• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Pəncərəmdən açılan mənzərə” beynəlxalq fotomüsabiqə yekunlaşıb

İyunun 5-də məktəbdənkənar fəaliyyət üzrə “Pəncərəmdən açılan mənzərə” onlayn beynəlxalq uşaq fotomüsabiqəsi başa çatıb.  Müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 15 may-5 iyun tarixlərində keçirilib.

COVID-19 pandemiyası ilə əlaqədar onlayn platformada təşkil edilən festivalın əsas məqsədi uşaqların evdə qaldıqları müddətdə asudə vaxtlarının səmərəli və faydalı təşkili, ev şəraitində yaradıcılıq potensiallarının inkişaf etdirilməsi, uşaqlarda foto sənətinə marağın artırılması, bu sahədə istedadlı uşaqların aşkara çıxarılması və dünya uşaqları arasında dostluq əlaqələrinin qurulmasından ibarət olub.

"Pəncərəmdən açılan mənzərə”, “Adidə qeyri-adilik” və “Sevdiklərim” nominasiyaları üzrə keçirilən fotomüsabiqədə Azərbaycan və digər ölkələrdən olan məktəblilər iştirak ediblər.  Belə ki, onlayn beynəlxalq fotomüsabiqəyə Türkiyə, Amerika, İngiltərə, Rusiya, Almaniya, İsveç, BƏƏ, Kanada, Çin, Bolqarıstan, Qətər, Belarus, Qırğızıstan və Azərbaycandan 200-dən çox iştirakçı 450-ə yaxın fotoşəkil təqdim edib.

Müsabiqənin münsiflər heyətinin tərkibində Azərbaycan Fotoqraflar Birliyinin üzvü Yevgeniya Nəcəfova, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin fotomüxbiri Rüstəm İsmayılov, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Qurbanova, rəssam-dizayner Könül Orucova təmsil olunub. Münsiflər heyəti tərəfindən hər nominasiyada 3 yaş qrupu üzrə onlayn platformada qiymətləndirmə aparılaraq 225 iş seçilib. Seçilmiş işlər üzrə 108 iştirakçı I, II, III və həvəsləndirici yerlərə layiq görülüb.

Fotomüsabiqənin qalibləri diplomlarla, digər iştirakçılar isə təşəkkürnamələrlə təltif olunublar.


5 il əvvəl