• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak edib

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin mayın 28-də açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım kompleksdə inşa olunan Füzuli rayon 4 saylı tam orta məktəbində yaradılan şəraitlə də tanış oldular. Bildirildi ki, 960 yerlik məktəb binası zəruri tədris avadanlığı ilə təchiz edilib, şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hərtərəfli imkan yaradılıb. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni təhsil ocaqlarının inşası, mövcud məktəb binalarının müasir səviyyədə yenilənməsi baxımından çox mühüm layihələr icra olunub. Dövlət səviyyəsində bu istiqamətdə görülən işlərə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük töhfələr verib. Belə müasir məktəb binasının inşası bir daha göstərir ki, ölkədə təhsilin inkişafı istiqamətində atılan addımlardan doğma yurdlarından didərgin düşən soydaşlarımız da yüksək səviyyədə bəhrələnirlər.

"Dərs vaxtı"nın 29 may cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 29-u üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

28 May - Respublika Gününə həsr olunmuş virtual sərgi

14-25 may tarixlərində Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr olunmuş "Azərbaycan vətənimdir" adlı virtual sərgi keçirilib. Mövcud pandemiya ilə əlaqədar virtual təşkil olunan sərgidə respublika üzrə 60 uşaq-gənclər inkişaf mərkəzi tərəfindən təqdim edilmiş 70 əl işi Təhsil Nazirliyinin rəsmi internet saytı və sosial şəbəkələr vasitəsilə sərgilənir. Əl işlərində Azərbaycanın tarixi abidələri, dövlət rəmzləri, milli adət-ənənələri və zəngin mədəni irsi öz əksini tapıb. Sərginin keçirilməsində əsas məqsəd şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixinə bir daha nəzər salaraq ictimaiyyətin diqqətinə çatdırmaq, yetişməkdə olan gənc nəsli dövlətçilik, Azərbaycan xalqının tarixinə, dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə etmək və eyni zamanda məktəblilərin yaradıcılıq qabiliyyətini üzə çıxarmaq, onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.  

"Dərs vaxtı"nın 28 may cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 28-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

“Azərbaycana sevgi ilə” adlı virtual rəsm sərgisi

“Azərbaycana sevgi ilə” adlı virtual rəsm sərgisi keçirilib. Sərgi Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” (Mənim yolum) Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Sərginin keçirilməsində əsas məqsəd Amerika Birləşmiş Ştatlarında yaşayan uşaqlara ölkəmizi tanıtmaq, uşaqlar arasında dostluq münasibətləri qurmaq, ev şəraitində uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyəti və potensialını üzə çıxarmaq, həmçinin iki Mərkəz arasında əməkdaşıq imkanlarını inkişaf etdirməkdən ibarətdir. Mövcud pandemiya ilə əlaqədar virtual platformada təşkil olunan sərgidə Amerika və Azərbaycandan 100-dən çox məktəbli tərəfindən göndərilən rəsmlər sərgilənib.  Şəkillərdə Azərbaycanın tarixi abidələri, iqlimi, məişəti, adət-ənənələri və digər amillər öz əksini tapıb. Qeyd edək ki, hər il ənənəvi olaraq ölkəmizlə bağlı sərgilər təşkil edilir.

"Dərs vaxtı"nın 27 may cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 27-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

"Dərs vaxtı"nın 26 may cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 26-sı üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

"Türk dünyası muzeylər həftəsi"nin bağlanış mərasimi

Mayın 24-də "Türk dünyası muzeylərinin həftəsi” proqramı üzrə məktəblilər üçün muzey həftəsi başa çatıb. Onlayn platformada keçirilən bağlanış mərasimində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, layihədə iştirak edən türkdilli ölkələrin muzeylərinin rəhbərləri və məktəblilər iştirak ediblər. Çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondun prezidenti Günay Əfəndiyeva layihənin bütün iştirakçılarına təşəkkürünü bildirərək, bu ekskursiyaların türk dünyasının tarixi və mədəniyyəti ilə virtual əlaqə yaratmağa, türk xalqlarının milli və mənəvi dəyərləri ilə yaxından tanış olmağa imkan verdiyini qeyd edib. Daha sonra Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə layihə müddətində iştirakçı türk dünyası muzeyləri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayaraq, bu layihənin ənənəvi xarakter alacağına və bütün türk dünyasının məktəblilərini əhatə edəcəyinə ümidvar olduğunu bildirib. Çıxışlardan sonra məktəblilər tərəfindən müxtəlif muzeylər haqqında videoçarxlar göstərilərək türk ölkələrinin muzeyləri tərəfindən nümayiş olunan tarixi və mədəni məlumatlar haqqında ən yaxşı biliklərə dair müsabiqə keçirilib. Ən fəal iştirakçılar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Təhsil Nazirliyinin Uşaq - Gənclər İnkişaf Mərkəzinin diplom və hədiyyələri ilə mükafatlandırılıb. COVİD-19 pandemiyası ilə əlaqədar virtual təşkil olunan ekskursiyaların keçirilməsində əsas məqsəd məktəbliləri dünya muzeylərinin kolleksiya fondu ilə tanış etmək, şagirdlərə ölkələrin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumat verməkdən ibarətdir. Qeyd edək ki, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondunun birgə təşkilatçılığı ilə keçirilən  layihə çərçivəsində 18 may Azərbaycan Milli Xalça Muzeyinə, 19 May Qazaxıstan Milli Muzeyinə, 20 May Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyinə, 21 May Türkiyə Troya Muzeyinə, 22 May Özbəkistan Dövlət Tarixi Muzeyinə, 23 May Macarıstan Milli Muzeyinə virtual ekskursiyalar təşkil olunub. Sosial şəbəkədə canlı yayımlanan muzey həftəsinə ümumilikdə bir həftə ərzində baxış sayı 5000-ə yaxın olub.

Dərnək üzvlərinin beynəlxalq uğurları

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri mövcud pandemiya dövründə müxtəlif ölkələrin müsabiqə təşkilatçıları tərəfindən göndərilən dəvətlərə əsasən onlayn müsabiqə və festivallarda uğurla iştirak edərək yüksək nəticələr əldə ediblər. Belə ki, cari ilin 20-22 may tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində “Новая школа” tədris müəssisəsi tərəfindən elan olunmuş “İT Stars – 2020” Beynəlxalq onlayn texnologiyaları müsabiqəsində “Proqramlaşdırma” sahəsi üzrə Mərkəzin 9, “Layihə” və “Təqdimat” sahələri üzrə 2 dərnək üzvü ölkəmizi layiqincə təmsil edib. Müsabiqənin nəticələrinə əsasən, Mərkəzin “Gənc proqramçılar” dərnəyinin üzvləri Məmməd Abbaslı, Hüseynağa Quliyev, Əli Eyvazov və Fərhad Qayıbov müsabiqənin qalibləri elan ediliblər. Hazırda İtaliyanın “MİF Assosiation” Festival Təşkilatı birliyinin elan etdiyi “Sing at home” (“Evdə oxu”) Beynəlxalq onlayn müsabiqəsində mərkəzin 13, Rusiya Federasiyasının Moskva şəhərində 6-16 yaşlı uşaqlar arasında keçirilən “Истоки” beynəlxalq vokal onlayn müsabiqəsində isə 3 gənc vokalçısı uğurla iştirak edir. Qeyd edək ki, Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi beynəlxalq müsabiqə və festivallarda iştirakla yanaşı cari ilin 15 may-5 iyun tarixlərini əhatə edən “Pəncərəmdən açılan mənzərə” adlı beynəlxalq uşaq fotomüsabiqəsi elan edib. Müsabiqədə paytaxt  məktəbliləri ilə yanaşı xarici ölkələrin 7-17 yaşlı uşaq və yeniyetmələri  iştirak edir.

"Dərs vaxtı"nın 25 may cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 25-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı