• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Peşə təhsili üzrə teledərslərin 25 may cədvəli

"Mədəniyyət" telekanalında yayımlanan peşə təhsili üzrə teledərslərin 25 may tarixi üçün cədvəlini diqqətinizə çatdırırıq. Hər həftənin I və V günləri saat 16:15-də peşə təhsili üzrə "Dərs vaxtı" proqramını izləməyi unutmayın. "Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans 

Mayın 22-də  Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyət və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans keçirilib. “Microsoft Teams” platforması üzərindən keçirilən konfransda Təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman liseylərinin, uşaq-gənclər idman və şahmat məktəblərinin və uşaq-gənclər inkişaf mərkəzlərinin direktorları iştirak edib. Videokonfransda nazir müavini Firudin Qurbanov COVİD-19 pandemiyasının təsirlərinin minimallaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən atılan ciddi addımların və müvafiq göstərişlərin əhəmiyyətini vurğulayaraq koronavirusun yayılmasının qarşısının alınmasına nail olunduğunu bildirib. Nazir müavini qeyd edib ki, ölkəmizdə virusa yoluxanların sayının az olması görülən tədbirlərin faydalılıq əmsalının yüksək faizini təsdiq edir. Dünya Səhiyyə Təşkilatı Azərbaycanda bu istiqamətdə görülən işləri yüksək qiymətləndirərək bunu bir daha təsdiq edir. Nazir müavini daha sonra verilmiş tapşırıqların icra vəziyyəti, pandemiya dövründə tədrisin davamlılığını təmin etmək məqsədilə nazirlik tərəfindən görülən işlər barədə məlumat verib. Firudin Qurbanov çıxışında mart ayından başlayaraq məktəbdənkənar təhsil müəssisələrinə verilmiş tövsiyə və tapşırıqlara uyğun olaraq həmin müəssisələrdə tədrisin məsafədən təşkil edilməsi və bu məqsədlə istifadə edilən “Microsoft Teams” və digər onlayn platformalara bu günədək minlərlə şagirdin qoşulması və hazırda bu prosesin davam etdirilməsi barədə danışıb. Bundan əlavə uşaq və gənclərin fiziki və yaradıcılıq imkanlarının inkişaf etdirilməsi məqsədilə bir sıra yerli və beynəlxalq səviyyəli onlayn yarışların, müsabiqələrin, virtual sərgi və digər tədbirlərin həyata keçirildiyini və hazırda bir sıra müsabiqələrin davam etdiyini qeyd edib. Nazir müavini şagirdlərin məktəbdənkənar fəaliyyətə cəlb olunması, təlim tərbiyə prosesinin təşkili, nizam-intizam qaydalarına riayət edilməsi, təhlükəsizlik tədbirlərinin icrası işinin yaxşılaşdırılması, həmçinin uşaq-gənclər idman-şahmat məktəblərində 2019-2020 tədris ilinin yekunu olaraq qrupdan-qrupa keçid və buraxılış normativlərinin qəbulu ilə bağlı müvafiq təkliflərin hazırlanmasına dair tövsiyə və tapşırıqlar verib. Həmçinin görüşdə məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyət, qarşıda duran vəzifələr, növbəti tədris ilinin təşkilinə dair fikir mübadiləsi aparılıb, gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib. Qeyd edək ki, karantin dövründə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri tərəfindən yaradıcılıq istiqaməti üzrə respublika səviyyəli “Biz birlikdə güclüyük”, "Heç kim unudulmur, heç nə yaddan çıxmır" rəsm müsabiqələri, “Evdə qalaq, evdə yaradaq!” yaradıcılıq festivalı, “Gələcək naminə birlikdə!” videoçarx müsabiqəsi, “Evdə qalaq, nəğmə deyək” mahnı müsabiqəsi, ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ürəklərdə yaşayan Ulu Öndər” adlı virtual sərgi və dəyirmi masalar həmçinin beynəlxalq səviyyəli “Qavaldaş” - zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin III Respublika və I Beynəlxalq festival-müsabiqəsi, “Bu günün alimi“ (Scientist for a day) inşa-yazı müsabiqəsi, “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində gənclərin V Ekoloji Forumu və digər tədbirlər həyata keçirilib. Karantin dövründə uşaq və gənclərin fiziki hazırlığının təmin edilməsi şahmat üzrə respublika birinciliyi, 17 yaşadək şahmatçılar arasında Qran-pri turniri, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə 43 ölkənin iştirakı ilə “Beynəlxalq təhsil kuboku” və digər idman tədbirləri təşkil olunub.

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlumdur

Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibələrin nəticələri məlum olub.  Müsahibələrdə iştirak etmiş 1228 namizəddən 1035 nəfəri uğur qazanaraq müddətli müqavilə əsasında çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb. Müsahibə nəticələri barədə məlumat yaxın saatlarda namizədlərin şəxsi səhifəsinə göndəriləcək. Qeyd edək ki, onlayn müsahibədə iştirak etməyən namizədlərin avqust ayında ənənəvi müsahibədə iştirak hüququ saxlanılır. Eyni zamanda onlayn mərhələdə uğur qazanmamış namizədlərə ənənəvi müsahibələr keçirilən zaman apelyasiya müraciəti etmək imkanı yaradılacaq.  

Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində müəllimlərə dəstək

Təhsil Nazirliyinin "Virtual məktəb" layihəsi çərçivəsində dəstək çağırışlarına ölkənin ən böyük təhsil şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsinin operatoru “AzEduNet” şirkəti də qoşulub. Belə ki, hazırda ölkəmizdə tədris prosesinin onlayn şəkildə davam etdirilməsi ilə əlaqədar "AzEduNet" şirkətinin təşəbbüsü ilə “Virtual məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş 10 mindən çox müəllim-pedaqoji heyətinin mobil nömrə balansına 5GB mobil internet paketi yüklənib. Xatırladaq ki, tədris prosesində innovativ mexanizmlərin tətbiqi üçün geniş imkanlar yaradan Azərbaycan Təhsil Şəbəkəsi hazırda 4 minə yaxın təhsil müəssisəsini əhatə edir. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar təhsil müəssisələrində vahid intranet şəbəkəsinin qurulması və intranet üzərindən telekonfrans rabitəsinin (IP telefoniya, videokonfrans) təşkili, internetə yüksək sürətli çıxışın təmin olunması, təhsilalanların internetin zərərli məzmunlarından qorunması, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.

"Virtual məktəb” layihəsi çərçivəsində məktəb direktorları və müavinləri ilə görüş

"Virtual məktəb" layihəsinin yaratdığı imkanlar mövzusunda məktəb direktorları və müavinləri ilə canlı görüş keçirilib. Ümumilikdə 1418 nəfərin iştirak etdiyi görüşdə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov və "Microsoft Azərbaycan" şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov tərəfindən mövzu ətrafında çoxsaylı suallar cavablandırılıb.  Görüşdə virtual məktəbdə tədris prosesinin təşkili, təhsilin idarəolunması və təhsilverənlərin peşəkarlığının inkişafı imkanları barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, platforma məktəb rəhbərləri üçün aparılan virtual dərslərin izlənilməsinə, məsafədən təşkil olunmuş dərslərin səmərəliliyinin ölçülməsinə və icmallaşdırılmış məlumatların toplanılması və təhlilinə şərait yaradır. Eyni zamanda virtual məktəbdə xüsusi yaradılmış qruplarda müəllimlərlə birgə pedaqoji şuralar və valideynlərlə iclaslar keçirmək mümkündür.   Bununla yanaşı, layihə çərçivəsində distant dərslərdə istifadə olunan interaktiv alətlər, şagirdlər arasında keçirilən “Virtual əlaçı” bilik yarışması, yay aylarında nəzərdə tutulan müəllim, şagird və valideynlər üçün onlayn seminar və kurslar barədə məlumat verilib. Həmçinin, görüş iştirakçılarının platformada görmək istədikləri yeni funksionallıqlar və tədbirlər barədə  təklifləri dinlənilib.

VI "Virtual əlaçı" bilik yarışmasına start verilir

Mayın 22-dən etibarən VI "Virtual əlaçı" bilik yarışmasına start verilir. Yarışmada iştirak etmək üçün "Virtual məktəb" portalında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez və düzgün cavab vermiş ilk 10 şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək. Bildirək ki, V "Virtual əlaçı" bilik yarışmasının nəticələri artıq elan olunub. V həftənin əlaçılarını da diqqətinizə çatdırırıq. Qeyd edək ki, yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.

Peşə təhsili üzrə teledərslərin 22 may cədvəli

"Mədəniyyət" telekanalında yayımlanan peşə təhsili üzrə teledərslərin 22 may tarixi üçün cədvəlini diqqətinizə çatdırırıq. Hər həftənin I və V günləri saat 16:15-də peşə təhsili üzrə "Dərs vaxtı" proqramını izləməyi unutmayın. "Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Təhsil naziri  tələbələrlə videogörüş keçirib

Mayın 21-də Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəal üzvləri ilə videogörüş keçirib. Ceyhun Bayramov tələbələrə pandemiya dövründə Azərbaycan hökuməti tərəfindən müvafiq istiqamətlər üzrə atılmış addımlar barədə ətraflı məlumat verib, ali və orta ixtisas təhsili müəssisələrində məsafədən tədrisin təşkili yönündə həyata keçirilən tədbirlər barədə danışıb. Bildirilib ki, təklif edilən onlayn platformalara 100 mindən artıq tələbə və professor-müəllim heyəti qoşulub, həmin platformalar üzərindən təlim-tədris prosesi uğurla təşkil edilib. Tələbələr iyun-iyul aylarında keçiriləcək imtahan sessiyasında iştirak edəcək, imtahanlara hansısa səbəbdən hazır olmayanlar  üçün isə avqust-sentyabr aylarında icmal mühazirə və imtahanlar təşkil ediləcək. Sosial baxımdan həssas əhali qrupuna aid ailələrin üzvləri olan tələbələrin təhsil haqlarının 2020-ci ildə dövlət hesabına ödənilməsi barədə qərara toxunan nazir deyib ki, Təhsil Nazirliyi tərəfindən bu məqsədlə yaradılmış e-telebe.edu.az elektron portalı üzərindən artıq 7 minə yaxın tələbə qeydiyyatdan keçərək sənədlərini təqdim edib. Eyni zamanda qeyd edilib ki, ölkə başçısı tərəfindən ötən il imzalanmış müvafiq fərman və sərəncamlara uyğun olaraq hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir.  Nazir həmçinin 18 may 2020-ci il tarixində Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarla bağlı da geniş məlumat verib.   Sonra Təhsil naziri tədrisin məsafədən təşkili, təhsil haqqının ödənilməsi, təqaüdlərin verilməsi ilə bağlı tələbələri maraqlandıran sualları cavablandırıb, təkliflərə münasibətini bildirib.  Qeyd edək ki, ATGTİ hazırda Azərbaycanın 101 ali və orta ixtisas təhsil müəssisəsində fəaliyyət göstərən Tələbə gənclər təşkilatını özündə birləşdirir. Üzvlər sırasına həm paytaxt, həm də regionların təhsil müəssisələri aiddir. ATGTİ-nin məqsədi təhsil müəssisələrində tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

Məktəbli qız şahmat üzrə Avropa çempionu olub

"Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şahmatçısı Gülsənəm Ağayeva rapid üzrə qızlar və oğlanlar arasında keçirilən onlayn Avropa çempionatında yüksək nəticə əldə edib. 53 ölkədən 1600-dək şahmatçının qatıldığı çempionatın A qrupunda (reytinqi 1400-ə qədər olan şahmatçılar arasında) mübarizə aparan 14 yaşlı Gülsənəm Ağayeva 7,5 xalla qızlar arasında qalib gəlib, ümumi iştirakçılar arasında isə ikinci yeri tutub. Göstərdiyi nəticəyə əsasən, Gülsənəm Ağayeva 2021-ci ildə İtaliyanın Olbia şəhərində keçiriləcək Avropa birinciliyinə vəsiqə qazanıb. Qeyd edək ki, Gülsənəm Ağayeva cari ildə 14 yaşlı qızlar arasında İranın Rəşt şəhərində keçirilən beynəlxalq turnirin, Ağcabədi rayonunda yeniyetmə şahmatçılar arasında keçirilən ölkə birinciliyinin seçmə yarışlarının qalibi, “Təhsil” RİM-in blits üzrə onlayn respublika birinciliyinin ikincisi olub.

"Dərs vaxtı"nın 22 may cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 22-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı