• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Daimiləşmə müsabiqəsində iştirak üçün qeydiyyatdan keçməyənlərin nəzərinə

Cari ilin mart ayı ərzində yaranan vakant yerlərə müddətli müqavilə əsasında işə qəbul edilmiş müəllimlərin daimiləşmə müsabiqəsində iştirakının təmin edilməsi məqsədilə elektron sənəd qəbulunun müddəti uzadılıb. Müsabiqədə iştirak etmək istəyən namizədlər cari ilin 13-19 mart tarixlərində   http://www.miq.edu.az/muqavile/ saytı vasitəsilə elektron qeydiyyatdan keçə biləcəklər. Nəzərinizə çatdırırıq ki,  daimiləşmə müsahibələrinin keçiriləcəyi tarix məlum deyil. Elektron sənəd qəbulu başa çatdıqdan sonra bu barədə məlumat veriləcək. Qeyd edək ki, sözügedən müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər  üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə  işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.

Futzal üzrə ölkə çempionatı keçiriləcək

Ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçiriləcək futzal üzrə ölkə çempionatının püşkatma mərasimi baş tutub. Mərasimdə Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi, Təhsil Nazirliyi, Azərbaycan Futzal Federasiyası Assosiasiyasının əməkdaşları, ali və orta ixtisas təhsili müəssisələrinin idman klublarının rəhbərləri iştirak edib. Bildirilib ki, çempionatın mövcud beynəlxalq qaydalar əsasında cari ilin 4 aprel tarixində start götürməsi və 10 may tarixində yekunlaşması nəzərdə tutulur. Çempionatda 35 ali və orta ixtisas təhsil müəssisələrinin komandaları iştirak edəcək. Komandaların 22-si Bakı şəhərini, 13-ü isə regionları əhatə edir. Yarışların birinci mərhələsində komandalar püşkatma yolu ilə 8 yarımqrupa bölünərək mübarizə aparacaq. Yarımqrup oyunlarının beşi Bakı şəhərində, ikisi isə regionlarda (Şirvan və Gəncə şəhərləri) keçiriləcək. Sonrakı mərhələlər 1/16, 1/8, 1/4, yarımfinal və final oyunlarını əhatə edir. Oyunlar Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Göygöl Olimpiya İdman Kompleksinin idman zallarında keçiriləcək. Oyunlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq. I, II və III yeri tutan komandalar müvafiq diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.  Bundan başqa, təsis edilmiş 5 nominasiya üzrə seçiləcək tələbə futzalçılar da xüsusi mükafatlarla təltif olunacaq. Çempionatın keçirilməsində əsas məqsəd Azərbaycan ali və orta ixtisas təhsili müəssisələri tələbələri arasında futbol idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi, ölkənin yeniyetmə, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futbolçuların seçilməsinin təminatı, tələbələr arasında ən güclü futzal komandasının müəyyən edilməsi, həmçinin, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir. Qeyd edək ki, futzal üzrə çempionat Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi və Azərbaycan Futzal Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Futzal Federasiyasının dəstəyi ilə keçirilir.

“Dərs vaxtı”nın 13 mart cədvəli

“Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” verilişinin martın 13-ü üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib. Hörmətli şagirdlər, Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Təhsil Nazirliyinin təşkilatçılığı ilə yayımlanan “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər.

IV qrant müsabiqəsi üzrə layihələrin qəbulu davam edir

Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi” üzrə layihələrin qəbulu 31 mart saat 18:00-dək davam edəcək. Müsabiqəyə təqdim edilən layihələrin əvvəllər təqdim edilməyən orijinal ideyaya əsaslanması, inkişafyönümlü və innovativ xarakterli olması əsas şərtlərdəndir. Layihələrin seçiminin şəffaf aparılması məqsədilə müsabiqəyə təqdim edilən bütün layihələr Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş ekspertlər tərəfindən eyni formada yoxlanılır. Nəzərinizə çatdırırıq ki, müsabiqəyə müraciət edən şəxslər (layihə müəllifləri) üçün Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən təlim keçirilmir. Hazırda həyata keçirilən təlimlər fərdi şəxslərin öz təşəbbüsüdür və Təhsil Nazirliyi bu məsələdə məsuliyyət daşımır.

ADA Universiteti və BP arasında müqavilə imzalanıb

Mart 12-də ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında kompüter elmləri üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramının BP şirkəti tərəfindən qismən maliyyələşdirilməsi üzrə sazişin imzalanma mərasimi keçirilib.  Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayev, ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer, BP-nin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qəri Cons və digər qonaqlar iştirak ediblər. İkili diplom proqramının ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilməsi və həyata keçirilməsi planlaşdırılır. İkili diplom proqramı kompüter elmləri və verilənlərin təhlili üzrə mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Corc Vaşinqton Universitetinin tədris planı əsasında bu universitetin professorları tərəfindən həyata keçiriləcək proqramın məzunları kompüter elmləri və verilənlərin təhlili sahəsində bilik və bacarıqlara yiyələnəcəklər. Proqram çərçivəsində 2020-2021-ci tədris ilindən etibarən ADA Universitetində magistratura səviyyəsinə qəbul aparılacaq. Magistratura səviyyəsində təhsilin 5 semestrinin 3-ü Bakıda, 2 semestri isə Vaşinqtonda təşkil ediləcək. Proqram üçün tələbələrin seçimi Corc Vaşinqton Universiteti tərəfindən həyata keçiriləcək. Sonda məzunlara həm ADA Universitetinin, həm də Corc Vaşinqton Universitetinin diplomları veriləcək. Sözügedən beynəlxalq ikili diplom proqramı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ümumilikdə dövlət tərəfindən, qismən isə BP tərəfindən maliyyələşdiriləcək.  

“Dərs vaxtı”: Bu gün keçiriləcək dərslərin proqramı

Hörmətli şagirdlər, bu gün “Mədəniyyət” kanalının efirində yayımlanan “Dərs vaxtı” verilişində aşağıdakı cədvələ uyğun təqdim edilən dərsləri izləyə bilərsiniz.

 Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

2020-2021-ci dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat zamanı çətinlik çəkən valideynlər üçün Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb. Bakı şəhəri üzrə Alternativ qeydiyyat mərkəzləri Xəzər rayonu üzrə Mərdəkan bələdiyyəsi, Gənclər evi,  Buzovna qəsəbə icra nümayəndəliyi, Zirə və  Binə bələdiyyələri, Xətai və Nizami rayonları üzrə  Təlimə Dəstək Mərkəzi,  Nərimanov rayonu üzrə Təhsil İnstitutunun Təlim Texnologiyaları Mərkəzi, Binəqədi və Nəsimi rayonları üzrə Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi, Suraxanı rayonu üzrə Hövsan, Qaraçuxur və Bülbülə bələdiyyələri, Qaradağ rayonu üzrə Qobustan, Müşfiqabad, Lökbatan, Sahil və Ələt bələdiyyələri, Sabunçu rayonu üzrə Gənclər evi, Səbail və Yasamal rayonları üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Qəbul otağı, Pirallahı rayonu üzrə isə Gənclər evində təşkil edilib. Vətəndaşlar  Bakı şəhəri üzrə təşkil edilmiş həmin mərkəzlərə həftənin I-V günləri saat 10:00-dan 16:00-a qədər yaxınlaşa bilərlər. Digər bölgələr üzrə isə Alternativ qeydiyyat mərkəzləri müvafiq  rayon (şəhər) təhsil şöbələrində (idarələri) təşkil olunub. Vətəndaşlar həmin mərkəzlərə həftənin I-V günləri saat 09:00-dan 18:00-a qədər müraciət edə bilərlər. Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Teledərslərə start verilir

Martın 11-dən başlayaraq “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilir. Teledərslər həftənin 5 günü saat 10-dan 16-dək davam edəcək. Teledərslər bütün sinifləri əhatə edəcək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq. İbtidai siniflərdə “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, V-XI siniflərdə isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Xarici dil”, “Tarix”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” fənləri üzrə qısa videodərslər təqdim ediləcək. Təhsil Nazirliyi şagirdlərə dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər. Qeyd edək ki, tətil zamanı dərs öyrənmək üçün e-dərslik və video dərslərlə zənginləşdirilmiş video.edu.az  elektron portallarından istifadə də mümkündür. Təhsil Nazirliyinin www.e-derslik.edu.az portalında 232 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 256 elektron vəsait mövcuddur. Video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı hazırda 28-dir. Təhsil Nazirliyinin video.edu.az portalına 1621 videodərs yerləşdirilib. Elektron portalda hər ay belə dərslərin sayı  artırılmaqdadır.  Portalda  3D animasiyalı videolar, “Khan Academy” dərsləri və qiymətləndirmə sistemli videodərslər mövcuddur. Dərslər yerli və xarici müəllimlərin iştirakı ilə milli kurikuluma uyğun hazırlanır.

Təhsil naziri “Hədəf” verilişinin qonağı olub

AzTV-nin "Hədəf" verilişinin budəfəki qonağı Təhsil naziri Ceyhun Bayramov olub. Nazir gündəmin aktual məsələsindən, koronavirus infeksiyası ilə əlaqədar olaraq təhsil ocaqlarında dərslərin dayandırılmasından danışıb. Ceyhun Bayramov həmçinin itirilmiş dərs saatlarının kompensasiyası məsələsinə toxunub, bunun necə yoluna qoyulacağını açıqlayıb.  

Müddətsiz müqavilə ilə işləmək istəyən 2971 namizəd qeydiyyatdan keçib

  Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsinə elektron qeydiyyat başa çatıb. Elektron sənəd qəbulu prosesində 2971 namizəd qeydiyyatdan keçib, onlardan 2540 namizəd elektron ərizəsini təsdiq edib. Elektron ərizələrin yoxlanılması başa çatdıqdan sonra müvafiq məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Qeyd edək ki, müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər  üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə  işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı