələri
Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb. Nəticələrə əsasən, hər bir fəndən aşağı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 24 və 24-cü ilə eyni nəticəni əldə etmiş şagirdlər, yuxarı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 48 və 48-ci ilə eyni nəticəni əldə etmiş şagirdlər fənn olimpiadalarının final turunda iştirak etmək hüququ qazanıblar. Nəticələrlə www.olimpiada.edu.az saytı vasitəsi ilə tanış ola bilərsiniz. Qeyd edək ki, Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.
28/02/2020 18:37
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Təhsil nazirinin iştirakı ilə görüş təşkil edib
Fevralın 28-də Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) Təhsil naziri Ceyhun Bayramovun iştirakı ilə “Təhsil islahatları və onun özəl sektor üçün əhəmiyyəti” mövzusunda görüş təşkil edib. Tədbirdə xarici ölkələrin diplomatik nümayəndəliklərinin və dövlət qurumlarının təmsilçiləri, üzv şirkətlərin direktor və nümayəndələri iştirak ediblər. Görüş CCIAF-ın idarəedici direktoru Zibər Hüseynova və İdarə Heyətinin sədri Teybə Quliyevanın açılış nitqi ilə başlanıb. Fransanın Azərbaycandakı səfiri Zakari Qros çıxış edərək iki ölkə arasında təhsil sahəsində ikitərəfli əməkdaşlığın vacibliyini vurğulayıb və bu kimi tədbirlərin təhsil, biznes, iqtisadiyyat sahəsində əlaqələrin genişləndirilməsi baxımından mühüm olduğunu qeyd edib. Sonra Təhsil naziri Ceyhun Bayramov təhsil sahəsindəki son islahatlar, təhsilin modernləşdirilməsi üçün müəyyənləşdirilən strategiya və özəl sektor ilə təhsil institutları arasında əməkdaşlıq perspektivləri barədə məlumat verib. Ceyhun Bayramov uğurlu islahatların həyata keçirilməsi və əmək bazarının tələbatlarına uyğun kadr hazırlığı üçün biznes sahibləri ilə dövlət institutları arasında sıx əməkdaşlığın vacib olduğunu vurğulayıb. Tədbirdə Palatanın üzvləri olan UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev də çıxış edərək universitetlərin beynəlxalq əməkdaşlıqları, təhsil proqramları və gələcək fəaliyyət planları barədə iştirakçılara məlumat veriblər. Görüş sual-cavab, ardınca netvorkinq sessiyası ilə davam etdirilib.
28/02/2020 15:41
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı