• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Dərs vaxtı"nın 1 may cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 1-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Gənc-ekoloq liderlərin V Ekoloji Forumu

Aprelin 30-da Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində Bakı məktəblilərinin ikigünlük V Ekoloji Forumu öz işinə başlayıb. Ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar cari ildə V Ekoloji Forum onlayn platformada təşkil edilib. Forumun keçirilməsində əsas məqsəd ətraf mühitin qorunması sahəsində məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda xüsusi bacarıq və səriştənin formalaşdırılması, “Yaşıl şəbəkə” devizi altında uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsi, 2019-cu il fəaliyyətinə dair təcrübə mübadiləsinin aparılmasından ibarətdir. "Yaşıl şəbəkə” – Ekoklub üzvlərinin V Ekoloji Forumunun birinci günü Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə açılış nitqi ilə çıxış edib. Daha sonra Təhsil nazirinin müavini Firudin Qurbanov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının  (BMTİP) Rezident Numayəndəsinin müavini Çaru Bistin videokonfrans formatında salamlama nitqi ilə çıxış ediblər. Həmçinin Forumun ilk günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədovanın onlayn təqdimatının ardınca iştirakçıların sualları cavablandırılıb, seçilmiş 170 ekoklub lideri 2019-2020-ci tədris ili üçün ekoklubların illik hesabatı, “İqlim dəyişmələrinin əhaliyə təsiri” və “COVİD-19 pandemiyası – karantində həyat” mövzularında təqdimatlarla çıxış ediblər. Forumun plenar sessiyasında BMTİP Baş Proqram müşaviri Çingiz Məmmədov və "BMT-nin İqlim dəyişmələri üzrə konvensiyasına Dördüncü Milli Məlumatın hazırlanmasına texniki yardım” layihəsinin assistenti Elana Əlizadənin moderatorluğu ilə "Azərbaycanda ekoloji problemlər” mövzusunda onlayn təqdimat keçirilib. Daha sonra biomüxtəliflik üzrə müstəqil ekspert Nicat Həsənovun moderatorluğu ilə "COVİD-19 və planetin biomüxtəlifliyi” mövzusunda onlayn diskussiya təşkil olunub. Forumun ikinci günü “Liderlik qabiliyyəti və uğurlu təqdimat” mövzusunda onlayn ustad dərsi keçiriləcək. Bu bölümdə AMEA Mərkəzi Nəbatat Bağının (MNB) Gənc Alim və Mütəxəssislər şurasının sədri Fərid Seyfullayevin təqdimatı, suallar və cavablar, məşhur beynəlxalq ekoloqların video mesajları forum iştirakçılarının diqqətinə çatdırılacaq. Foruma “Evdə qalaq, sağlam olaq” devizi altında Sevinc Fərəcovanın rəhbərliyi ilə gimnastika üzrə onlayn fləşmobun nümayişindən sonra yekun vurulacaq. Qeyd edək ki,  2016-cı ildə ilk ekoloji forumda iştirak edən ekoklub üzvlərinin sayı 250 olduğu halda, 4 il ərzində bu rəqəm 450-yə yüksəlib. Bu il V Ekoloji Forumun onlayn platformada keçirilməsi Bakı şəhəri üzrə 40 ümumi təhsil müəssisəsi və 27 regional UşaqGənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən ekoklubların 2000 üzvünün iki gün ərzində onlayn şəkildə sosial şəbəkələrdə canlı yayımlanan foruma qoşulmasına imkan yaradıb.   Təhsil nazirinin müavini Firudin Qurbanovun V Ekoloji Forum iştirakçılarına müarciəti   Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun  V "Ekoloji Forum" iştirakçılarına müraciəti   BMTİP-nin Rezident Nümayəndəsinin müavini Çaru Bistin V "Ekoloji Forum" iştirakçılarına müraciəti

“Polyup” platforması “Virtual məktəb” portalına inteqrasiya olunub

Hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platforması “Virtual məktəb” portalına inteqrasiya olunub. “Polyup” resursları şagirdlərə virtual olaraq genişləndirilmiş reallıqda obyektləri dəyişərək riyaziyyat və kompüter elminin həyata təsirini əyani şəkildə anlamağa dəstək olur. Portalda sözügedən resurslarlardan faydalanmaq üçün “Teams > General” bölməsində “Polyup” altbölmələrinə daxil olmaq lazımdır. Mobil tətbiq istifadəçiləri əlavə olaraq More/Daha çox/Больше xidmətindən istifadə edə bilərlər. “Virtual məktəb” platformasında tədris aparan müəllimlər “Polyup” platformasını onlayn dərslərində istifadə edə bilərlər. Əyani olaraq Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi Elvin Əliyevin distant dərsini izləmək mümkündür. Qeyd edək ki, funksionallığı və imkanları genişləndirilən portalda hazırda görüntülü və audio dərslərin keçirilməsi, teledərslərin izlənilməsi, elektron dərsliklər, video dərslər, “Polyup”, testlər kimi interaktiv resurslardan istifadə, tədris cədvəlinin tutulması, şagird və müəllim qruplarının təşkili, sənədlər üzərində birgə iş, həftəlik tapşırıqların həll edilməsi imkanları təqdim edilib. Aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən start verilən “Virtual məktəb” layihəsi hazırda ölkə üzrə 670 mindən çox şagird və 60 mindən çox müəllimi əhatə edir. Layihənin məqsədi Təhsil Nazirliyinin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir.

"Azercell"dən onlayn tədris verən müəllimlərə dəstək

Ümumi təhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə başlanılan "Virtual məktəb" layihəsi çərçivəsində Təhsil və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstək çağırışlarına "Azercell" də qoşulub. Şirkət bu məqsədlə yaradılmış “Virtual məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və "Azercell" abunəçisi olan 25000-dən çox müəllim-pedaqoji heyətinin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 10 AZN dəyərində 5GB internet paketi yükləməklə təşəbbüsə öz dəstəyini verəcək. Qeyd edək ki, onlayn tədris üçün internet paketi alacaq müəllim-pedaqoji heyətinin siyahısı www.virtual.edu.az saytında aparılan qeydiyyat prosesinə əsasən Təhsil Nazirliyi tərəfindən təqdim olunur.   Hədiyyə paketinin qoşulması üçün bir neçə mühüm texniki şərtlər mövcuddur:   - Abunəçinin siyahıda göstərilən "Azercell" nömrəsi aktiv olmalıdır. - Abunəçinin mobil cihazı mobil internet xidmətlərini dəstəkləməlidir. - Abunəçi internet istifadəçisi olmalıdır. - Abunəçinin təqdim olunan nömrəsində 5GB və ya daha artıq həcmli internet paketi, Mobil Nömrə Daşınması (MND), eləcə də “Kombo”, “MediaCell”, “Hədsiz”, “Hədsiz internet” tariflərindən hər hansı biri aktiv olmamalıdır. - Abunəçinin təqdim olunan nömrəsində hər hansı aktiv cihaz kampaniyası olmamalıdır. - Abunəçinin yenicə təsis olunmuş nömrəsində hədiyyə paketi xüsusi qeydiyyat qaydasında aktivləşdirilməlidir.   Suallarla bağlı məlumat əldə etmək və texniki dəstək üçün:   "Azercell" və digər yerli operatorların abunəçiləri üçün ümumi əlaqə nömrəsi - *1111.   1. Bütün "Azercell" abunəçiləri üçün davamiyyətindən asılı olmayaraq bir zəngin qiyməti ƏDV daxil 10 qəpik;   2. Digər yerli operatorların abunəçiləri üçün isə tarif paketinin şəbəkəxarici zəng tarifi ilə hesablanacaq.   Şəhər nömrələrindən Telefon Mərkəzinə zəng etmək üçün SimSim abunəçiləri (012) 490 49 49, fakturalı xətt abunəçiləri isə (012) 490 52 52 nömrələrinə zəng edə bilərlər.   Yazılı müraciət etmək üçün   - customercare@azercell.com - musterixidmetleri@azercell.com

"Dərs vaxtı"nın 30 aprel cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 30-u üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Respublika Hospitalı “üz sipəri” ilə təmin olunub

Təhsil Nazirliyinin “BİR” tələbə-könüllülərinin dəstəyi ilə Daxili İşlər Nazirliyi Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalı yüzlərlə “üz sipəri” ilə təmin olunub. Bildirək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “STEAM Azərbaycan” layihəsi çərçivəsində COVID-19 pandemiyasından qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə “3D” printerlərlə çap olunan “üz sipəri”nin istehsal prosesi davam etdirilir. "Üz sipəri”nin hazırlanmasında istifadə olunan məhsullar ekoloji təmiz və insan həyatı üçün təhlükəsizdir. Bu qoruyucu sipər insanın üzünü tam örtməklə hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır. Qeyd edək ki, Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri koronavirus pandemiyası dövründə insanların ruh yüksəkliyini saxlamaq və bu dövrdə çalışan şəxslərə təşəkkür etmək üçün onlayn aksiyalar həyata keçirir, donor kimi qanvermə aksiyalarına qoşulur, ehtiyacı olan şəxslərə yardımların çatdırılması, 65 yaşdan yuxarı insanlara sosial xidmətlərin göstərilməsi işlərinə dəstək olurlar. Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramı milli tələbə-könüllü platforması kimi 23000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 550-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

Onlayn müsahibələrə başlanılır

Mayın 4-dən etibarən respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələr keçiriləcək. Onlayn müsahibələrdə iştirak etmək üçün aprelin 29-dan namizədlərin şəxsi səhifələrinə məlumat yerləşdiriləcək. Namizədlər  təlimatla tanış olaraq 1 may saat 24:00-dək müsahibədə iştiraklarını təsdiq etməlidirlər. Müsahibədə iştirakı təsdiq etmək üçün şəxsi səhifəyə əlavə edilmiş hissəyə elektron ünvan daxil edilməlidir. Məhz həmin elektron ünvana göndərilmiş keçid linki vasitəsilə namizəd videozəngə qoşulacaq. Bundan sonra hər bir namizədin şəxsi səhifəsinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək. Müsahibələrdə ilkin olaraq Bakı şəhərinin ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlər iştirak edəcək. Digər rayon və şəhərlərdə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin də onlayn müsahibələrdə iştirakına şərait yaradılacaq.

"Dərs vaxtı"nın 29 aprel cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 29-u üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Yeni Peşə Təhsil Mərkəzindən məsafədən təhsil imkanı

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Təhsil Nazirliyinin təklif etdiyi “Microsoft Teams” platformasına qoşularaq təlim-tədris prosesinin məsafədən təşkilini təmin etməkdədir. Tədrisin dayandırıldığı müddət ərzində "Microsoft Teams” platforması vasitəsilə təhsil müəssisələrinə video-bağlantı qurmaqla tədris, müzakirələri təşkil etmək üçün interaktiv alətlərdən istifadə, mühazirə və digər dərs materiallarının ötürülməsi, istənilən ölçüdə materialların yerləşdirilməsi, qrup işinin aparılması kimi imkanlar yaradılır. Bununla yanaşı, Mərkəz tərəfindən tədrisdə yaranmış müvəqqəti fasilə ilə əlaqədar olaraq təhsilalanların dərs prosesindən kənar qalmaması üçün müvafiq videodərslərin çəkilişi davam etdirilir. Hazırlanmış videodərslər Mərkəzin “Youtube” kanalı, "Facebook" səhifəsi və video.edu.az portalında yenilənərək yerləşdirilir. Qeyd edək ki, videodərslər Mərkəzin mütəxəssisləri tərəfindən peşə təhsilinə dair kurikuluma uyğun olaraq tərtib olunur. Dərslər Mərkəzdə tədris olunan 8 ixtisas istiqamətləri üzrə mövzuları əhatə edir, müxtəlif cihaz və avadanlıqların iş prinsipləri və təlimatlarını əks etdirir. Videodərslərdən peşə təhsili müəssisələrində təhsil alan tələbələr, həmçinin texniki sahənin müəyyən istiqamətlərində bacarıq və vərdişlərini artırmaq istəyən şəxslər, müəllimlər metodik vəsait kimi istifadə edə bilərlər.

Nazirlər Kabineti yanında Operativ Qərargah Təhsil naziri Ceyhun Bayramovun iştirakı ilə brifinq keçirir

 

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı