SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
IV "Virtual əlaçı" bilik yarışmasının nəticələri
IV "Virtual əlaçı" bilik yarışmasının nəticələri elan olunub. IV həftənin əlaçılarını diqqətinizə çatdırırıq. Qeyd edək ki, yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.
14/05/2020 15:02
Peşə təhsili üzrə teledərslərin 15 may cədvəli
"Mədəniyyət" telekanalında yayımlanan peşə təhsili üzrə teledərslərin 15 may tarixi üçün cədvəlini diqqətinizə çatdırırıq. Hər həftənin I və V günləri saat 16:15-də peşə təhsili üzrə "Dərs vaxtı" proqramını izləməyi unutmayın. "Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
14/05/2020 14:00
"Dərs vaxtı"nın 15 may cədvəli
“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 15-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
14/05/2020 13:02
Şagirdlərin məktəbdənkənar fəaliyyəti istiqamətində tədbirlər davam etdirilir
Təhsil Nazirliyi tərəfindən pandemiya dövründə tədrisin davamlılığını təmin etmək, məktəblilərin ev şəraitində asudə vaxtının səmərəli keçirilməsinə nail olmaq, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarınının inkişaf etdirilməsi məqsədilə tədbirlər davam etdirilir. Tədris prosesinin dayandırıldığı müddətdə nazirlik tərəfindən bir sıra ölkədaxili və beynəlxalq səviyyəli idman yarışları, yaradıcılıq müsabiqələri, sərgi, dəyirmi masalar və digər tədbirlər həyata keçirilib. Mövcud vəziyyətlə əlaqədar onlayn platformada keçirilən sözügedən tədbirlər üzrə 8000 nəfərdən çox məktəblinin iştirakı təmin edilib. Belə ki, nazirliyin nəzdində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri tərəfindən yaradıcılıq istiqaməti üzrə respublika səviyyəli “Biz birlikdə güclüyük”, "Heç kim unudulmur, heç nə yaddan çıxmır" adlı rəsm müsabiqələri, “Evdə qalaq, evdə yaradaq!” yaradıcılıq festivalı, “Gələcək naminə birlikdə!” videoçarx müsabiqəsi, “Evdə qalaq, nəğmə deyək” mahnı müsabiqəsi, ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ürəklərdə yaşayan Ulu Öndər” adlı virtual sərgi və dəyirmi masalar, həmçinin beynəlxalq səviyyəli “Qavaldaş” - zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin III Respublika və I Beynəlxalq festival-müsabiqəsi, “Bu günün alimi“ (Scientist for a day) inşa-yazı müsabiqəsi, “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində gənclərin V Ekoloji Forumu və digər tədbirlərdə ümumilikdə 6000 nəfərdən çox məktəbli iştirak edib. Mayın 7-dən start verilən “Üç alov” adlı uşaq və gənclərin onlayn Beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalına iyunun 1-də yekun vurulacaq. Eyni zamanda uşaq və gənclərin fiziki hazırlığının təmin edilməsi məqsədilə idman istiqaməti üzrə keçirilən şahmat üzrə respublika birinciliyi, 17 yaşadək şahmatçılar arasında Qran-pri turniri, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə “Beynəlxalq təhsil kuboku” və digər idman tədbirlərində 2000 nəfərdən artıq şagirdin iştirakı təmin edilib. Bundan əlavə, aprelin 1-dən start verilən onlayn dərslərdə hazırkı vaxtadək 27 idman növü və 103 dərnək üzrə 15 min nəfərdən artıq qrup və dərnək üzvü, 1200-dən artıq pedaqoji heyət iştirak edib. Dərslər müəssisələrin dərs cədvəlinə uyğun təşkil edilib. Qeyd edək ki, onlayn dərslərlə yanaşı Təhsil Nazirliyinin təşkilatçılığı ilə həftəiçi 5 gün “Mədəniyyət” kanalında yayımlanan "Dərs vaxtı" proqramı və şənbə günü yayımlanan “Dərsdən sonra” blokuna uyğun olaraq məktəbdənkənar fəaliyyətlə bağlı teledərslər də yayımlanır.
14/05/2020 10:11
Şagirdlərimizdən daha bir beynəlxalq nailiyyət
Yunanıstanda keçirilən VIII beynəlxalq uşaq rəsm müsabiqəsində (Biennale) Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdləri uğur qazanıblar. Müsabiqəyə qatılan VII sinif şagirdi Surə Dadaşzadə və IX sinif şagirdi Abdulrəhim Bağırlının rəsmləri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək I yerə layiq görülüb. Qeyd edək ki, hər iki şagird beynəlxalq müsabiqə laureatıdır, dəfələrlə bu cür müsabiqələrdə qalib olublar.
13/05/2020 16:01
"Dərs vaxtı"nın 14 may cədvəli
“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 14-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
13/05/2020 14:13
Nazir "Microsoft" korporasiyası və "CİSCO Systems" şirkətinin rəhbərləri ilə təhsil sistemində innovasiyaları müzakirə edib
Təhsil naziri Ceyhun Bayramov "Microsoft" korporasiyasının vitse-prezidenti Anthony Salcito və korporasiyanın Avropa üzrə regional təmsilçiləri ilə videokonfrans keçirib. Videokonfrans zamanı Azərbaycanda qısa müddət ərzində yaradılmış və ölkədə ən iri onlayn platforma olan “Virtual məktəb” layihəsinin uğurlu nəticələri, 900 mindən artıq müəllim və şagirdi birləşdirən layihənin genişləndirilməsi, müəllimlərin bu platformanın bütün imkanlarından tam yararlanmaları üçün təlimlərə cəlb edilməsi müzakirə edilib. Eyni zamanda sözügedən onlayn portala Təhsil Nazirliyinin digər proqram təminatları və xidmətlərinin inteqrasiyası, bununla da virtual tədris məkanında həyata keçirilən bütün əsas prosesləri vahid portaldan izləmək və təhlil etmək imkanı da müzakirə mövzusu olub. Təhsil naziri həmçinin "Cisco Systems" şirkətinin vitse-prezidenti Guy Diedrich və şirkətin regional menecerləri ilə videokonfrans keçirib. Videokonfransda "Cysco Systems" şirkəti ilə Bakı şəhəri 46 nömrəli tam orta məktəbdə həyata keçirilən "Connected School" pilot layihəsinin icra vəziyyəti, məktəbin İKT avadanlıqları və təhsil sahəsində tətbiq edilən müasir texnologiyalarla təminatı, təhsil müəssisəsinin şagird, müəllim və inzibati-idarəetmə heyəti üçün təlimlərin təşkili müzakirə edilib. Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Cisco Şəbəkə Akademiyası” yaradılıb. Akademiyada kibertəhlükəsizlik üzrə təlim mərkəzinin fəaliyyət göstərməsi, Mərkəzin avadanlıq və proqram təminatı ilə təmin edilməsi və “Cisco” məzmununun tədris proqramına inteqrasiyası nəzərdə tutulub. Bundan əlavə, innovativ təhsil həlləri və texnologiyaların ölkə təhsil sistemində tətbiqini araşdırmaq, təhsilverənlər üçün ixtisasartırma və əyani tətbiq imkanları yaratmaq məqsədi ilə Təhsil Nazirliyi tərəfindən yaradılan yeni İnnovasiya Mərkəzində “Cisco” şirkətinin də müasir texnologiyaları nümayiş etdiriləcək.
13/05/2020 11:42
"Dərs vaxtı"nın 13 may cədvəli
“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 13-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
12/05/2020 23:43
Peşə təhsil müəssisəsində tibbi maska istehsalına başlanılıb
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Save Tekstil” MMC ilə birgə tibbi maska istehsalına başlayıb. Maska istehsalı Türkiyə və Çindən gətirilmiş müasir avadanlıqlar vasitəsilə aparılır. İstehsal müəssisəsinə müvafiq ixtisaslar üzrə təhsil alan 20-ə yaxın Peşə Təhsil Mərkəzinin məzunu cəlb edilib. İstehsal prosesi artıq ötən həftədən etibarən davam etməkdədir. Qeyd edək ki, hazırda istehsal imkanı gündəlik 15 000 maskadır. Yaxın günlərdə bu rəqəmin gündəlik 50 000 maskaya çatdırılması planlaşdırılır. Müəssisənin məhsulları ilkin olaraq daxili bazarda tələbatı ödəməyə yönəldiləcək. Tibbi maskaları 15 may tarixindən etibarən apteklərdən əldə etmək mümkün olacaq.
12/05/2020 15:36
Şahmat üzrə onlayn “Beynəlxalq Təhsil Kuboku” yekunlaşıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə onlayn “Beynəlxalq Təhsil Kuboku” yekunlaşıb. 9-10 may 2020-ci il tarixlərində www.chess.com internet portalı üzərindən 17 yaşadək şahmatçılar arasında keçirilən beynəlxalq yarışda iştirak üçün 43 ölkədən 209 şahmatçı, o cümlədən 5 beynəlxalq qrossmeyster, 18 beynəlxalq usta, 38 FIDE ustası qeydiyyatdan keçib. Ölkəmizi bu turnirdə dünya və Avropa birinciliklərinin qalibləri və onlayn Qran-pri turnirinin final mərhələsinin iştirakçıları olmaqla ümumilikdə 37 şahmatçı təmsil edib. Oyunlar seçmə və final olmaqla 2 mərhələ üzrə keçirilib. Yarışın ilk günü seçmə mərhələdə beynəlxalq reytinqi 2400-dək olan şahmatçılar yarışıb. Final mərhələsində seçmə mərhələdə ilk 30 yeri tutan və finala birbaşa qatılan 2400-dən yuxarı reytinqli şahmatçılar mübarizə aparıb. Beynəlxalq yarışın nəticələrinə əsasən 17 yaşadək şahmatçılar arasındaI yerə Hindistan şahmatçısı Arjun Eriqaisi, II yerə Özbəkistan şahmatçısı Nodirbek Abusattarov, III yerə Hindistan şahmatçısı Raunak Sadvani layiq görülüb. Azərbaycan şahmatçılarından Xəzər Babazadə IV, Vüqar Manafov V yerdə qərarlaşıb. Nəticələrə görə, Əhməd Əhmədzadə və Aydın Süleymanlı mükafatçılar sırasında yer alıb. Qızlar arasında şahmatçılarımızdan Mələk İsmayıl və Gövhər Beydullayeva eyni xal və əmsalla I və II yerləri bölüşüb, III yerə isə Qazaxıstan şahmatçısı Assel Lezbekova layiq görülüb. 12 yaşadək iştirakçılar arasında ən yaxşı nəticəni ukraynalı şahmatçı Tixon Çerniyayev göstərib. Bu nominasiya üzrə II yeri həmyerlimiz Rüstəm Rüstəmov, III yeri ukraynalı şahmatçı İhor Samunenkov tutub. Təhsil Nazirliyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və İdman komitəsinin, Azərbaycan Şahmat Federasiyanın dəstəyi ilə təşkil olunan yarışın əsasnaməsinə uyğun olaraq qaliblərə diplom, pul mükafatı təqdim olunacaq. Qeyd edək ki, www.chess.com internet portalı üzərindən təşkil olunan turnirin oyunları youtube kanalında canlı olaraq şərh edilib, final mərhələsi “İdman Azərbaycan” kanalında canlı yayımlanıb. Onlayn platforma üzərindən təşkil olunan şahmat üzrə “Beynəlxalq Təhsil Kuboku”nun keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, dünyada koronavirus (COVİD-19) pandemiyasının geniş yayılması ilə əlaqədar tətbiq olunan karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasından ibarət olub. Onlayn “Beynəlxalq Təhsil Kuboku”na dair müvafiq məlumatlarla qeyd olunan linklər vasitəsilə tanış ola bilərsiniz: Yarışın internet səhifəsi: www.tehsilchess.az/itc2020 Canlı yayım linki: https://www.youtube.com/watch?v=jU4CLjrnF3A&t=3215s, https://www.youtube.com/watch?v=jU4CLjrnF3A&t=3215s, https://drive.google.com/file/d/1HL-m4lnNsxPS35vAIaBL-0G3c37reV3A/view?usp=sharing Yarışın nəticələri: www.tehsilchess.az/itc2020-results Yarışın əsasnaməsi: https://www.tehsilchess.az/wp-content/uploads/2020/05/Esasname-ITC2020-AZE.pdf
12/05/2020 09:16
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı