• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Birinci sinfə qəbula start verilir

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək. Martın 10-u saat 11:00-dən etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır. Martın 13-ü saat 11:00-dən etibarən isə valideynlər məktəb seçimini həyata keçirə bilərlər.   2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları  

Təhsil Nazirliyinin Mətbuat xidmətinin məlumatı

Nazirlər Kabineti yanında Operativ Qərargah adından Təhsil Nazirliyinin saytında məktəblərdə tətil müddətinin 1 may tarixinədək uzadılması haqqında məlumatlar yayılıb. Bu, yanlış xəbərdir. Belə xəbərləri yayanları cinayət məsuliyyəti gözləyir. Rəsmi xəbərlərə istinad etməyiniz xahiş olunur.

Təhsil Nazirliyinin Mətbuat xidmətinin məlumatı

Məlum olduğu kimi, Nazirlər Kabinetinin Sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır. Bu sərəncamın icrası məqsədilə Təhsil Nazirliyi bütün rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, peşə təhsili müəssisələrinə, məktəbdənkənar təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinə müvafiq tədbirlərin görülməsinin davam etdirilməsini tapşırıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında operativ qərargahın MƏLUMATI

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.

4 mindən çox təhsil müəssisəsi dezinfeksiya olunub

Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində dezinfeksiya işləri davam etdirilir. Bugünədək artıq 4250 təhsil müəssisəsində dezinfeksiya işləri yekunlaşdırılıb. Qeyd edək ki, ölkə üzrə bütün təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. 

Məktəb olmayanda dərsi necə öyrənməli ? 

 

Müddətsiz müqavilə ilə işləmək istəyənlər üçün son gün

Martın 6-da ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması üzrə elektron sənədlərin qeydiyyatı başa çatır. Qeydiyyat prosesi bu gün  saat 23:59-da yekunlaşacaq. Artıq 2800-dən çox namizəd http://www.miq.edu.az/muqavile/ saytı vasitəsilə elektron qeydiyyatdan keçib. Qeydiyyat başa çatdıqdan sonra elektron ərizələrin yoxlanılması həyata keçiriləcək və nəticələr namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Qeyd edək ki, müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər  üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə  işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.

“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Daşkəsən rayonu Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəbin müəllimi Vəfa Qocayevaya həsr olunub. Vəfa Qocayeva sözügedən məktəbdə rus dili və ədəbiyyatı fənnini tədris edir. O, 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək 52 bal toplayıb. Gənc nəslin yetişməsində müəllim əməyinin mühüm rolunu qeyd edən Vəfa Qocayeva deyir ki,  uzun illərdir çəkdiyi zəhmətin bəhrəsini gördükcə, sevimli şagirdlərinin xoş sorağını aldıqca ürəyi qürurla dolur. Qeyd edək ki, “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

Rumıniyada 2020-2021-ci tədris ili üçün təqaüd proqramı

Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi  2020-2021-ci tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir. Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan edilib. Tədris rumın dilində aparılacaq. Təqaüd proqramına müraciət edəcək iddiaçılar Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az )  müraciət etməlidirlər.  Müraciət üçün son tarix 5 aprel 2020-ci ildir. Təqaüd proqramı ilə bağlı əlavə məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Könüllülüyün təbliği ilə bağlı qrant müsabiqəsi

Təhsil Nazirliyi “Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının inkişafı” mövzusunda qrant müsabiqəsi elan edir. Müsabiqə tələbələr arasında könüllülüyün təbliği, tələbə-könüllülərin dünyagörüşünün genişləndirilməsi, maraq dairələri üzrə klubların yaradılması, müvafiq təlim kurslarının və digər işlərin təşkili məqsədi ilə həyata keçirilir. Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər iştirak edə bilərlər.   Layihələrin qəbuluna 5 mart 2020-ci il tarixdən başlanılır. Təkliflər 17 mart 2020-ci ilədək təqdim olunmalıdır. Qrant müsabiqəsi barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı