SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Respublika fənn olimpiadalarının final turunun ilk mərhələsi
İyunun 5-də Respublika fənn olimpiadalarının riyaziyyat və fizika fənləri üzrə final turu keçirilib.
Final turu Bakı, Şirvan, Mingəçevir şəhərləri, Quba rayonu və Naxçıvan Muxtar Respublikası olmaqla 6 müxtəlif mərkəzdə təşkil edilib.
Hər bir fənn üzrə 72 şagirdin iştirak etdiyi final turunda şagirdlərə 5 tapşırıq təqdim edilib və həlli üçün 4 saat vaxt verilib.
Olimpiadanın keçirildiyi mərkəzlərdə iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə koronavirusa qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilib, dezinfeksiya işləri aparılıb. Məktəblilərin əvvəlcə hərarətləri yoxlanılıb, daha sonra olimpiadada iştirakına icazə verilib.
Respublika fənn olimpiadalarının respublika mərhələsi aşağı və yuxarı olmaqla iki müxtəlif yaş qrupları üzrə aparılır.
Qeyd edək ki, Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.
5 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl