SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Dərs vaxtı” nın 17 mart cədvəli
“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin martın 17-si üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Təhsil Nazirliyinin təşkilatçılığı ilə yayımlanan “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər.
16/03/2020 17:40
Təhsil Nazirliyində vətəndaşların qəbulu müvəqqəti dayandırılır
Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı nəzərə alınaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il martın 20-dək fəaliyyətini dayandırır. Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər. Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.
16/03/2020 17:31
Peşə sahəsində Azərbaycan Hotel Assosiasiyası ilə qarşılıqlı əməkdaşlıq
Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Azərbaycan Hotel Assosiasiyası arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandum tərəflərin təlim və istehsalat bazasının, təcrübəli ixtisaslı kadrlarının mövcudluğunu, habelə müvafiq sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsinin zəruriliyini nəzərə alaraq, razılaşdırılmış mövqe və birgə fəaliyyətlərini müəyyən edir.
16/03/2020 16:18
ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə oxumaq istəyənlərin nəzərinə
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında imzalanan ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbula start verilir. Magistratura səviyyəsində təhsil iki il müddətində və ingilis dilində aparılacaq. Sözügedən ikili diplom proqramı çərçivəsində təhsil almaq istəyənlər 15 aprel 2020-ci il tarixinədək müraciət etməlidirlər. İkili diplom proqramı ilə bağlı əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.
13/03/2020 17:15
Azərbaycan, rus bölmələri və məktəbəhazırlıq qrupları üçün 16 mart dərs cədvəli
“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin martın 16-sı üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib. Qeyd edək ki, martın 16-dan etibarən rus bölməsi üzrə təhsil alan şagirdlər, eləcə də məktəbəhazırlıq qruplarında oxuyan uşaqlar üçün də teledərslərə start verilir. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Təhsil Nazirliyinin təşkilatçılığı ilə yayımlanan “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər.
13/03/2020 16:22
Təhsil naziri Ağdam və Füzuli rayon sakinlərini qəbul edib
Martın 13-də Təhsil naziri Ceyhun Bayramov Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Ağdam və Füzuli rayon sakinlərini qəbul edib. Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilib. Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib. Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, məktəb binalarının əsaslı təmir və tikintisi, təhsil haqqı, iş yerinin daimiləşdirilməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
13/03/2020 16:02
Teledərslər davam edir
Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin yayımı davam etdirilir. Martın 11-dən start verilən teledərslər həftənin 5 günü saat 10:00-dan 16:00-dək “Mədəniyyət” kanalında, saat 14:00-dan isə “ARB Günəş” kanalında yayımlanır. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər. 11, 12 və 13 mart tarixlərində artıq yayımlanmış dərslərin videolarına müvafiq link vasitəsilə (https://www.youtube.com/playlist?list=PLmurSRyhshyjqi21ah3rK20osuCC7D2f2), eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından ( https://video.edu.az/) baxa bilərsiniz.
13/03/2020 14:54
Təhsil naziri Ağdam və Füzuli rayon sakinlərini qəbul edir
Martın 13-də Təhsil naziri Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Ağdam və Füzuli rayon sakinlərini qəbul edir. Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilir.
13/03/2020 11:25
Məktəb seçiminə start verilir
2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə qəbul üçün Azərbaycan bölməsi üzrə elektron qeydiyyatdan keçmiş valideynlər bu gün saat 11:00-dan etibarən məktəb seçimini həyata keçirə bilərlər. Tədris digər dildə aparılan bölmə üzrə məktəb seçiminə isə 1 may tarixindən başlanılacaq. Qeyd edək ki, birinci sinfə qəbul prosesi 14 sentyabr 2020-ci il tarixədək davam edəcək. Elektron qeydiyyat zamanı çətinlik çəkən valideynlər müvafiq Alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər. 2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları
13/03/2020 10:12
Peşə sahəsində Britaniyanın Plimut İncəsənət kolleci ilə əməkdaşlığa başlanılıb
Britaniya Şurası Peşə Təhsili üzrə Dövlət Agentliyinin də benefisiarı olduğu “Crafting Future” adlı regional proqrama başlayıb. Proqram tətbiqi sənət, sənətkarlığın dəstəklənməsi, eləcə də inkişafına istiqamətlənmiş aktual tədqiqat və maarifləndirmə təşəbbüslərini özündə ehtiva edir. 3 il müddətində davam edəcək proqram çərçivəsində Böyük Britaniyanın Plimut İncəsənət kolleci ilə sıx əməkdaşlığın aparılması nəzərdə tutulur. Hazırda proqramın növbəti mərhələsi olaraq əsas prioritetlərin müəyyənləşdirilməsi istiqamətində işlər gedir. Qeyd edək ki, proqram çərçivəsində benefisiar qismində çıxış edən qurumların nümayəndələrinin ötən həftə Böyük Britaniyanın Plimut şəhərinə tədqiqat səfəri baş tutub. 3 gün davam edən səfər çərçivəsində kollecin maddi texniki bazası ilə tanışlıq, tədris prosesinin aparılması və tətbiq edilən yeni yanaşmalar barədə ətraflı məlumatlar əldə edilib.
13/03/2020 10:03
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı