• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Dərs vaxtı"nın 28 aprel cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 28-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Müəllimlərin yerdəyişməsi və işə qəbulu

Cari ildə də müəllimlərin iş yerinin dəyişdirilməsi elektron qaydada həyata keçirildiyi üçün müsabiqənin təşkilində hər hansı maneə olmayacaq. Belə ki, elan ediləcək tarixlərdə qeydiyyatdan keçən və elektron ərizəsini təsdiq edən namizədlər iş yerini dəyişmək imkanı əldə edə biləcəklər. Həmçinin, bir qayda olaraq yay aylarında keçirilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təxirə salınmasına dair hazırda hər hansı bir qərar yoxdur. Müsabiqənin test imtahanı və müsahibə mərhələsinin təşkili ilə bağlı zəruri tədbirlər həyata keçirilməkdədir. Ölkədə COVİD-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyətdən və bununla bağlı tətbiq ediləcək qaydalardan asılı olaraq müvafiq qərar qəbul edildiyi təqdirdə ictimaiyyətə ətraflı məlumat veriləcək.  

Şahmat üzrə onlayn Qran-pri turniri başa çatıb

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 17 yaşadək şahmatçılar arasında keçirilən onlayn Qran-pri turniri başa çatıb.Turnirdə 2003-cü il təvəllüdlü və daha kiçik yaşlı məktəblilər, o cümlədən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin və şahmat klublarının 300-dən çox şahmatçısı iştirak edib. Oyunlar www.chess.com internet portalı üzərindən 6 seçmə və final olmaqla 7 mərhələ üzrə keçirilib. Məktəbli şahmatçıları həvəsləndirmək məqsədilə hər seçmə mərhələnin birində milli yığma komandamızın üzvlərindən bir nəfər fəxri üzv kimi yarışa qatılıb. Belə ki, məktəblilər Rauf Məmmədov, Eltac Səfərli, Namiq Quliyev, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova kimi şahmatçılarla mübarizə aparmaq imkanı əldə edib. Hər seçmə mərhələ oyunlara qatılan fəxri üzvlərin adı ilə adlandırılıb və onların yarışdakı nəticələri müsabiqədən kənar hesab olunub. Bütün seçmə mərhələlər fəxri üzvlər tərəfindən “Youtube” üzərindən canlı olaraq şərh olunub. Final mərhələsində isə iştirakçılar oyunlarını kamera qarşısında canlı yayımda oynayıblar.

Onlayn müsahibələr keçiriləcək

Müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə müsahibələr onlayn keçiriləcək.           Müsahibələr "Microsoft Teams” platforması üzərindən təşkil olunacaq və ilkin mərhələdə Bakı şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimləri əhatə edəcək.     Onlayn müsahibələrdə iştirak könüllü surətdə həyata keçirilir və müsahibələrdə iştirakla bağlı namizədlərin şəxsi səhifələrinə məlumat göndəriləcək.    Bu və ya digər səbəblərə görə müsahibələrə qoşula bilməyən namizədlərin ənənəvi şəkildə müsahibədə iştirak hüququ saxlanılır. Xüsusi karantin rejimi dövründə tətbiq edilən hərəkət məhdudiyyəti aradan qaldırıldıqdan sonra həmin şəxslərin müsahibədə iştirakı təmin olunacaq.   Proses barədə mütəmadi məlumat veriləcək. Qeyd edək ki,  2018-2019-cu və 2019-2020-ci tədris illəri üzrə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplamış və vakant yerlərə  müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə müsahibədə iştirak üçün 3000 nəfərə yaxın namizəd qeydiyyatdan keçib. Müəllimlərin şəxsi məlumatları, hazırda müddətli əmək müqaviləsi ilə işlədikləri məktəblərdə vakansiyanın olub-olmaması  yoxlanılıb və 1300-dən çox namizədin elektron ərizəsi təsdiq edilib.

"Dərs vaxtı"nın 27 aprel cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 27-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Məktəbəqədər təhsillə bağlı teledərslər

“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNİCEF-in maliyyə və Təhsil Nazirliyinin dəstəyi ilə “Oynayırıq və öyrənirik” adlı teledərslərə start verilib. Məktəbəqədər yaş dövrünə aid uşaqlar üçün hazırlanan teledərslər “ARB Günəş” telekanalının efirində həftənin II və IV günləri saat 12:05-də yayımlanır.  Teledərslərdə uşaqlara mövzulara dair nəzəri məlumatlar verilməklə yanaşı onların kiçik və böyük matorikasının inkişafı üçün praktiki məşğələlər də təqdim olunur. “Oynayırıq və öyrənirik” adlı teledərslərə ekran qarşısında baxa bilməyənlər yayımlanmış dərsləri layihənin rəsmi “YouTube” (https://bit.ly/2Y0Bm86) kanalında, “Facebook” səhifəsində, “www.ilk5il.az” portalında və “ilk5il” mobil tətbiqində izləyə bilərlər. Qeyd edək ki,Təhsil İnstitutunun həyata keçirdiyi “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinin fəaliyyət planına uyğun olaraq teledərslərlə yanaşı uşaqlar üçün onlayn dərslər və tərbiyəçi müəllimlər üçün vebinarların təşkili də davam etdirilir. Layihə çərçivəsində tədris prosesinin əhatə dairəsinin və keyfiyyətin ölçülməsi məqsədi ilə icma əsaslı məktəbəqədər təhsil qruplarında keçirilən dərslərin həftəlik statistikası aparılır. Belə ki, ötən həftə 321 icma qrupunun hər birində tərbiyəçi müəllimlər tərəfindən onlayn dərslər keçirilib, dərslər 3258 uşağı əhatə edib.  Müqayisə üçün bildirək ki, karantin dövrünün ilk həftəsində icma qruplarının yalnız 52,3 faizində onlayn dərslər keçirilib və dərslər 1688 uşağı əhatə edib. İnklüziv təhsil, dərsin qurulması, oxunun təşkili və valideynlərlə iş mövzularında təşkil edilən vebinarlara ümumilikdə 250-ə yaxın tərbiyəçi müəlllim cəlb edilib. Layihə əməkdaşları tərəfindən vebinarların mütəmadi təşkili nəzərdə tutulur. Nəzərinizə çatdıraq ki, sözügedən layihə çərçivəsində ölkə üzrə 33 rayon və şəhərin 308 icmasını əhatə edən 321 icma əsaslı məktəbəqədər təhsil qrupuna 6212 nəfər 3 və 4 yaşlı uşaq cəlb edilib.

Təhsil naziri rektorlarla videokonfrans keçirib

Aprelin 24-də Təhsil naziri Ceyhun Bayramov nazirliyin aparatının rəhbər şəxsləri və ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə videokonfrans keçirib. Videokonfransı giriş sözü ilə açan Təhsil naziri koronavirus pandemiyasının təsirlərinin minimallaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqların icrası vəziyyəti barədə konfrans iştirakçılarına geniş məlumat verib, həmçinin ölkə ərazisində təlim-tərbiyə prosesinin martın əvvəlindən dayandırılması ilə əlaqədar bir sıra məsələləri müzakirəyə çıxarıb. Qeyd edilib ki, mart ayından başlayaraq ali təhsil müəssisələrinə verilmiş tövsiyə və tapşırıqlara uyğun olaraq həmin müəssisələrdə tədrisin məsafədən təşkili təmin edilib, bu məqsədlə istifadə edilən Microsoft Teams və bəzi digər onlayn platformalara bu günədək 95 mindən artıq tələbə qoşulub və hazırda bu prosesin əhatəliyi genişlənir. Tövsiyəyə uyğun olaraq, məsafədən tədris zamanı qazanılmış müsbət təcrübələr ali təhsil müəssisələri arasında paylaşılır, qarşılıqlı əməkdaşlıq şəraitində müzakirələr davam etdirilir. Təhsil naziri qeyd edib ki, 19 mart tarixində ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamın icrası məqsədilə Nazirlər Kabineti tərəfindən tədbirlər planı təsdiq edilib. Tədbirlər planına əsasən, bir sıra istiqamətlərlə yanaşı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün 40 milyon AZN məbləğində kompensasiya nəzərdə tutulub, bu istiqamət üzrə icraçı qurumlar Təhsil və Maliyyə Nazirlikləri, icra müddəti isə 2020-ci il müəyyən edilib. Bu məqsədlə Təhsil Nazirliyi ali təhsil müəssisələrinə bu kateqoriyaya aid olan tələbələrdən müvafiq müraciətlərin toplanmasını tapşırıb. Həmin müraciətlərin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə yaradılmış alt-sisteminə növbəti həftədən başlayaraq daxil edilməsi nəzərdə tutulur. Hazırda aidiyyəti dövlət orqanlarının və qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyası işləri davam etdirilir. Bundan əlavə, ali təhsil müəssisələrində mövcud vəziyyəti nəzərə alaraq tələbələrin tədris ilinin ikinci yarımilliyinin nəticələrinə əsasən qiymətləndirilməsi prosesinin təşkilinə dair fikir mübadiləsi aparılıb, nazirlik tərəfindən bu istiqamətdə ümumi tövsiyələr verilib və hər bir ali təhsil müəssisəsi tərəfindən bu məqsədlə görüləcək konkret tədbirlər barədə təkliflərin qısa müddət ərzində Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılıb Videokonfransda gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.

“WorldSkills Asia” təşkilatına üzv seçilmiş Azərbaycan tərəfi ilə videogörüş

“WorldSkills Asia” təşkilatına üzv seçilmiş Azərbaycan tərəfi üçün texniki tanışlıq məqsədilə videogörüş təşkil edilib. Videogörüşdə üzvlüyün yaratdığı fürsətlər, iki ildən bir təşkil edilən yarışların keçirilmə prinsipi və ümumilikdə yarışlara hazırlıq barədə geniş məlumat təqdim edilib. Nəzərinizə çatdıraq ki, sözügedən təşkilat “WorldSkills” müsabiqəsinin Asiya qitəsi səviyyəsində aparılan regional əməkdaşlığı, yarışların keçirilməsi, həmçinin bilik və bacarıqların inkişaf etdirilməsi üzrə mümkün təcrübə mübadiləsini nəzərdə tutur.  “WorldSkills Asia” müsabiqəsi, həmçinin Asiya qitəsi üzrə peşə təhsilli kadrlarının olimpiadası kimi də tanınır. Müsabiqənin əsas vəzifəsi dünya iqtisadiyyatı üçün vacib texnoloji, eləcə də xidmət sahələrində bacarıq və peşələrin inkişafı, bu sahədə bilik və bacarıqların üzv ölkələr arasında təşviq edilməsidir. Qeyd edək ki, 17-19 noyabr 2020-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində təşkil ediləcək yarışda Azərbaycan tərəfindən 2 bacarıq üzrə iştirakçıların qatılması nəzərdə tutulur.  

II "Virtual əlaçı" bilik yarışmasına start verilir 

Aprelin 24-dən II "Virtual əlaçı" bilik yarışmasına start verilir.  Yarışmada iştirak etmək üçün "Virtual məktəb" portalında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olaraq orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez düzgün cavab verən ilk 10 şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək. Qeyd edək ki, yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.

Müəllimlərin “Virtual məktəb”də qeydiyyatı və siniflərin seçimi təkmilləşdirildi

Müəllimlərin “Virtual məktəb”də qeydiyyatı və siniflərin seçimi ilə bağlı imkanlar daha da təkmilləşdirilib. Belə ki, müəllimlər "Virtual məktəb" platformasında yalnız fərdi identifikasiya nömrəsi (FİN) ilə deyil, Ümumi Təhsil İnformasiya Sistemi (ÜTİS) kodu ilə də qeydiyyatdan keçə biləcəklər.  Bunun üçün müəllim “Virtual məktəb” portalında “Müəllim qeydiyyatı” bölməsini seçməli, burada ÜTİS kodu və doğum tarixini qeyd etməli, açılacaq növbəti səhifədə elektron poçt ünvanı və əlaqə nömrəsini əlavə etdikdən sonra isə siniflərin seçimini həyata keçirməlidir. Portalda qeydiyyat zamanı sinif seçimi etməyən, sinfi dəyişdirmək istəyən və ya sinif əlavə etmək istəyən müəllim “Qeydiyyat” bölümünə qayıdaraq yenidən FİN/ÜTİS kodu və doğum tarixini qeyd etməlidir. Bu zaman açılacaq səhifədə müəllimin artıq qeydiyyatdan keçdiyi bildiriləcək və sinif seçimini etməsi xahiş olunacaq. “Davam et” keçidini sıxmaqla məktəbdə olan bütün siniflər siyahı şəkilində açılacaq və müəllim tədris etdiyi sinifləri qeyd edə biləcək. Sinif seçimi edildikdən sonra 24 saat ərzində virtual siniflər aktivləşdiriləcək. 24 saat sonra istifadəçi adı və şifrə daxil edilərək portala daxil olduqda “Teams” menyusu açılır və istifadəçi özünün tədris etdiyi sinifləri görür. Əgər istifadəçi tədris etdiyi digər sinifləri ümumi siniflər içərisində görə bilməsə, o zaman “Join and create team” bölməsi vasitəsilə dərs dediyi sinifləri öz səhifəsinə əlavə edə bilər. Bunun üçün açılan pəncərədə “Create team” düyməsi sıxılmalı, siyahıda görünən müvafiq siniflər işarələnərək “Choose group” düyməsi vasitəsilə səhifəyə əlavə edilməlidir. Qeyd edək ki, aprelin 18-dən müəllimlər üçün “Virtual məktəb” portalında açıq qeydiyyat imkanı yaradılıb. Qeydiyyat könüllü xarakter daşıyır. Qeydiyyat zamanı və portaldan istifadə üzrə çətinlik çəkən müəllimlər hazırlanmış müvafiq təlimatlarla tanış ola bilər, həmçinin virtual.edu.az saytındakı “Virtual bələdçi” xidməti, teams@tsii.edu.az ünvanına məktub və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin "Facebook" səhifəsində yaradılmış texniki dəstək xidmətlərindən faydalana bilərlər.    Təlimatlar:    Qeydiyyat üzrə təlimat   İstifadə üzrə təlimat

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı