SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Apellyasiya Şurasının iclası keçirilib
Martın 3-də Təhsil Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib. İclasda Təhsil Nazirliyinin Tədris resursları şöbəsində və Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin Uşaq və gənclərin yaradıcılığı sektorunda aparıcı məsləhətçi vəzifəsinə namizəd Mürşüd Mürşüdlü, Tədris resursları şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Zeynəb Əskərova, İnformasiya şöbəsinin Dəftərxana sektorunda məsləhətçi vəzifəsinə namizəd Mahir Quliyev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Maliyyə və təsərrüfat şöbəsində baş məsləhətçi vəzifəsinə namizəd Elnur İsmayılov, Sumqayıt Şəhər Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Nuranə Quliyeva, Tovuz Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə namizəd Rüfanə Tağıyeva, Zəngilan Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə namizəd Şirvanə Tacirlinin müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.
İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. 1 nəfərin şikayətinin təmin olunması, 1 nəfərin şikayətinin qismən təmin edilməsi, 4 nəfərin şikayətinin təmin olunmaması barədə Şura tərəfindən qərar qəbul olunub.
Apellyasiya Şurasına müraciət edən 4 namizəd isə ərizələrini geri götürdükləri üçün müraciətləri üzrə icraata xitam verilib.
5 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl