SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
"Virtual məktəb” layihəsi çərçivəsində məktəb direktorları və müavinləri ilə görüş
"Virtual məktəb" layihəsinin yaratdığı imkanlar mövzusunda məktəb direktorları və müavinləri ilə canlı görüş keçirilib. Ümumilikdə 1418 nəfərin iştirak etdiyi görüşdə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov və "Microsoft Azərbaycan" şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov tərəfindən mövzu ətrafında çoxsaylı suallar cavablandırılıb.
Görüşdə virtual məktəbdə tədris prosesinin təşkili, təhsilin idarəolunması və təhsilverənlərin peşəkarlığının inkişafı imkanları barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, platforma məktəb rəhbərləri üçün aparılan virtual dərslərin izlənilməsinə, məsafədən təşkil olunmuş dərslərin səmərəliliyinin ölçülməsinə və icmallaşdırılmış məlumatların toplanılması və təhlilinə şərait yaradır. Eyni zamanda virtual məktəbdə xüsusi yaradılmış qruplarda müəllimlərlə birgə pedaqoji şuralar və valideynlərlə iclaslar keçirmək mümkündür.
Bununla yanaşı, layihə çərçivəsində distant dərslərdə istifadə olunan interaktiv alətlər, şagirdlər arasında keçirilən “Virtual əlaçı” bilik yarışması, yay aylarında nəzərdə tutulan müəllim, şagird və valideynlər üçün onlayn seminar və kurslar barədə məlumat verilib. Həmçinin, görüş iştirakçılarının platformada görmək istədikləri yeni funksionallıqlar və tədbirlər barədə təklifləri dinlənilib.
5 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl