• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Nazir “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri ilə onlayn görüşüb

Təhsil naziri Ceyhun Bayramov ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə ümumtəhsil məktəb şagirdləri arasında təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirib.

Ceyhun Bayramov təhsilin inkişafının hər zaman ümummilli liderin genişmiqyaslı fəaliyyətində prioritet sahə kimi mühüm yer tutduğunu bildirib və bu sahədə uğurlu inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib.

Nazir “Ən yaxşı təqdimat” müsabiqəsinin müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib, qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.

Qeyd edək ki, müsabiqənin final mərhələsində respublikanın müxtəlif şəhər və rayonlarında yerli mərhələnin qalibləri olmuş 82 ümumi təhsil müəssisəsindən olan şagirdlərin video təqdimatları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 7 nəfər I, 14 nəfər II, 19 nəfər III dərəcəli diplomla, 25 nəfər isə tərifnamə ilə təltif olunub.

 

“Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin təltif edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

 


5 il əvvəl