• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yerdəyişmə müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb

İyunun 5-də Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb. Müsabiqədə iştirak etmək üçün 10068 namizəd elektron qeydiyyatdan keçib, onlardan 6871 nəfəri elektron ərizəsini təsdiq edib. Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. İyun ayı ərzində elektron yerləşdirmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

"Dərs vaxtı"nın 8 iyun cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin iyunun 8-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Peşə təhsili üzrə teledərslərin 8 iyun  cədvəli

"Mədəniyyət" telekanalında yayımlanan peşə təhsili üzrə teledərslərin 8 iyun  tarixi üçün cədvəlini diqqətinizə çatdırırıq. Hər həftənin I və V günləri saat 16:15-də peşə təhsili üzrə "Dərs vaxtı" proqramını izləməyi unutmayın. "Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Yerdəyişmə müsabiqəsinə elektron qeydiyyatın son tarixi 

İyunun 5-də Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatır. Müsabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək www.miq.edu.az/yerdeyishme linki vasitəsilə qeydiyyatdan keçməlidirlər.  Qeyd olunan tarixədək elektron ərizəsini təsdiqləmiş namizədlər elektron yerləşdirmədə iştirak edə biləcəklər.

"Alternativ enerji mənbələri və bu sahədə karyera imkanları" mövzusunda vebinar

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və "Helind" şirkətinin təşəbbüsü ilə mərkəzin təhsilalanları üçün “Alternativ enerji mənbələri və bu sahədə karyera imkanları” mövzusunda maarifləndirici vebinar keçirilib. Vebinarın təşkilində əsas məqsəd xüsusi karantin rejimi dövründə avtomatika və elektrotexnika ixtisasları üzrə təhsilalanlar üçün alternativ enerji mənbəyi sahəsində istifadə olunan texnologiya və cihazlar haqqında müzakirələrin təşkilidir. Alternativ enerji mənbələri mövzusunda baş tutan vebinarda təşkilatçılar enerji mənbələrinin istehsalında istifadə olunan texnologiyalar barədə təqdimatlarla çıxış ediblər. Vebinarda "Helind" şirkətinin İcraçı direktoru Tamerlan Quliyev bildirib ki, hazırda ənənəvi enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsinin qarşısının alınması dünyada alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunan enerjinin həcminin artırılmasını zəruri edir. Bu istiqamət üzrə görülən işlərin genişlənməsi səbəbindən bir sıra ixtisaslı kadrlara ehtiyac yaranır. Bununla yanaşı, mərkəzin təhsilalanları üçün gələcək karyera seçimi ilə bağlı tövsiyyələr də bölüşülüb. Vebinar ərzində iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılıb. Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən şirkətlərlə birgə digər sahələr üzrə də vebinarların təşkili nəzərdə tutulur.

VII "Virtual əlaçı" bilik yarışmasının nəticələri

VII "Virtual əlaçı" bilik yarışmasının nəticələri elan olunub. VII həftənin əlaçılarını diqqətinizə çatdırırıq. Qeyd edək ki, yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.

“Pəncərəmdən açılan mənzərə” beynəlxalq fotomüsabiqə yekunlaşıb

İyunun 5-də məktəbdənkənar fəaliyyət üzrə “Pəncərəmdən açılan mənzərə” onlayn beynəlxalq uşaq fotomüsabiqəsi başa çatıb.  Müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 15 may-5 iyun tarixlərində keçirilib. COVID-19 pandemiyası ilə əlaqədar onlayn platformada təşkil edilən festivalın əsas məqsədi uşaqların evdə qaldıqları müddətdə asudə vaxtlarının səmərəli və faydalı təşkili, ev şəraitində yaradıcılıq potensiallarının inkişaf etdirilməsi, uşaqlarda foto sənətinə marağın artırılması, bu sahədə istedadlı uşaqların aşkara çıxarılması və dünya uşaqları arasında dostluq əlaqələrinin qurulmasından ibarət olub. "Pəncərəmdən açılan mənzərə”, “Adidə qeyri-adilik” və “Sevdiklərim” nominasiyaları üzrə keçirilən fotomüsabiqədə Azərbaycan və digər ölkələrdən olan məktəblilər iştirak ediblər.  Belə ki, onlayn beynəlxalq fotomüsabiqəyə Türkiyə, Amerika, İngiltərə, Rusiya, Almaniya, İsveç, BƏƏ, Kanada, Çin, Bolqarıstan, Qətər, Belarus, Qırğızıstan və Azərbaycandan 200-dən çox iştirakçı 450-ə yaxın fotoşəkil təqdim edib. Müsabiqənin münsiflər heyətinin tərkibində Azərbaycan Fotoqraflar Birliyinin üzvü Yevgeniya Nəcəfova, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin fotomüxbiri Rüstəm İsmayılov, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Qurbanova, rəssam-dizayner Könül Orucova təmsil olunub. Münsiflər heyəti tərəfindən hər nominasiyada 3 yaş qrupu üzrə onlayn platformada qiymətləndirmə aparılaraq 225 iş seçilib. Seçilmiş işlər üzrə 108 iştirakçı I, II, III və həvəsləndirici yerlərə layiq görülüb. Fotomüsabiqənin qalibləri diplomlarla, digər iştirakçılar isə təşəkkürnamələrlə təltif olunublar.

Respublika fənn olimpiadalarının final turunun ilk mərhələsi

İyunun 5-də Respublika fənn olimpiadalarının riyaziyyat və fizika fənləri üzrə final turu keçirilib.  Final turu Bakı, Şirvan, Mingəçevir şəhərləri, Quba rayonu  və Naxçıvan Muxtar Respublikası olmaqla 6 müxtəlif mərkəzdə təşkil edilib. Hər bir fənn üzrə 72 şagirdin iştirak etdiyi final turunda şagirdlərə 5 tapşırıq təqdim edilib və həlli üçün 4 saat vaxt verilib.  Olimpiadanın keçirildiyi mərkəzlərdə iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə koronavirusa qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilib, dezinfeksiya işləri aparılıb. Məktəblilərin əvvəlcə hərarətləri yoxlanılıb, daha sonra olimpiadada iştirakına icazə verilib.  Respublika fənn olimpiadalarının respublika mərhələsi aşağı və yuxarı olmaqla iki müxtəlif yaş qrupları üzrə aparılır. Qeyd edək ki, Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.

VIII "Virtual əlaçı" bilik yarışmasına start verilir

İyunun 5-dən etibarən VIII "Virtual əlaçı" bilik yarışmasına start verilir. Yarışmada iştirak etmək üçün "Virtual məktəb" portalında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez və düzgün cavab vermiş ilk 10 şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək. Qeyd edək ki, yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb

Təhsil naziri Ceyhun Bayramov Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması barədə əmr imzalayıb. Əmrə əsasən, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva  Şuranın sədri təyin edilib. Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini Fərzəli Qədirov, Təhsil nazirinin müşaviri Elnur Məmmədov, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil İnstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Murad Camalzadə, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov Şuranın üzvləri seçiliblər.    Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı