• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Onlayn intellektual yarışlar davam edir

1-2 may tarixlərində onlayn   "Fibonacci" və “Nə? Harada?Nə zaman?” intellektual yarışlarının növbəti oyunları keçirilib.  Mayın 1-də baş tutan  "Fibonacci" oyununda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumilikdə 132 komanda (təxminən 900 şagird) iştirak edib. Oyunun nəticələrinə əsasən, I yeri Bakı şəhəri 60 nömrəli tam orta məktəbin komandası tutub ("Eagles" komandası, 58 bal). II-III yerləri isə H.Əliyev adına Müasir Təhsil Kompleksi ("Growth Mindset" komandası, 53 bal) və Bakı şəhəri 24 nömrəli tam orta məktəbin ("Legendary" komandası, 53 bal) komandaları bölüşdürüb.   Mayın 2-də keçirilən “Nə?Harada? Nə zaman?” yarışında isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumilikdə 108 komanda (təxminən 650 şagird) iştirak edib. Oyunun nəticələrinə əsasən, Bakı şəhəri 175 nömrəli tam orta məktəbin komandası I yerdə qərarlaşıb (24 sualdan 20 düzgün cavab). II-V yerləri isə 17 düzgün cavab ilə  Bakı şəhəri 160, 147, 182 və 61 nömrəli  tam orta məktəblərin komandaları bölüşdürüblər.  Qeyd edək ki, onlayn formatda məktəblilərarası "Fibonacci” yarışması əsasən VIII-XI, “Nə? Harada?Nə zaman?” yarışması isə V-VII sinif şagirdləri arasında təşkil olunur. Növbəti oyunlarda digər bölgələrdən də şagirdlərin iştirakı təmin olunacaq.  Bu oyunların keçirilməsində əsas məqsəd koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə  bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail olmaları üçün imkan yaratmaqdır.

"Dərs vaxtı"nın 4 may cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 4-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

“Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı  

“Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

TƏHSİL NAZİRLİYİ VƏ DÖVLƏT İMTAHAN MƏRKƏZİNİN BİRGƏ MƏLUMATI

Məlum olduğu kimi, AR Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mayın 4-dən mayın 31-dək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.  Bu qərara uyğun olaraq Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ümumtəhsil müəssisələrində yekun qiymətləndirmələrin və monitorinqlərin aparılması, birinci sinfə qəbulun təşkili, təhsilalanların bir sinifdən digərinə keçirilməsi, buraxılış və qəbul imtahanlarının təşkili, ali təhsil müəssisələrində və təhsilin digər pillələrində yay imtahan sessiyalarının təşkili, habelə dövlət qulluğuna qəbul və müəllimlərin işə qəbulu imtahanlarının keçirilməsi vaxtı, formatı və qaydalarına dair məlumatı növbəti həftə ərzində ictimaiyyətə təqdim edəcəkdir. 01 iyun tarixindən sonra təhsil müəssisələri yalnız yuxarıda qeyd olunmuş istiqamətlər üzrə tədbirlərin keçirilməsi üçün məhdud şəkildə fəaliyyət göstərə bilər. Tədris ilinin sonunadək təhsil müəssisələrində dərslərin keçirilməsi nəzərdə tutulmur.

Bölgələrdə müddətli çalışan müəllimlərlə də onlayn müsahibələr keçiriləcək

Mayın 1-də Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrə qeydiyyat yekunlaşır. Nəzərinizə çatdıraq ki, aprelin 29-dan qeyd olunan kontingentin şəxsi səhifələrinə müsahibədə iştiraklarını təsdiqləmələri barədə məlumat yerləşdirilib. Bakı şəhəri üzrə son qeydiyyat tarixi bu gün saat 00:00-dur. Artıq Bakı şəhəri üzrə namizədlərin 90 faizi onlayn müsahibələrdə iştirakını təsdiqləyib. Mayın 2-də namizədlərin şəxsi səhifəsinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək. Mayın 4-dən isə onlayn müsahibələrə start veriləcək. İlkin olaraq keçiriləcək müsahibələrdə Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan müəllimlər iştirak edəcək. Bu müddət ərzində nazirliyin "Qaynar xətt"nə daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq, bu gün axşam saatlarından etibarən digər şəhər və rayonlar üzrə müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin şəxsi səhifələrinə də onlayn müsahibələrdə iştiraklarına şərait yaradılması məqsədilə məlumat göndəriləcək. Namizədlər şəxsi səhifələrinə daxil olaraq  təlimatla tanış olmalı, əlavə edilmiş hissəyə elektron ünvan daxil etməli və  7 may saat 00:00-dək müsahibədə iştiraklarını təsdiq etməlidirlər.

III  "Virtual əlaçı" bilik yarışmasına start verilir

Mayın 1-dən etibarən III "Virtual əlaçı" bilik yarışmasına start verilir.  Yarışmada iştirak etmək üçün "Virtual məktəb" portalında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez və düzgün cavab vermiş ilk 10 şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək. Qeyd edək ki, yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.

15 min şagirdin məktəbdənkənar fəaliyyəti onlayn şəkildə təmin olunub

Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri tərəfindən aprelin 1-dən başlayaraq onlayn formatda təşkil olunan dərslərdə iştirak edən qrup və dərnək üzvlərinin sayı 15 minə yaxın olub. Dərslərə “Təhsil” Respublika İdman Mərkəzinin strukturuna daxil olan 15 Uşaq-Gənclər İdman-Şahmat məktəbi üzrə 23 idman növündə 8 minə yaxın məktəbli, 796 məşqçi-müəllim, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, “Vətən” İdman Liseyi, Bakı şəhəri 1 nömrəli İdman Liseyi, Gəncə şəhər İdman Liseyi üzrə 13 idman növündə 2 minə yaxın məktəbli, 156 məşqçi-müəllim, həmçinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evi, 1, 2, 3 nömrəli uşaq-gənclər inkişaf mərkəzlərindən 103 müxtəlif dərnək üzrə 4 mindən artıq şagird, 294 dərnək rəhbəri cəlb edilib. Ümumilikdə 15 minə yaxın şagirdin, 1200-dən artıq pedaqoji heyətin iştirak etdiyi məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərin təşkilində əsas məqsəd ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarına dəstək göstərilməsi, məktəblilərin ev şəraitində asudə vaxtlarının səmərəli keçirilməsinə nail olunması, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarınının inkişaf etdirilməsindən ibarətdir. Onlayn dərslər çərçivəsində məşqçi-müəllimlər 27 idman növü üzrə uşaqların fiziki sağlamlığının təmin edilməsi üçün məşq prosesi, dərnək rəhbərləri isə onların yaradıcılıq qabiliyyətlərinin inkişafı məqsədilə müxtəlif dərnəklər - rəqs, rəsm, bədii qiraət, biçmə-tikmə və digər sahələr üzrə dərslər təşkil edir, mövzuya uyğun sual-cavab, fikir mübadiləsi aparmaq imkanı yaradırlar. Qeyd edək ki, onlayn dərslərlə yanaşı Təhsil Nazirliyinin təşkilatçılığı ilə həftəiçi “Mədəniyyət”  kanalında yayımlanan "Dərs vaxtı" və şənbə günü yayımlanan “Dərsdən sonra” verilişlərində məktəbdənkənar fəaliyyətlə bağlı teledərslər də yayımlanır.

Tanınmış simalar müəllimlərə təşəkkür etdi

Pandemiya dövrünün təhsili müəllimlərin üzərinə daha böyük məsuliyyət qoyur. Azərbaycan müəllimi bu sınaqdan üzüağ çıxır. Elə buna görə də ölkəmizin tanınmış simaları müəllimlərimizə təşəkkür edirlər.  

Təhsil Nazirliyi ehtiyacı olan 210 ailəyə ərzaq yardımı edib

Təhsil Nazirliyi tərəfindən ehtiyacı olan aztəminatlı ailələrə, həmçinin tək yaşayan yaşlı insanlara yardım aksiyası davam etdirilir.  Bu günədək Pirşağı qəsəbəsində yerləşən Qarabağ sanatoriyası, Bakı şəhəri Nəsimi və Nizami rayonlarında, eləcə də digər ərazilərdə yaşayan köməyə ehtiyacı olan aztəminatlı və tək yaşayan ahıl şəxslər olmaqla ümumilikdə 210 ailəyə ərzaq yardımı edilib.  Qeyd edək ki, yardım aksiyasının məqsədi pandemiya dövründə yaşayışında çətinlik yaranmış, ehtiyacı olan insanlara dəstək göstərməkdir.  Yardım aksiyası növbəti həftələrdə də davam etdiriləcək. 

Mərkəzi Gömrük Hospitalı “üz sipəri” ilə təmin olunub

Təhsil Nazirliyinin "BİR" tələbə-könüllülərinin dəstəyi ilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış Mərkəzi Hospitalı 300 ədəd “üz sipəri” ilə təmin olunub. Bildirək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “STEAM Azərbaycan” layihəsi çərçivəsində COVID-19 pandemiyasından qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə “3D” printerlərlə çap olunan “üz sipəri”nin istehsalı davam etdirilir. "Üz sipəri”nin hazırlanmasında istifadə olunan məhsullar ekoloji təmiz və insan həyatı üçün təhlükəsizdir. Bu qoruyucu sipər insanın üzünü tam örtməklə hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır. Qeyd edək ki, Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri koronavirus pandemiyası dövründə insanların ruh yüksəkliyini saxlamaq və bu dövrdə çalışan şəxslərə təşəkkür etmək üçün onlayn aksiyalar həyata keçirir, donor kimi qanvermə aksiyalarına qoşulur, ehtiyacı olan şəxslərə yardımların çatdırılması, 65 yaşdan yuxarı insanlara sosial xidmətlərin göstərilməsi işlərinə dəstək olurlar. Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramı 23 mindən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 550-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı