• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Dərs vaxtı"nın 12 may cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 12-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Peşə təhsili üzrə teledərslərin 11 may cədvəli

"Mədəniyyət" telekanalında yayımlanan peşə təhsili üzrə teledərslərin 11 may tarixi üçün cədvəlini diqqətinizə çatdırırıq. Hər həftənin I və V günləri saat 16:15-də peşə təhsili üzrə "Dərs vaxtı" proqramını izləməyi unutmayın. "Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

"Dərs vaxtı"nın 11 may cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 11-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Ümummili liderin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn konsert

Ümummili lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə onlayn konsert keçirilib. Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, həmçinin Azərbaycan Milli Konservatoriyasının müəllim-tələbə heyəti, eləcə də təhsilini xaricdə davam etdirən tələbələr çıxış edib. Onlayn konsertdə ümummili liderin sevdiyi mahnılar və Azərbaycanın görkəmli bəstəkarlarının məşhur əsərləri səsləndirilib.  

Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş virtual rəsm sərgisi

Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ürəklərdə yaşayan Ulu Öndər” adlı virtual sərgi təşkil olunub. Bakı şəhəri və respublikanın regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin rəsm işlərindən ibarət virtual sərginin keçirilməsində əsas məqsəd Azərbaycan xalqının xilaskarı olan ümummilli lider Heydər Əliyevin əziz xatirəsi, ömür yolu və siyasi fəaliyyətini uşaqlar tərəfindən əks etdirmək, xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onlarda Vətənə məhəbbət, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini aşılamaq, həmçinin yaradıcılıq qabiliyyətlərini və düşüncələrini inkişaf etdirməkdən ibarətdir. Sərgidə respublika üzrə 55 uşaq-gənclər inkişaf mərkəzi tərəfindən təqdim edilmiş 140 rəsm işindən 28-i Təhsil Nazirliyinin rəsmi internet saytı və sosial şəbəkələr vasitəsilə sərgilənir. Rəsmlərdə ulu öndərin müstəqillik əldə olunduqdan sonra iqtisadi, siyasi, mədəni və digər sahələrdə həyata keçirdiyi əhəmiyyətli işlər öz əksini tapıb. Əsasən portret janrında olan rəsmlərin çəkilməsində sulu boya, akvarel, quaş, pastel, tuş və digər vasitələrdən istifadə olunub.  

Ümummilli liderin anadan olmasının 97-ci ildönümü ilə bağlı onlayn "dəyirmi masa"lar

5-9 may tarixlərində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin pedaqoji heyəti tərəfindən dərnək üzvləri üçün ümummilli liderin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn "dəyirmi masa"lar təşkil edilib. "Dəyirmi masa"ların keçirilməsində əsas məqsəd ulu öndərin zəngin siyasi irsi, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsini daha da gücləndirmək, onlarda vətənə, dövlətə məhəbbət hissini aşılamaqdan ibarətdir. Mövcud tibbi-profilaktik vəziyyət nəzərə alınaraq onlayn formada keçirilən dəyirmi masalarda Bakı şəhəri və respublikanın regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərindən müxtəlif dərnəklər üzrə ümumilikdə 3000-dən çox dərnək üzvü, 350-ə yaxın pedaqoji heyət iştirak edib. Fəaliyyət çərçivəsində şagirdlərə ulu öndərin həyat və fəaliyyəti, onun yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar, xalqın sosial rifahının yaxşılaşması, ölkəmizin dünyada yerinin və rolunun möhkəmlənməsi barədə geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, onlayn "dəyirmi masa"larla yanaşı şagirdlər tərəfindən ulu öndərin həyat və fəaliyyətini əks etdirən videoçarxlar hazırlanıb, bədii qiraət dərnəklərində şeirlər söylənilib və rəsmlər çəkilib.

Şahmat üzrə onlayn “Beynəlxalq təhsil kuboku”

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə onlayn “Beynəlxalq təhsil  kuboku” təşkil olunub. Yarışa Təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakçılara videomüraciəti ilə start verilib. Firudin Qurbanov müraciətində ulu öndər Heydər Əliyevin ölkəmizdə şahmat idman növünün inkişafı ilə bağlı gördüyü işlər, bu sahəyə göstərilən dövlət qayğısı, mövcud vəziyyətlə əlaqədar online platforma üzərindən təşkil olunan tədbirlərin əhəmiyyətindən danışıb, gənc şahmatçılara uğurlar arzu edərək turniri açıq elan edib. 9-10 may 2020-ci il tarixlərində www.chess.com internet portalı üzərindən 17 yaşadək şahmatçılar arasında keçirilən beynəlxalq yarışda iştirak üçün 43 ölkədən 209 şahmatçı, o cümlədən 5 beynəlxalq qrossmeyster, 18 beynəlxalq usta, 38 FIDE ustası qeydiyyatdan keçib. Ölkəmizi bu turnirdə dünya və Avropa birinciliklərinin qalibləri və onlayn Qran-pri turnirinin final mərhələsinin iştirakçıları olmaqla ümumilikdə 37 şahmatçı təmsil edir. Oyunlar  seçmə və final olmaqla 2 mərhələ üzrə keçirilir. Yarışın ilk günü seçmə mərhələdə beynəlxalq reytinqi 2400-dək olan şahmatçılar yarışıb. Final mərhələsində seçmə mərhələdə ilk 30 yeri tutan və finala birbaşa qatılan 2400-dən yuxarı reytinqli şahmatçılar mübarizə aparır. Final mərhələsinin oyunlarının “İdman Azərbaycan” kanalında canlı yayımı nəzərdə tutulub. Təhsil Nazirliyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və İdman komitəsinin, Azərbaycan Şahmat Federasiyanın dəstəyi ilə təşkil olunan yarışın əsasnaməsinə uyğun olaraq qaliblərə diplom və pul mükafatı təqdim olunacaq. Qeyd edək ki, onlayn platforma üzərindən təşkil olunan şahmat üzrə  “Beynəlxalq təhsil  kuboku”nun keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, dünyada koronavirus (COVİD-19) pandemiyasının geniş yayılması ilə əlaqədar tətbiq olunan karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasından ibarətdir. Onlayn “Beynəlxalq təhsil kuboku”na dair müvafiq məlumatlarla qeyd olunan linklər vasitəsilə tanış ola bilərsiniz:   Təhsil nazirinin müavini Firudin Qurbanovun yarış iştirakçılarına müraciəti: https://youtu.be/wg6omGVdGz4   Yarışın internet səhifəsi: www.tehsilchess.az/itc2020   Yarışın əsasnaməsi: https://www.tehsilchess.az/wp-content/uploads/2020/05/Esasname-ITC2020-AZE.pdf  

Nazir “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri ilə onlayn görüşüb

Təhsil naziri Ceyhun Bayramov ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə ümumtəhsil məktəb şagirdləri arasında təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirib. Ceyhun Bayramov təhsilin inkişafının hər zaman ümummilli liderin genişmiqyaslı fəaliyyətində prioritet sahə kimi mühüm yer tutduğunu bildirib və bu sahədə uğurlu inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib. Nazir “Ən yaxşı təqdimat” müsabiqəsinin müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib, qalibləri təbrik edərək onlara uğurlar arzulayıb. Qeyd edək ki, müsabiqənin final mərhələsində respublikanın müxtəlif şəhər və rayonlarında yerli mərhələnin qalibləri olmuş 82 ümumi təhsil müəssisəsindən olan şagirdlərin video təqdimatları münsiflər heyəti tərəfindən qiymətləndirilib. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 7 nəfər I, 14 nəfər II, 19 nəfər III dərəcəli diplomla, 25 nəfər isə tərifnamə ilə təltif olunub.   “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin təltif edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri  

9 May qələbəsinə həsr olunmuş onlayn rəsm müsabiqəsi

9 May-faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş "Heç kim unudulmur, heç nə yaddan çıxmır" mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib. Müsabiqə Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Mövcud karantin rejimi ilə əlaqədar onlayn formada keçirilən müsabiqənin əsas məqsədi böyüməkdə olan nəslin vətənpərvər ruhda tərbiyəsinə diqqət və qayğının daha da artırılması, 1941-1945-ci il Böyük Vətən Müharibəsində şücaət göstərən qəhrəmanlarımızın gənc nəslə tanıdılması, qələbənin qazanılmasında ölkəmizin əvəzsiz rolunun nümayiş olunması, eyni zamanda istedadlı və perspektivli gənclərin üzə çıxarılmasından ibarətdir. 3 yaş qrupu (6-9, 10-13, 14-18) üzrə keçirilən müsabiqəyə uşaq-gənclər inkişaf mərkəzlərinin 220 dərnək üzvü tərəfindən ümumilikdə 250 rəsm işi onlayn formada göndərilib. Müsabiqəyə təqdim edilən işlər A-4 formatında, müxtəlif texnikada (flomaster, quaş, sulu boya, pastel, yağlı boya) işlənib. Yekunda münsiflər heyəti tərəfindən I, II və III yerlərin qalibləri müəyyənləşdirilərək diplomlarla mükafatlandırılıblar.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı