SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Həssas qruplardan olan tələbələr üçün yeni onlayn imkan
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi - http://e-telebe.edu.az portalı istifadəyə verilib. Sözügedən qrupa daxil olan tələbələr elektron sistemdə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, təhsili, ailə üzvləri haqqında və digər zəruri məlumatları əlavə etməlidirlər. Məqsəd xüsusi karantin rejimində tələbələrin işinin asanlaşdırılması üçün onlara yeni imkan yaratmaqdır. Qeyd edək ki, Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı 20 mindən artıq tələbəni əhatə edir. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb. Qərar yalnız ali təhsil müəssisələrində təhsil alanları deyil, orta ixtisas və peşə təhsili üzrə əyani təhsil alan tələbələri də əhatə edir. Təkrar ali və orta ixtisas təhsili alan tələbələrə isə şamil edilmir. Qaydalara əsasən, bütövlükdə həssas qrupdan olan tələbələr üçün tam olaraq illik təhsil haqqı xərci dövlət tərəfindən ödəniləcək. İstifadəçi təlimatı
21/05/2020 09:58
TOPs proqramı çərçivəsində videokonfrans
TOPs layihəsinin rəhbər heyəti, proqram üzrə mütəxəssislər, həmçinin fiziki tərbiyə müəllimlərinin iştirakı ilə videokonfrans təşkil olunub. Görüşdə koronavirus pandemiyasının yayılması ilə əlaqədar tətbiq olunan karantin dövründə TOPs proqramının məhdud və məsafədən olmaqla fəaliyyətinin davam etdirilməsi imkanları müzakirə edilib. Tədbirdə çıxış edənlər tərəfindən Təhsil Nazirliyinin təşəbbüsü ilə “Mədəniyyət” və “ARB Günəş” telekanallarında ölkənin ümumi təhsil müəssisələrinin şagirdləri üçün yayımlanan “Fiziki tərbiyə” dərslərinin TOPs metodikası üzrə təşkilinin səmərəliliyi vurğulanıb, ev şəraitində onlayn formatda təşkil olunan dərslərin şagirdlərin fiziki sağlamlığı üçün faydalı, onların aktivliyinin qorunması üçün əhəmiyyətli olduğu qeyd olunub. Həmçinin karantin dövründə şagirdlərin hərəkətsiz qalmamaları, onların idmana olan həvəslərinin artırılması istiqamətində zəruri tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Sonda mövcud vəziyyətlə əlaqədar Təhsil Nazirliyinin həyata keçirdiyi "Virtual məktəb" platforması üzərindən daha çox sayda fiziki tərbiyə müəllimləri tərəfindən dərslərin təşkili, inkluzivliyin nəzərə alınması, müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarıqlarının artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi qərara alınıb. Qeyd edək ki, TOPs proqramı Təhsil Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, “British Council” və “İnkişaf naminə idman” ictimai birliyinin tərəfdaşlığı ilə 2014-2015-ci tədris ilindən həyata keçirilir. Layihənin əsas məqsədi ümumtəhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir. Cari tədris ilində TOPs proqramına əlavə olaraq Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, Astara və Xızı rayonlarından təhsil müəssisələri qoşulub, bununla da layihə üzrə məktəblərin ümumi sayı 900-dən artıq olub.
20/05/2020 15:23
"Dərs vaxtı"nın 21 may cədvəli
“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 21-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
20/05/2020 14:37
Tədrisi digər dildə aparılan bölmələr üzrə müsahibələr
Məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün müsahibələr Mayın 20-dən tədrisi digər dildə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün onlayn müsahibələrə başlanılıb. Məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqlar üçün müsahibələr Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında" Qərarına uyğun olaraq tədrisi digər dildə aparılan və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların müsahibələri (onlayn və ənənəvi qaydada) üzrə qeydiyyata iyunun 1-dən start veriləcək. İyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə mobil nömrəyə sms bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında öz əksini tapacaq. Qeyd edək ki, I sinfə qeydiyyat www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.
20/05/2020 14:08
Nazirlər Kabinetinin ötən gün verdiyi qərarın şərhi
Nazirlər Kabinetinin ötən gün verdiyi "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" Qərarı Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi "Facebook" səhifələri üzərindən canlı yayımda şərh edilir.
20/05/2020 11:25
"Dərs vaxtı"nın 20 may cədvəli
“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 20-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
19/05/2020 14:46
Beynəlxalq rəsm müsabiqəsinə start verilir
Təhsil Nazirliyi 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə cari ilin 19 may-15 iyun tarixlərini əhatə edən "Mənim milli adət-ənənələrim" adlı beynəlxalq onlayn rəsm müsabiqəsinə start verilir. Müsabiqənin keçirilməsində məqsəd müxtəlif xalqların adət-ənənələri, tarix və mədəniyyəti, məişəti, zəngin mədəni irsinin öyrənilməsi, uşaq və gənclər arasında dostluq münasibətlərinin yaradılması, həmçinin istedadlı uşaqları üzə çıxarmaqla onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir. Mövcud pandemiya ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin 3 yaş qrupu (6-9, 10-13, 14-17) üzrə keçirilməsi nəzərdə tutulub. Sözügedən müsabiqədə iştirakçılar hər yaş qrupu üzrə yalnız 1 iş təqdim edə bilərlər. "Mənim milli adət-ənənələrim" adlı beynəlxalq onlayn rəsm müsabiqəsində iştirak etmək istəyənlər ərizə formasını iyunun 14-dək 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin elektron poçt ünvanına (ugim-1@mk.edu.az) göndərməlidirlər. Hər yaş qrupu üzrə qaliblər müsabiqənin Təşkilat Komitəsinin seçdiyi münsiflər heyəti tərəfindən müəyyən ediləcək və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar. Həmçinin qalib işlər sosial şəbəkələrdə və digər media qurumlarında geniş işıqlandırılacaq. Qeyd edək ki, yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar onlayn platformada keçirilən beynəlxalq rəsm müsabiqəsində Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan və digər xarici ölkələrdən də məktəblilər iştirak edəcək.
19/05/2020 13:32
Məktəblilər üçün virtual muzey həftəsinə start verilib
Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondunun birgə əməkdaşlığı ilə "Türk dünyası muzeylərinin həftəsi” proqramı üzrə məktəblilər üçün muzey həftəsinə start verilib. Cari ilin 18-24 may tarixlərini əhatə edən "Türk dünyası muzeylərinin həftəsi" proqramının videokonfrans formatında keçirilən rəsmi açılışında Təhsil naziri Ceyhun Bayramov çıxış edərək bildirib ki, builki "Məktəblilər üçün muzey həftəsi" proqramının COVID-19 pandemiyası ilə əlaqədar onlayn platformada keçirilməsi nəzərdə tutulub. Həmçinin məktəblilərin evdən çıxmadan dünya muzeylərinə virtual ziyarətlərinin təşkili imkanları yaradılıb. Nazir şagirdlərin bədii estetik zövqlərinin formalaşması baxımından muzeylərin böyük əhəmiyyət kəsb etdiyini, məktəblilərin muzeylərə ekskursiyalarının təşkilinin təkcə muzeylər həftəsində deyil, digər vaxtlarda da təmin olunmasının vacibliyini qeyd edib. Ceyhun Bayramov muzeylərə ekskursiyaların təşkilinin şagirdlərin tariximiz, adət-ənənələrimiz, tarixi şəxsiyyətlərimiz, tanınmış incəsənət xadimləri haqqında daha ətraflı məlumat almasında, onların dünyagörüşünün zənginləşməsində mühüm rolunu vurğulayıb. Nazir çıxışının sonunda tədbirin təşkilinə göstərdiyi dəstəyə görə Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fonduna minnətdarlığını bildirib, proqramın işinə uğurlar arzu edib və məktəblilərə ekskursiyalarda fəal iştirak etməyi tövsiyə edib. Ceyhun Bayramov “Türk dünyası muzeylərinin həftəsi” proqramının ölkələrimizin dostluq əlaqələrinin möhkəmlənməsinə və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə öz töhfəsini verəcəyinə də inamını ifadə edib. Tədbirdə həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Özbəkistan Respublikasının Azərbaycandakı səfiri Baxrom Aşrafxanov, Macarıstan Respublikasının Azərbaycandakı səfiri Viktor Szederkenyin, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova salamlama nitqi ilə çıxış ediblər. Sonra layihədə iştirak edən Qazaxıstan Milli Muzeyi, Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyi, Türkiyə Respublikası Troya Muzeyi, Özbəkistan Dövlət Tarix Muzeyi, Macarıstanın Milli Muzeyinin direktorları çıxış edərək birgə əməkdaşlığın müsbət təsirlərini qeyd ediblər. Daha sonra isə Azərbaycan Milli Xalça Muzeyinə virtual tur keçirilib. COVİD-19 pandemiyası ilə əlaqədar virtual təşkil olunan ekskursiyaların keçirilməsində əsas məqsəd məktəbliləri dünya muzeylərinin kolleksiya fondu ilə tanış etmək, şagirdlərə ölkələrin qədim tarixi, milli-mənəvi dəyərləri barədə daha ətraflı məlumat verməkdən ibarətdir. Layihə çərçivəsində mayın 18-dən başlayaraq 24-dək hər gün Türk dövlətlərinin aparıcı muzeylərindən biri uşaq və gənclər üçün onlayn təqdimat, virtual ekskursiya təşkil edəcək. Belə ki, proqrama əsasən, mayın 18-də Azərbaycan Milli Xalça Muzeyi, 19-da Qazaxıstan Milli Muzeyi, 20-də Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyi, 21-də Türkiyənin Troya Muzeyi, 22-də Özbəkistan Dövlət Tarix Muzeyi və 23-də Macarıstan Milli Muzeyi öz eksponatlarını onlayn formatda təqdim edəcəklər. Proqram ayın 24-də Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin gənc bələdçiləri tərəfindən muzeylərə onlayn ekskursiyaların təqdimatları ilə yekunlaşacaq. Virtual eksursiyalara məktəblilərin və Bakı şəhəri ilə yanaşı respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin qoşulması nəzərdə tutulub. Qeyd edək ki, 18 may tarixi dünyanın 150-dən çox ölkəsində Beynəlxalq Muzeylər Günü (International Museum Day) kimi qeyd olunur. Bununla əlaqədar 2015-ci ildən başlayaraq Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşəbbüsü ilə keçirilən "Məktəblilər üçün muzey həftəsi" layihəsinə start verilib və onun əsasında yeni interaktiv təhsil proqramı yaradılıb. Proqram çərçivəsində hər il mayın 12-dən 18-dək və ya mayın 18-dən 24-dək bir həftə ərzində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeyləri əhatə etməklə "Muzey həftəsi" keçirilir. Bu tədbirin uğurla həyata keçirilməsində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu yaxından iştirak edib. Beş il ərzində maarifləndirici “Muzeylər həftəsi” proqramı çərçivəsində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeylərə 75 mindən çox şagirdin ekskursiyası təşkil edilib.
19/05/2020 10:27
Daimiləşmə ilə bağlı onlayn müsahibələrdə iştirak etməyənlərin nəzərinə
Müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibələrdə iştirakını təsdiq etməyən namizədlər üçün yenidən şans yaradılır. Belə ki, həmin namizədlər şəxsi səhifələrində yerləşdirilmiş təlimatla tanış olaraq 19 may saat 18:00-dək müsahibədə iştirakını təsdiq edə bilər. Qeyd edək ki, mayın 20-də dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibələr yekunlaşacaq. On gündür davam edən müsahibələrdə 1000-ə yaxın namizəd iştirak edib. Mayın 4-dən start verilən müsahibələrdə ilkin olaraq Bakı şəhərinin ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlər iştirak edib. Mayın 7-dən etibarən isə digər şəhər və rayonlar üzrə ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə çalışan müəllimlər onlayn müsahibələrə qoşulub.
18/05/2020 15:00
"Dərs vaxtı"nın 19 may cədvəli
“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 19-u üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
18/05/2020 14:45
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı