• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyi ehtiyacı olan 210 ailəyə ərzaq yardımı edib

Təhsil Nazirliyi tərəfindən ehtiyacı olan aztəminatlı ailələrə, həmçinin tək yaşayan yaşlı insanlara yardım aksiyası davam etdirilir. 

Bu günədək Pirşağı qəsəbəsində yerləşən Qarabağ sanatoriyası, Bakı şəhəri Nəsimi və Nizami rayonlarında, eləcə də digər ərazilərdə yaşayan köməyə ehtiyacı olan aztəminatlı və tək yaşayan ahıl şəxslər olmaqla ümumilikdə 210 ailəyə ərzaq yardımı edilib. 

Qeyd edək ki, yardım aksiyasının məqsədi pandemiya dövründə yaşayışında çətinlik yaranmış, ehtiyacı olan insanlara dəstək göstərməkdir. 

Yardım aksiyası növbəti həftələrdə də davam etdiriləcək. 


5 il əvvəl