• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

III  "Virtual əlaçı" bilik yarışmasının nəticələri

III "Virtual əlaçı" bilik yarışmasının nəticələri elan olunub. III həftənin nəticələrini diqqətinizə çatdırırıq. Qeyd edək ki, yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.

IV  "Virtual əlaçı" bilik yarışmasına start verilir

Mayın 8-dən etibarən IV "Virtual əlaçı" bilik yarışmasına start verilir.  Yarışmada iştirak etmək üçün "Virtual məktəb" portalında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez və düzgün cavab vermiş ilk 10 şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək.  Qeyd edək ki, yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.

7 may 2020-ci il tarixində Təhsil naziri Ceyhun Bayramov və Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin iştirakı ilə keçirilən brifinqdə müzakirə olunan məsələlərlə bağlı suallar və onların cavabları

Ümumi təhsil müəssisələrində təhsilalanların nailiyyətləri necə ölçüləcək? İkinci yarımil üzrə heç bir kiçik və ya böyük summativ qiymətləndirmənin aparılması planlaşdırılmır. Şagirdlərin illik qiymətləri birinci yarımilin qiymətləri əsasında çıxarılacaq. İllik qiymətlərindən narazı qalan şagirdlər üçün növbəti tədris ilinin başlanması ərəfəsində təhsil müəssisəsi tərəfindən təkrar qiymətləndirmə təşkil ediləcək. Milli qiymətləndirmə tədqiqatları ilə yanaşı, təhsilalanların ilin sonuna olan bilik və bacarıqlarını ölçmək üçün müxtəlif qiymətləndirmə vasitələrinin hazırlanması nəzərdə tutulur. Qiymətləndirmənin keçirilməsində əsas məqsəd həm şagirdlərin özlərini qiymətləndirməsi, həm də ümumi vəziyyətin ölçülməsi ilə bağlı monitorinqlərin aparılmasıdır. Bu qiymətləndirmələrin “Virtual məktəb” platforması vasitəsilə aparılması planlaşdırılır. Bu qiymətləndirmələr də şagirdlərin yekun qiymətlərinə təsir etməyəcək.   Şagirdlərin sinifdən-sinfə keçirilməsi necə baş tutacaq? I-VIII və X (xüsusi təhsil müəssisələrində XI) sinif şagirdləri təhsil aldıqları sinifdən yuxarı sinfə tədris olunan bütün fənlərdən illik qiymətləri müsbət (“3”, “4”, və ya “5”) olduğu halda keçirilirlər. 2019-2020-ci dərs ilinin I yarımilində biliyi qiymətləndirilməyən və ya bəzi fənlərdən "2" qiymət alan şagirdlər üçün növbəti tədris ilinin başlanması ərəfəsində təhsil müəssisəsi tərəfindən təkrar qiymətləndirmə təşkil ediləcək.   Uşaqların birinci sinfə qəbulu necə aparılacaq? Qəbul mövcud qaydalara uyğun elektron sistem vasitəsilə  həyata keçirilir. Valideynlərin arzusu ilə övladları təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən uşaqlar təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilirlər. Bu günə qədər respublika üzrə 121,743 uşağın I sinfə qəbul prosesi yekunlaşıb. Əlavə olaraq rus bölməsi üzrə 9,621 sorğu qəbul edilib ki, bu sorğular əsasında iyun ayı ərzində  tədris dili ilə bağlı müsahibələrin (o cümlədən, lisey və gimnaziyalara qəbulun) keçirilməsi planlaşdırılır. Müsahibələr elektron sistemdə valideynin seçimi əsasında onlayn və ya canlı müsahibəyə yazılmaqla keçiriləcək. Müsahibələrə qeydiyyat 20 may tarixindən başlayaraq aparılacaq. Canlı müsahibələr təşkil edilərkən sanitar-epidemioloji qaydaların tələbləri gözləniləcək.   Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcəkmi?  Respublika fənn olimpiadalarının final mərhələsi 28-29 mart tarixinə planlaşdırılsa da, ölkədə yaranmış epidemioloji vəziyyətə görə bu tədbirin keçirilməsi təxirə salınıb. Final mərhələsinə 8 fənn üzrə 589 nəfər vəsiqə əldə edib. 1-15 iyun tarixlərində müvafiq gigiyena sanitar normalarına əməl olunmaqla müxtəlif məktəblərdə hər fənn üzrə ayrı-ayrı günlərdə yekun mərhələsinin keçirilməsi planlaşdırılır. Fəndən asılı olaraq iştirakçı sayı 72-77 şagird arasında dəyişir. Şagirdlər imtahan zamanı bir otaqda 6-9 nəfərdən çox olmamaqla və sosial məsafə normaları gözlənilməklə yerləşdiriləcəklər.   Lisey və gimnaziyalara qəbul imtahanları keçiriləcəkmi? Lisey və gimnaziyaların yuxarı siniflərinə (V-IX) qəbul hər il may ayında keçirilirdi. Bu il yaranmış epidemioloji vəziyətə görə bu imtahanlar təxirə salınıb. Növbəti tədris ili üçün qəbul imtahanlarının avqust ayının sonlarında keçirilməsi nəzərdə tutulur. Bu ildən başlayaraq lisey şəbəkəsinin bölgələrdə genişlənməsini nəzərə alaraq qəbul imtahanlarının Bakı ilə yanaşı Gəncə, Sumqayıt, Şirvan, Şəki və Quba şəhərlərində də təşkili nəzərdə tutulur. İmtahanların ayrı-ayrı siniflər üzrə müxtəlif məktəblərdə təşkil edilməsi planlaşdırılır.   IX sinif buraxılış imtahanları hansı mərhələlər üzrə keçiriləcək? IX sinif buraxılış imtahanları 2 mərhələdə keçirilir. I mərhələ mart ayı ərzində, II mərhələ isə iyun ayında müxtəlif zonalarda təşkil edilir. Bu tədris ilində Bakı və Şirvan şəhərləri, o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə imtahanların I mərhələsi 1 mart 2020-ci il tarixində təşkil edilsə də, digər zonalar üzrə yaranmış epidemioloji vəziyyətə görə imtahanların I mərhələsini keçirmək mümkün olmayıb. İyun ayından başlayaraq IX sinif buraxılış imtahanlarının vahid mərhələdə keçirilməsi planlaşdırılır. Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasında I mərhələ üzrə imtahan vermiş məzunların nəticələri elmi-statistik hesablamalar tətbiq edilməklə 100 bala uyğunlaşdırılacaq və yekun qiymət hesablanacaq. Digər bölgələr üzrə məzunlar yalnız imtahanın II mərhələsində iştirak edəcəklər ki, bu mərhələ üzrə maksimal bal hər fənn üzrə 70 bal deyil, 100 bal olaraq hesablanacaq. IX sinfin mart-iyun ayları ərzində tədrisi nəzərdə tutulan mövzuların imtahanlarda qiymətləndirilməsi nəzərdə tutulmur. Eyni zamanda nəticələri I mərhələ əsasında hesablanmış məzunlar qiymətlərindən narazı olduqları halda, II mərhələ imtahanında iştirak edə bilərlər. Ötən illərdə və bu il üzrlü səbəbdən buraxılış imthahanlarında iştirak edə bilməyən məzunlar sentyabr ayında təşkil ediləcək imtahanlarda iştirak edə bilərlər. Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq və imtahan buraxılış vərəqələri imtahan günündən 5-7 gün əvvəl DİM-in saytında yerləşdiriləcək. Təhsilini orta ixtisas təhsil müəssisələrində davam etdirmək istəyən məzunlar buraxılış imtahanlarının II mərhələsində mütləq iştirak etməlidirlər. Belə ki, orta ixtisas müəssisələrinə müsabiqə yalnız imtahanların II mərhələsinin nəticələr əsasında aparılacaq.   XI sinif buraxılış imtahanları necə təşkil olunacaq?     Bu imtahanların iyun ayında təşkil edilməsi planlaşdırılır. XI sinfin mart-iyun ayları ərzində tədrisi nəzərdə tutulan mövzuların imtahanlarda qiymətləndirilməsi nəzərdə tutulmur. Məzunlar buraxılış imtahanında əvvəlki illərdə olduğu kimi hər fənn üzrə maksimum 100 bal toplaya bilərlər. Bu imtahanın nəticələri ali təhsil müəssisələrinə keçirilən müsabiqədə nəzərə alınacaq. Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq və imtahan buraxılış vərəqələri imtahan günündən 5-7 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.   Peşə təhsili müəssisələrində qiymətləndirmə və sənəd qəbulu necə aparılacaq? Ümumi təhsil fənləri üzrə təhsilalanların attestasiyası fevral ayında yekunlaşıb. İxtisas (sınaq) istehsalat işinin qiymətləndirilməsi və dövlət buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulmur. Qiymətləndirmə təhsilalanın əvvəlki dövr ərzində nailiyyətləri əsasında aparılır. Qiymətindən narazı qalan təhsilalanlar üçün avqust-sentyabr aylarında buraxılış imtahanları keçirilə bilər. Peşə təhsil müəssisələrinə qəbulun avqust ayında keçirilməsi planlaşdırılır.   Orta ixisas təhsil müəssisələrinə qəbul necə aparılacaq? Ümumi orta (IX sinif) təhsil bazasında kolleclərə qəbul yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq. Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan 01.03.2020 tarixdə buraxılış imtahanlarının I mərhələsində iştirak etmiş 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq iyun ayında təşkil ediləcək buraxılış imtahanlarının II mərhələsində iştirak etməlidir. Tam orta (11 illik) təhsil bazasında kolleclərə sənəd qəbulu 12 may - 5 iyun tarixlərində onlayn şəkildə təşkil ediləcək. Müsabiqə iyun ayında baş tutacaq buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq.   Ali təhsil müəssisələrinə qəbul necə aparılacaq? Ali təhsil müəssisələrinə müraciət edən abituriyentlərin sənəd qəbulu 12 may  - 5 iyun tarixlərində onlayn şəkildə aparılacaq. İmtahanların 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq. I-IV ixtisas qruplarının hər hansı biri  üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərtilə V ixtisas qrupu üzrə də müsabiqədə iştirak edə bilərlər. Gigiyena-sanitar normalarına əməl edilməsi ilə yanaşı mərkəzlərin sayının artırılması ilə imtahanverənlərin sıxlığının aşağı salınması planlaşdırılır. Magistraturaya onlayn ixtisas seçimi qəbul planı təsdiq olunduqdan sonra aparılacaq.   Azərbaycan dili dövlət dili kimi imtahanın keçirilməsi nəzərdə tutulurmu? Tədris digər dillərdə təşkil olunmuş bölmələrin IX sinif şagirdləri üçün Azərbaycan dili dövlət dili kimi imtahanı iyun ayı ərzində ənənəvi şəkildə (kağız daşıyıcısı) keçiriləcək. Tədris digər dillərdə təşkil olunmuş bölmələrin XI sinif məzunları üçün imtahan evdən onlayn və ya imtahan mərkəzlərində (elektron və ya kağız daşıyıcılarında) keçiriləcək. İmtahanda evdən onlayn iştirak etmək istəyən məzunların bu məqsədlə istifadə edəcəkləri avadanlıq müəyyən ediləcək texniki şərtlərə cavab verməlidir. Mayın 20-dək ali (orta ixtisas) məktəblərinə qəbul olmaq üçün ərizələrini təsdiq etmiş abituriyentlər (ötən illərin məzunları) onlayn sınaq imtahanlarında iştirak edə bilərlər. Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahan ümumilikdə 2 dəfə keçiriləcək.   Ali təhsil pilləsində yay imtahan sessiyası necə təşkil olunacaq? Ali təhsil səviyyəsində təxminən 75% tələbə onlayn dərslərə qoşulub, 40 minə yaxın tələbə istehsalat təcrübəsi (IV kurs) mərhələsində olduğundan onlayn tədrisə qoşulmurlar. Ali təhsil müəssisələrində tədris ilinin uzadılması nəzərdə tutulmur. Hərbi çağırış dövrü nəzərə alınaraq buraxılış kurslarında təhsil alan oğlan tələbələrinin yekun attestasiyası akademik təqvimdə nəzərdə tutulmuş müddətdə tamamlanması planlaşdırılır. Ali və orta ixtisas təhsili müəssisələrində yay imtahan sessiyaları iyun-iyul aylarında keçirilməsi planlaşdırılır. Təhsilalanların biliyinin qiymətləndirilməsi hər bir ali və orta ixtisas təhsili müəssisəsinin elmi (pedaqoji) şurasının qərarı əsasında tənzimlənəcək. İxtisasların xüsusiyyətləri nəzərə alınaraq, qiymətləndirmə sessiyası həm onlayn, həm də ənənəvi şəkildə təşkil edilə bilər. İmtahan sessiyasında iştirak etməyə bu və ya digər səbəbdən hazır olmayan tələbələrə əvvəlcədən təhsil müəssisəsinə müraciət edərək növbəti tədris ili başlamazdan əvvəl (avqust-sentyabr aylarında) 3-4 həftəlik əyani icmal dərslərdə və təşkil olunacaq imtahanlarda iştirak etmək imkanı yaradılacaq.   Ali təhsil müəssisələrində yekun attestasiya necə təşkil olunacaq? 40 minə yaxın tələbənin 80%-inin (dövlət imtahanı verənlərin) yekun attestasiyası əksər hallarda təhsil aldığı müddətdə əldə etdikləri Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) əsasında aparılacaq. Bu qiymətləndirmə ilə razı olmayan tələbələr növbəti tədris ili başlamazdan əvvəl (avqust-sentyabr aylarında) təşkil olunacaq dövlət imtahanlarında iştirak edə bilərlər. Buraxılış işinin müdafiəsini tələb edən ixtisaslarda təhsil alan tələbələr buraxılış işlərini onlayn şəkildə təqdim edə biləcəklər. Buraxılış işinin müdafiəsi həm onlayn, həm də ənənəvi şəkildə təşkil edilə bilər. Yaradıcılıq ixtisasları üzrə kadr hazırlığı aparan müəssisələrdə buraxılış imtahanlarının ənənəvi formada azsaylı qruplar şəklində keçirilməsi planlaşdırılır.   Müəllimlərin iş yerini dəyişməsi və işə qəbulu ilə bağlı məsələlər necə baş tutacaq? Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsinə qeydiyyat başa çatmış, 1400 nəfərə yaxın namizədin elektron ərizəsi təsdiq edilmiş və bununla bağlı digər tədbirlər (elektron ərizələrdəki məlumatların emalı, müsahibə komissiyasının tərkibinin formalaşdırılması və təsdiqi) yekunlaşıb. 4 may tarixindən başlayaraq müsahibələr onlayn şəkildə təşkil edilir və may ayının birinci yarısında yekunlaşacaq. Müəllimlərin işə qəbulu ilə bağlı imtahanların keçirilməsi iyul-avqust aylarına planlaşdırılır. İmtahanların məzmununda əvvəldən də elan edildiyi kimi namizədlərə müvafiq fənlər, metodika və pedaqogika üzrə suallar təqdim ediləcək.   Dövlət qulluğuna qəbulun aparılması necə təşkil ediləcək? İmtahanlar ayda iki dəfə avqust ayından başlayaraq Bakıda və DİM-in regional bölmələrində keçiriləcək. Müsahibələrin onlayn qaydada keçirilməsi nəzərdə tutulur. Müsahibələrin cədvəli müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra elan olunacaq. İlk növbədə, karantin rejimi ilə əlaqədar təxirə salınmış 32 dövlət orqanı üzrə müsahibələr keçirilməsi planlaşdırılır. Sertifikatların verilməsi fərdi qaydada bildiriş əsasında həyata keçiriləcək.

"Coca-Cola Azərbaycan" SABAH tələbələri üçün inkişaf imkanları yaradır

Təhsil Nazirliyinin  "SABAH qrupları" layihəsi və "Coca-Cola" şirkəti əməkdaşlığa başlayıb. Belə ki, SABAH tələbələri şəxsi və peşə inkişafı üçün şirkətin yaratdığı bir sıra imkanlardan yararlana biləcəklər.   Əməkdaşlıq çərçivəsində tələbələrlə  “Xəyalındakı karyeraya necə hazır olmalı?" mövzusunda ilk onlayn görüş baş tutub. Görüşdə millət vəkili Şahin Seyidzadə bu təşəbbüsün tələbələr üçün faydasını yüksək qiymətləndirərək "Coca-Cola" şirkətinə təşəkkürünü bildirib, mövcud rejimdə belə bir fürsətin tələbələrin karyera hazırlığı üçün əhəmiyyətli olduğunu vurğulayıb.  "Xəyalındakı karyeraya necə hazır olmalı?” mövzusunda vebinarın mühazirəçisi "Coca-Cola" şirkətinin Qafqaz və Orta Asiya regionunun Baş direktoru Eser Sevinc Manav şirkətin hər zaman gənclərin inkişafı üçün müxtəlif sahələrdə layihələrə dəstək olduğunu deyib, SABAH qrupları ilə başladılan onlayn əməkdaşlığın Azərbaycan tələbələrinin gələcək karyera imkanlarına töhfə verəcəyinə ümidvarlığını ifadə edib.  Bildirək ki, mövcud əməkdaşlıq "Coca-Cola" şirkətinin Türkiyə, Azərbaycan, Qafqaz və Orta Asiya regionunun rəhbər heyətinin nümayəndələri tərəfindən SABAH tələbələri üçün müxtəlif mövzularda vebinarların keçirilməsini, həmçinin iqtisadiyyat və biznes sahəsində təhsil alan tələbələr üçün karyera hazırlığına dəstək, müxtəlif peşə sahələri ilə tanışlıq, tələbələrin iştirakı ilə biznes araşdırmaları, diplom və kurs işlərinin hazırlanmasında peşəkar mentor dəstəyi göstərilməsini əhatə edir. Bundan başqa, SABAH tələbələri şirkətdə təcrübə keçmək və "Coca-Cola Azərbaycan"ın birgə təşkilatçılığı ilə müxtəlif dərsdənkənar inkişaf fəaliyyətlərinə qoşulmaq imkanı da əldə edəcəklər.         Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qruplardır. Bu qruplar hazırda 11 ali təhsil müəssisəsində 36 ixtisas üzrə 2400-dən çox tələbəni əhatə edir.

Müəllimlərin güzəştli ipoteka hüququ ilə bağlı dəyişikliklər

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş müvafiq dəyişikliyə əsasən, gənc ailənin üzvü olan və azı 3 il ümumi təhsil müəssisəsində müəllim işləyən, eləcə də gənc ailə kateqoriyasına daxil olmayan və 15 il dövlət ümumi təhsil müəssisəsində işləyən şəxslərə güzəştli ipoteka almaq hüququ verilir. Qeyd edək ki, əvvəlki qaydalara əsasən, gənc ailənin üzvü olan və ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxslərə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ verilmişdir. Güzəştli ipoteka hüququnun şamil olunduğu dövlət qulluqçuları, hərbi qulluqçular, daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər, elmi vəzifədə işləyən elmi işçilər üçün əmək stajı tələbi 3 il göstərilsə də, müəllimlərə dair bu tələb 5 il müəyyən edilmişdir. Bundan əlavə, Qayda ancaq ümumtəhsil məktəbində işləyən şəxsləri əhatə edirdi. Digər ümumi təhsil müəssisələri, o cümlədən lisey, gimnaziya, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər, internat məktəblərində və s. çalışan müəllimlər güzəştli ipoteka kreditlərindən yararlana bilmirdilər. Qaydada  həmçinin gənc ailə kateqoriyasına daxil olmayan müəllimlərə güzəştli ipoteka kreditinin verilməsi də nəzərdə tutulmamışdır.   “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı  

Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir

Brifinqdə Təhsil naziri Ceyhun Bayramov və Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərin suallarını cavablandırır  

"Dərs vaxtı"nın 8 may cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 8-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Peşə təhsili üzrə teledərslərin 8 may cədvəli

"Mədəniyyət" telekanalında yayımlanan peşə təhsili üzrə teledərslərin 8 may tarixi üçün cədvəlini diqqətinizə çatdırırıq. Hər həftənin I və V günləri saat 16:15-də peşə təhsili üzrə "Dərs vaxtı" proqramını izləməyi unutmayın. "Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

"Üç alov” Beynəlxalq yaradıcılıq festivalı

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən 7 may-1 iyun tarixlərini əhatə edən “Üç alov” adlı uşaq və gənclərin Beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalına start verilir. Yeni koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar onlayn platformada keçirilən festivalın əsas məqsədi Azərbaycan və xarici ölkələrin adət-ənənə və zəngin mədəni irslərinin öyrənilməsi, qorunub saxlanması və inkişafı, ənənəvi, folklor, klassik, müasir incəsənətin müxtəlif istiqamətləri üzrə uşaq və gənclərin cəlb edilməsi, xarici ölkələrin kollektivləri ilə yaradıcılıq nailiyyətlərinin mübadiləsi, incəsənət sahəsində ən istedadlı və perspektivli uşaq və gənclərin aşkara çıxarılması və onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri, rəqs kollektivləri, rəqqaslar, musiqiçilər, özfəaliyyət yaradıcılıq kollektivlərinin üzvləri arasında keçirilən festival 3 yaş qrupunda (9-11, 12 -14, 15 -17) aşağıdakı nominasiyaları əhatə edir: -İnstrumental yaradıcılıq: milli, klassik, estrada, caz; -Vokal yaradıcılığı: milli vokal, akademik vokal, estrada vokal; -Xoreoqrafiya yaradıcılığı: milli rəqslər, milli stilizasiya, klassik rəqs, estrada rəqsi,  müasir rəqs (caz, müasir, kontemp, çivi, step və s.), müasir rəqs (hip-hop, brek-dans, robot rəqsi); müasir eksperimental rəqs, bal rəqsləri, müasir və klassik balet. İştirakçılar müxtəlif yaş qrupları üzrə tək (solo), cüt (duet) və kollektiv (qrup) qatıla bilərlər. İştirakçı yalnız bir nominasiya üzrə iştirak edə və həmin nominasiya üzrə bir nömrədən ibarət videoçarx təqdim edə bilər. İfa müddəti 3 dəqiqədən çox olmamalıdır. Festivalda iştirak etmək istəyənlər ərizə formasını mayın 20-dək 3alovfest@gmail.com  elektron poçt ünvanına göndərməlidirlər. Qeydiyyat zamanı bütün videoçarxlarda iştirakçı adı, soyadı, təmsil etdiyi müəssisənin adı, ifa etdiyi mahnının (rəqsin və s.) adı, müddəti qeyd edilməlidir. Bütün nominasiyalar üzrə ifa müddəti 1-3 dəqiqədən artıq olmamalıdır. Festivalın beynəlxalq mərhələsi 1-3 iyun 2020-ci il tarixlərində keçiriləcək. Qaliblər “Qran Pri”, diplom, kubok və medallarla mükafatlandırılacaq.

Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun yenidən qurulması məqsədilə   qərara alıram:   1. Respublika ərazisində modul tipli məktəblərin (siyahı əlavə olunur) quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş 10,0 (on) milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 6 may 2020-ci il.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı