SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Daimiləşmə müsabiqəsində iştirak üçün qeydiyyatdan keçməyənlərin nəzərinə
Cari ilin mart ayı ərzində yaranan vakant yerlərə müddətli müqavilə əsasında işə qəbul edilmiş müəllimlərin daimiləşmə müsabiqəsində iştirakının təmin edilməsi məqsədilə elektron sənəd qəbulunun müddəti uzadılıb. Müsabiqədə iştirak etmək istəyən namizədlər cari ilin 13-19 mart tarixlərində http://www.miq.edu.az/muqavile/ saytı vasitəsilə elektron qeydiyyatdan keçə biləcəklər.
Nəzərinizə çatdırırıq ki, daimiləşmə müsahibələrinin keçiriləcəyi tarix məlum deyil. Elektron sənəd qəbulu başa çatdıqdan sonra bu barədə məlumat veriləcək.
Qeyd edək ki, sözügedən müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.
5 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl