• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Biz planetin uşaqlarıyıq" beynəlxalq rəsm müsabiqəsi yekunlaşdırılıb

İyunun 10-da məktəbdənkənar fəaliyyət üzrə “Biz planetin uşaqlarıyıq” onlayn beynəlxalq rəsm müsabiqəsi başa çatıb. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 20 may-10 iyun tarixlərində keçirilib. Mövcud COVID-19 pandemiyası ilə əlaqədar onlayn formada təşkil edilən müsabiqənin keçirilməsində əsas məqsəd karantin müddəti ərzində digər dövlətlərlə qarşılıqlı təcrübə mübadiləsini təmin etmək, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması, onların yaradıcılıq qabiliyyətlərinin inkişafı, həmçinin istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir. Müsabiqəyə respublikanın regionları və Bakı şəhərində fəaliyyət göstərən 50 uşaq-gənclər inkişaf mərkəzinin dərnək üzvləri ilə yanaşı ABŞ, Polşa, Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan və Belarus məktəbliləri də qatılıb. 2 mərhələ və 3 yaş qrupu (6-9, 10-13 və 14-18) üzrə keçirilən müsabiqəyə ümumilikdə 2000 nəfərdən artıq iştirakçı tərəfindən 2350 rəsm işi təqdim edilib. Təqdim edilən rəsmlərin işləmə texnikası sərbəst olub. İyunun 9-da müsabiqənin Təşkilat Komitəsi tərəfindən seçilən münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə işlər qiymətləndirilərək qaliblər müəyyən olunub.  Qaliblər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif edilib.

"Dərs vaxtı"nın 10 iyun cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin iyunun 10-u üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

“Sağlam təhsil-sağlam millət” layihəsi növbəti tədris ilində də davam etdiriləcək

Təhsil naziri Ceyhun Bayramov 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin davamlılığının təmin edilməsi məqsədilə əmr imzalayıb.  Əmrə əsasən, növbəti tədris ilində 34 ümumi təhsil müəssisəsinin 49 birinci sinfinə layihə çərçivəsində qəbul həyata keçiriləcək. Sağlam təhsil texnologiyaları tətbiq edilən bütün ümumi təhsil müəssisələrində  məktəbəhazırlıq qrupları təşkil ediləcək və bu qruplara da qəbul aparılacaq. Həmçinin sağlam təhsil texnologiyalarının tətbiq olunduğu birinci siniflərin müəllimlərinin təlim məşğələlərinə və digər maarifləndirmə tədbirlərinə cəlbi, bu texnologiyaların mahiyyəti, məqsəd və vəzifələri ilə bağlı valideynlərlə davamlı maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur. Qeyd edək ki, 2014-2015-ci ilin tədris ilindən etibarən Bakı və Sumqayıt şəhərlərinin 6 tam orta məktəbinin 15 birinci sinfində təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədilə “Sağlam təhsil–sağlam millət” layihəsinin tətbiqinə başlanılıb. Hazırda 39 məktəbin 183 ibtidai sinfi “Sağlam təhsil” texnologiyaları əsasında təmir və təchiz edilib. Layihənin tətbiq olunduğu  məktəblərdə aparılan tibbi, psixoloji, sosioloji, pedaqoji monitorinqlərin nəticələri göstərib ki, sağlam təhsil texnologiyaları təhsil alanların fiziki-psixi inkişafına, təlim nailiyyətlərinin yüksəldilməsinə, emosional-psixoloji vəziyyətinin yaxşılaşmasına səmərəli şərait yaradır.

Respublika fənn olimpiadalarının növbəti final turu keçirilib

İyunun 9-da Respublika fənn olimpiadalarının Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya, kimya və biologiya fənləri üzrə final turu keçirilib.  Final turu Bakı, Mingəçevir, Qəbələ, Şirvan, Biləsuvar, Xaçmaz və Naxçıvan Muxtar Respublikası olmaqla 8 müxtəlif mərkəzdə təşkil edilib. Ümumilikdə 372 şagirdin iştirak etdiyi final turunda iştirakçılara kimya fənni üzrə tapşırıqların həlli üçün 4, digər fənlər üzrə isə 3 saat vaxt verilib.  Olimpiadanın keçirildiyi mərkəzlərdə iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə koronavirusa qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilib, dezinfeksiya işləri aparılıb. Olimpiadanın nəticələrinin ən qısa zamanda elan edilməsi nəzərdə tutulur. Şagirdlər onlara əvvəlcədən təqdim edilən kod və şifrə vasitəsilə olimpiada.edu.az saytına daxil olaraq öz nəticələri ilə tanış ola biləcəklər. Qeyd edək ki, Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.

Sosial baxımdan həssas əhali qrupuna aid olan tələbələrə yeni xəbər

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  http://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərinin qəbulu davam edir. Proses iyunun 10-da yekunlaşacaq. İyunun 8-dən etibarən tələbələrin şəxsi elektron kabinetlərinə müraciətlərin nəticələri barədə ilkin məlumat yerləşdirilir və bu barədə namizədlərə SMS bildirişləri göndərilir. Eyni zamanda Təhsil Nazirliyinin bütün ali və orta ixtisas təhsili müəssisələrinə verdiyi tapşırığa əsasən, e-telebe.edu.az portalında müraciətləri təsdiqlənmiş və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi barədə yekun qərar qəbul olunanadək onların yaz imtahan sessiyasına buraxılması tam təmin edilir. Bu günədək elektron portalda bakalavriat səviyyəsində təhsil alan 18 252 nəfər, magistratura səviyyəsində təhsil alan 1061 nəfər, ümumi orta təhsil bazasından orta ixtisas təhsili alan 2547 nəfər, tam orta təhsil bazasından orta ixtisas təhsili alan 1939 nəfər və peşə təhsili pilləsində təhsil alan 424 nəfər öz ərizələrini təsdiq edib. Eyni zamanda portala inteqrasiya olunmuş dövlət informasiya sistemlərinin məlumatına əsasən, qeyd edilən kateqoriyalara aid olan tələbələrin bir qismi http://e-telebe.edu.az vasitəsilə bu günədək rəsmi müraciət etməyib və onların bu imkandan yararlanması tövsiyə edilir.  

İctimai Şuranın iclasında müəllimlərin işə qəbulu müzakirə edilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı məsələlərin müzakirə edilməsinə dair onlayn iclası keçirilib. İclasda Şuranın məsul katibi İlqar Orucov cari ilin iyul-avqust aylarında keçirilməsi planlaşdırılan müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı müzakirələrin təşkilinin əhəmiyyətini, bununla bağlı maraqlı tərəfləri narahat edən suallar, müxtəlif fikir, rəy və təkliflərin olduğunu iştirakçıların diqqətinə çatdırıb. Həmçinin bu məqsədlə İctimai Şuranın sosial media hesabından müvafiq mövzuya dair təşkil edilən müzakirələr zamanı daxil olan fikirlərə də münasibət bildirilməsi məsələsinə toxunulub. İclasda iştirak edən Təhsil nazirinin müşaviri Elnur Məmmədov və nazirliyin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov məlumat verərək bildiriblər ki, müəllimlərin işə qəbulu müsabiqəsinin mərkəzləşdirilmiş şəkildə keçirilməsi vakant yerlərin sağlam rəqabət əsasında və  peşəkar kadrlar tərəfindən tutulmasını təmin edir. Müsabiqə zamanı nəzərdə tutulan stimullaşdırıcı tədbirlər isə ucqar bölgələrdə kadr çatışmazlığı probleminin həllinə ciddi töhfə verir. Son illər müəllimlərin işə qəbulu qaydalarında obyektivlik baxımından əhəmiyyətli dəyişikliklər edilib. Belə ki, müddətli müqavilə ilə işə qəbulun mərkəzləşmiş qaydada həyata keçirilməsi, elektron yerləşdirmələr başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlərin,  ilk növbədə, həmin rayon üzrə qeydiyyatda olan namizədlərə təklif olunması, tutduqları vakansiyadan imtina edən namizədlərin müsabiqənin növbəti turlarına buraxılmaması (namizədlərin vakant yerlərin seçimində daha məsuliyyətli olması baxımından), müsabiqənin test imtahanı mərhələsində məntiqə aid sualların çıxarılması dəyişikliklərin əsas tərkib hissəsidir. Qeyd olunub ki, ölkədə mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, cari ildə müsabiqə iştirakçılarının sağlamlığının qorunması məqsədilə müsabiqənin zəruri tədbirlər görülməklə (temperaturun yoxlanılması, vətəndaşlar arasında sosial məsafənin qorunması, seanslar arası dezinfeksiya işlərinin aparılması və s.) daha  geniş məkanda və ya yerlərdə keçirilməsi ilə bağlı müzakirələr aparılır. Şuranın sədri Şahlar Əsgərov, sədr müavini Nadir İsrafilov, şura üzvlərindən Milli Məclisin deputatı Etibar Əliyev, Asif Cahangirov, Ülviyyə Mikayılova, Mayis Əliyev, Mirzə Cəfərzadə çıxış edərək mövzu ilə bağlı münasibətlərini ifadə ediblər. Şura üzvləri qeyd olunan məsələ ilə bağlı İctimai Şuraya çoxsaylı sualların daxil olduğunu diqqətə çatdırıblar. Müzakirə zamanı Şura üzvlərinin bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə, o cümlədən, müsahibə mərhələsinə nəzarət etmələrinin təmin olunması, imtahanların bir neçə məkanda keçirilməsi imkanının araşdırılması, imtahanla bağlı tədris metodikası və təlim strategiyalarına aid vahid vəsaitin hazırlanmasına başlanılması, yerlərdə olan bütün vakansiyaların nazirliyə təqdim edilməsinə nəzarətin gücləndirilməsi, orta ixtisas təhsilli müəllimlərə tam orta təhsil səviyyəsində dərs demək hüququnun verilməsi və bir sıra digər məsələlərə dair təkliflər səsləndirilib, nazirlik tərəfindən müvafiq qərarların qəbul olunması istiqamətində tədbirlərin görülməsi tövsiyə olunub.

Nazir imtahanlarla bağlı rektorlarla videogörüş keçirib

İyunun 8-də Təhsil naziri Ceyhun Bayramov ali təhsil müəssisələrinin rəhbərləri ilə yaz imtahan sessiyasının başlanması ilə bağlı videogörüş keçirib. Videogörüşdə Ceyhun Bayramov qeyd edib ki, yaz imtahan sessiyası Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli 179 nömrəli Qərarında, eləcə də Təhsil Nazirliyinin müvafiq əmr və təlimati məktublarında göstərilən şərt və tələblərə riayət olunmaqla təşkil edilir. Belə ki, COVID-19 pandemiyası ilə əlaqədar imtahanların texniki vasitələrdən istifadə olunmaqla onlayn rejimdə keçirilməsinə üstünlük verilir, eyni zamanda canlı imtahan sessiyası və ixtisaslar üzrə yekun dövlət attestasiyasının təşkili zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə ciddi riayət olunması təmin edilir. Qeyd edilib ki, təhsil müəssisələrində imtahan qərargahları yaradılıb və imtahan sessiyası müddətində tələbələrdən daxil olan şikayətlərin operativ araşdırılması,  onların yerində həll edilməsi təmin edilir. Yaz imtahan sessiyasında iştirak etməyə hazır olmayan tələbələr üçün isə avqust-sentyabr aylarında ödənişsiz şəkildə icmal mühazirələrin təşkili və sentyabrın 15-dək bu tələbələr üçün yenidən imtahanlarda iştirak etmək imkanının yaradılması tapşırılıb. Nazir həmçinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin bu il dövlət tərəfindən ödənilməsi ilə bağlı daxil olan müraciətlərin baxılmasının ilkin nəticələrinin bu həftədən etibarən açıqlanması barədə məlumat verib, məsələnin ali təhsil müəssisələrinin rəhbərləri tərəfindən nəzarətdə saxlanmasını tapşırıb. Bildirilib ki, ali təhsil müəssisələri imtahan sessiyasının gedişatı barədə ictimaiyyəti müntəzəm olaraq məlumatlandırmalı və tələbələrlə kommunikasiya işinin səmərəliliyini artırmalıdır.

Yaz imtahan sessiyası başladı

İyunun 8-də ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr üçün yaz imtahan sessiyasına start verilib.  İmtahanlar COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn şəkildə təşkil olunub. Cari imtahan sessiyasında akademik borcu yaranan tələbəyə hər bir fənn üzrə bir dəfə olmaqla təkrar imtahanda iştirak hüququ yaradılacaq.  Eləcə də, tələbə akademik borcu əvvəlki semestrlərdə yaranmış maksimum iki fənn üzrə ( hər fəndən bir dəfə olmaqla) də təkrar imtahanda iştirak edə biləcək. Təkrar imtahan üçün ödəniş tələb olunmur. Yaz imtahan sessiyasına özünü hazır hiss etməyən tələbələr iştirakdan imtina edə bilərlər.  Bu tələbələr üçün avqust-sentyabr aylarında ödənişsiz şəkildə icmal mühazirələr təşkil olunacaq (bunun üçün tələbələr təhsil aldıqları təhsil müəssisəsinə müraciət etməlidir).Tələbə təhsil aldığı təhsil müəssisəsinə müraciət edərək, təşkil olunan 4 həftəlik məsləhət saatlarına qatıla bilər. Məsləhət saatlarında əsas mövzular üzrə istiqamətlər veriləcək. Avqustun sonundan sentyabrın 15-dək bu tələbələr üçün yenidən imtahanda iştirak şansı yaradılacaq.  Həmçinin, buraxılış ilində tədris alan 40 mindən artıq tələbə dövlət imtahanından azad edilib (əvvəlki akademik göstəriciləri əsas götürülməklə). Qeyd edək ki, bu yaz imtahan sessiyasının ədalətli və mövcud şəraitin hamı üçün yaratdığı çətinlikləri nəzərə almaqla keçirilməsinə, şikayətlərin operativ şəkildə baxılıb həll edilməsinə Təhsil Nazirliyi bilavasitə nəzarət edəcək.   İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

"Dərs vaxtı"nın 9 iyun cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin iyunun 9-u üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

“BİR” tələbə-könüllülərin pandemiya birliyi

Ölkə Prezidenti cənab İlham Əliyevin pandemiya dövründə vətəndaşlara dəstək üçün könüllülərə etdiyi çağırışa cavab olaraq, Təhsil Nazirliyinin “Bir” tələbə-könüllüləri də “Biz birlikdə güclüyük” şüarı altında birləşərək sosial aksiya, kampaniya, layihələrə dəstək verməklə birlik nümayiş etdiriblər. Pandemiya dövründə 35 şəhər və rayonda yerləşən 24 ali və 12 orta ixtisas təhsili müəssisəsini təmsil edən 400-dən çox tələbə-könüllü “Böyüklərimizi qoruyaq”, “Könüllü qonşu”, “Könüllü donor”, “Bir-birimizi qoruyaq!” sosial aksiyalar və vətəndaşların maarifləndirilməsi, sosial xidmətlərin göstərilməsi, ehtiyacların ödənilməsi istiqamətində keçirilən layihələrdə 4500-dən artıq könüllülük saatı dəstək veriblər. Tələbə-könüllülərin dəstəyi ilə ölkəmizin müxtəlif şəhərlərində yaşayan aztəminatlı ailələrə xeyirxah sahibkarların təşkilatçılığı ilə 4000-dən çox ərzaq payı, ölkə daxilindəki tibb müəssisələrinə 2000-dən çox vətəndaşın tələbatının ödənilməsi üçün zəruri dərmanlar, DİN-nin A.N. Heydərov adına Respublika Hospitalı və Mərkəzi Gömrük Hospitalına COVID-19 pandemiyasından qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə 800 ədəd "üz sipər"ləri çatdırılıb. Tələbə-könüllülərin təşəbbüsü ilə koronavirus pandemiyası dövründə çalışan insanlara həsr olunan “Görünən və görünməyən qəhrəmanlara #birteshekkur” onlayn fləşmobu, insanlarda ruh yüksəkliyi yaratmağı əsas götürən “#hərşeyyaxşıolacaq #yenidən” aksiyası həyata keçirilib. Aksiyalara ümumilikdə 1000-dən çox insan qoşulub, 25 mindən çox bəyənmə, 40 mindən çox baxış sayı əldə edilib. Pandemiya dövründə dəstək verilən layihələrdə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Azərmaş” ASC ilə əməkdaşlıq olunub. Həmçinin, koronavirus pandemiyası dövründə həyata keçirilən tədbirlərə töhfə vermək məqsədi ilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib. Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı da bu Mərkəzin təsisçilərindən biridir. Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı milli tələbə-könüllü platforması kimi 23 000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 550-dən çox yerli, eləcə də beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı