SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Peşə ixtisası üzrə dərsliklər artıq elektron formatda
Peşə ixtisasları üzrə dərsliklər e-derslik.edu.az portalında elektron formatda yerləşdirilib. 39 ixtisas üzrə 193 dərsliyin yer aldığı platformada tədris vəsaitlərini onlayn oxumaq və yükləmək imkanı yaradılıb. Məqsəd peşə təhsili pilləsi üzrə nəzərdə tutulan dərs vəsaitlərindən istifadə imkanlarının genişləndirilməsidir. Qeyd edək ki, sözügedən dərsliklər Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi internet saytında (vet.edu.gov.az) və e-derslik.edu.az portalında yer almaqdadır.
06/05/2020 15:24
"Dərs vaxtı"nın 7 may cədvəli
“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 7-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
06/05/2020 14:21
Regionlar üzrə onlayn müsahibələrə start verilir
Mayın 7-dən etibarən digər şəhər və rayonlar üzrə ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə çalışan müəllimlərlə mərhələli şəkildə onlayn müsahibələr keçiriləcək. Həmin namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi və saatı barədə məlumat göndərilib. Bəzi ucqar bölgələr üzrə namizədlərin texniki problemlərə görə onlayn müsahibələrdə iştirakına şərait yaradılması ilə bağlı nazirliyin "Qaynar xətt"inə müraciətləri nəzərə alınaraq, yerli təhsili idarəetmə orqanları tərəfindən onlara müvafiq şəraitin yaradılması təmin olunacaq. Regionlar üzrə namizədlərin onlayn müsahibələrdə iştirakını təsdiq etməsi üçün son tarix 7 may saat 00:00-dır. Qeyd edək ki, ötən gün Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərlə onlayn müsahibələrin gedişatını yaxından izləyib. Artıq üçüncü gündür davam edən müsahibələrdə 250-yə yaxın namizəd iştirak edib və gedişat zamanı hər hansı texniki problem yaranmayıb.
06/05/2020 13:42
Təhsil naziri İctimai Şura üzvləri ilə videokonfrans edib
Təhsil naziri Ceyhun Bayramov nazirlik yanında İctimai Şuranın üzvləri ilə videokonfrans keçirib. Onlayn görüşdə koronavirus pandemiyası dövründə ölkə ərazisində tədrisin məsafədən təşkili, eləcə də nazirlik və İctimai Şura tərəfindən görülən işlər barədə danışılıb. Bu dövrdə bütün təhsilalanların məsafədən tədris zamanı təhsilə əlçatanlığının təmin olunması prosesində qazanılmış müsbət təcrübələr, təhsilalanların qiymətləndirilməsi ilə bağlı yaranan çətinliklər də müzakirə edilib. Həmçinin pandemiyadan sonrakı dövr üçün nəzərdə tutulan işlərlə bağlı bir sıra məsələlər müzakirə edilib və təkliflər dinlənilib.
06/05/2020 11:49
Vətəndaşların qəbulu müvəqqəti dayandırılıb
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il mayın 31-dək fəaliyyətini dayandırıb. Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər. Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.
05/05/2020 14:44
"Dərs vaxtı"nın 6 may cədvəli
“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 6-sı üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
05/05/2020 14:13
Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin (siyahı əlavə olunur) tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.17.1-ci yarımbəndində göstərilmiş 20,0 (iyirmi) milyon manat Bakı Şəhər İcra Hakimiyyətinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 5 may 2020-ci il.
05/05/2020 14:08
Aprel ayında 146-3 "Qaynar xətt"nə 863 zəng daxil olub
6-30 aprel 2020-ci il tarixlərində 146-3 "Qaynar xətt" xidmətinə ümumilikdə 863 zəng daxil olub. Müraciətlərin mövzusu əsasən yaşlı insanlarda mövcud vəziyyətlə bağlı yaşanan təşviş, ailədaxili və qarşılıqlı münasibətlərdə müşahidə olunan emosional narahatlıq, məktəblilərdə evdə mütəmadi olmaqla bağlı ortaya çıxan həvəssizlik, darıxma halları, yeniyetməlik yaş böhranı dövründə valideyn-övlad münasibətlərində qeydə alınan ünsiyyət problemi, abituriyentlərdə imtahan həyəcanı, kiçik yaşlı uşaqlarda yığılan enerjinin sərf olunmaması ilə əlaqədar davranış pozuntusu, kiçik yaşlı məktəblilərdə diqqət əskikliyi və hiperaktivlik, yaxın insanın itkisi ilə bağlı depressiv vəziyyətlə əlaqəli olub. Müraciət edən şəxslərə psixoloji dəstək göstərilib, onlara tövsiyələr verilib.
05/05/2020 09:45
"Dərs vaxtı"nın 5 may cədvəli
“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 5-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
04/05/2020 15:33
“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinə yekun vurulub
Təhsil Nazirliyinin dəstəyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Qavaldaş” - zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinə yekun vurulub. Festival-müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və gənclərin milli-mənəvi ruhda inkişafı, onların istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin müxtəlif növlərinin, o cümlədən nağara musiqi alətinin dünyada təbliği, bu sahədə gənc nəslin bilik və bacarıqlarının genişləndirilməsi və artırılmasından ibarətdir. 30 aprel-3 may tarixlərində onlayn platformada “Evdə qal, ritmdən qalma” sloqanı ilə keçirilən müsabiqənin final mərhələsində respublikamızın regionları və Bakı şəhəri ilə yanaşı Türkiyə, Malayziya, Rusiya, Belarusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan və Tacikistanı təmsil edən zərb çalğı alətləri ifaçıları çıxış ediblər. Üç yaş qrupu və iki nominasiya üzrə təşkil olunan festival-müsabiqədə 150-dək uşaq və gənc solo ifaları ilə milli zərb alətlərinin əsrarəngiz ritmlərini ustalıqla nümayiş etdiriblər. Festival iştirakçıları və münsiflər heyəti bu müsabiqənin dünyada ilk olduğunu qeyd ediblər. Müsabiqənin münsiflər heyətində tanınmış zərb çalğı alətlərinin ifaçıları və nağara müəllimləri - Xayrullo Dadoboyev (Tacikistan), Efraim Zaltsman (İsveçrə), Denıs Vasılyev (Ukrayna), Vohobjon Tursunov (Özbəkistan), əməkdar artist Azərbaycan Dövlət Milli Konservatoriyasının müəllimi Kamran Kərimov, əməkdar artist İsgəndər Ələsgərov, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Ələkbər Məmmədov və Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin müəllimi Azər Məlikov təmsil olunub. Layihənin müəllifi və müsabiqənin rəhbəri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə münsiflər heyəti ilə birgə iştirakçılara müsabiqənin gedişatı haqqında geniş məlumat verib. Mayın 3-də müsabiqənin final mərhələsi 5 saat fasiləsiz olaraq sosial şəbəkələrdə canlı yayımlanıb və müxtəlif ölkələrdən canlı yayıma qoşulublar. Beynəlxalq münsiflər heyəti tərəfindən qaliblərin müəyyən edildiyi müsabiqənin nəticələrinə əsasən, nağara nominasiyası üzrə Sadiq Həvəskari (Azərbaycan), zərb çalğı alətləri nominasiyası üzrə isə Nurilloh Samuqjanov (Özbəkistan) “Qran-pri” mükafatına layiq görülüb. 7-11 yaş üzrə nağara nominasiyasında Kənan Ağayev (Masallı, Azərbaycan) I yerə, Vaqif Allahverdiyev (Bakı, Azərbaycan) II yerə, Şükran Güləliyev (Ağdam, Azərbaycan), Hüseyn Həbibzadə (Bakı, Azərbaycan), Səyyad Bağırov (Masallı, Azərbaycan) III yerə və Qurban Məlikov (Salyan, Azərbaycan) həvəsləndirici yerə layiq görülüb. 12-16 yaş üzrə nağara nominasiyasında Aydın Muradlı (Bakı, Azərbaycan) I yerə, Rəşad Əlizadə (Bakı, Azərbaycan) II yerə, Emre İnanli və Kerem Saatçioğlu (İstanbul, Türkiyə), Rüfət Baxşıyev (Bakı, Azərbaycan), Yusif Rüstəmov (Bakı, Azərbaycan) III yerə və Şəmsi Abdullayev (Ağdam, Azərbaycan) həvəsləndirici yerə layiq görülüb. 17-21 yaş üzrə nağara nominasiyasında Əliağa Cəfərzadə (Bakı, Azərbaycan) I yerə, Şükran Mirsalahov (Bakı, Azərbaycan) II yerə, Rəşad Sultanov (Bakı, Azərbaycan) və Murad Nağızadə (Bakı, Azərbaycan) III yerə layiq görülüb. 7-11 yaş üzrə zərb çalğı alətləri nominasiyasında Parşik Oleksandr (Lvov, Ukrayna) I yerə, İvan Vetrov (Xarkov, Ukrayna) II yerə və Barilo İlya (Berezovka, Belarus) III yerə layiq görülüb. 12-16 yaş üzrə zərb çalğı alətləri nominasiyasında Aslanova Roksana (Daşkənd, Özbəkistan) I yerə, Hamza Taşaroğlu (İstanbul, Türkiyə) II yerə, Nasimcon Xoşimov (Xucand, Tacikistan) III yerə layiq görülüb. 17-21 yaş üzrə zərb çalğı alətləri nominasiyasında Hakimov Behzod və Hakimov Şohzod I yerə (Daşkənd, Özbəkistan), Dadoboyev Lutfullocon (Xucand,Tacikistan) II yerə, Kamil Hüseynzadə (Bakı, Azərbaycan) III yerə, Sonya Kuçerenko (Kiev, Ukrayna), Ömər Yiğit Kayacı (İstanbul, Türkiyə) həvəsləndirici yerə, Dilnaz Saqiyeva (Nursultan, Qazaxıstan) «Resm Jewelry» tərəfindən xüsusi mükafata layiq görülüb. Qaliblər diplom və kubokla, digər bütün iştirakçılar isə sertifikatlarla təltif olunub. Qeyd edək ki, bu il Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Beynəlxalq onlayn müsabiqə üçün Mükafat Fondu yaradılıb və I maliyyə dəstəyi “Zeytun bağları” tərəfindən təsis edilib. Qaliblərə hər Qran-pri üçün 1000 manat pul mükafatı və hər bir nominasiya üçün ayrılıqda I yer 300 manat, II yer 200 manat, III yer 100 manat mükafat verilib.
04/05/2020 14:33
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı