• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Polyup” platforması “Virtual məktəb” portalına inteqrasiya olunub

Hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platforması “Virtual məktəb” portalına inteqrasiya olunub. “Polyup” resursları şagirdlərə virtual olaraq genişləndirilmiş reallıqda obyektləri dəyişərək riyaziyyat və kompüter elminin həyata təsirini əyani şəkildə anlamağa dəstək olur.

Portalda sözügedən resurslarlardan faydalanmaq üçün “Teams > General” bölməsində “Polyup” altbölmələrinə daxil olmaq lazımdır. Mobil tətbiq istifadəçiləri əlavə olaraq More/Daha çox/Больше xidmətindən istifadə edə bilərlər.

“Virtual məktəb” platformasında tədris aparan müəllimlər “Polyup” platformasını onlayn dərslərində istifadə edə bilərlər. Əyani olaraq Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi Elvin Əliyevin distant dərsini izləmək mümkündür.

Qeyd edək ki, funksionallığı və imkanları genişləndirilən portalda hazırda görüntülü və audio dərslərin keçirilməsi, teledərslərin izlənilməsi, elektron dərsliklər, video dərslər, “Polyup”, testlər kimi interaktiv resurslardan istifadə, tədris cədvəlinin tutulması, şagird və müəllim qruplarının təşkili, sənədlər üzərində birgə iş, həftəlik tapşırıqların həll edilməsi imkanları təqdim edilib.

Aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən start verilən “Virtual məktəb” layihəsi hazırda ölkə üzrə 670 mindən çox şagird və 60 mindən çox müəllimi əhatə edir. Layihənin məqsədi Təhsil Nazirliyinin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir.


5 il əvvəl