• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

I sinfə şagird qəbulu sabah yekunlaşır

Sentyabrın 15-də 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu prosesi başa çatır.   Birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) sabah saat 18:00-da bağlanacaq.   Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.

Sumqayıt, Gəncə və Kürdəmirdə təhsil işçilərinin sentyabr konfransları

Sentyabrın 14-də Sumqayıt, Gəncə və Kürdəmirdə təhsil işçilərinin sentyabr konfransları keçirilib.   Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında keçirilən Sumqayıt şəhər, Xızı, Abşeron, Şuşa, Qubadlı və Zəngilan rayon təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədov, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.   Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.   Konfransı giriş nitqi ilə açan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədov konfransın işinə uğurlar arzulayıb.   Daha sonra nazirliyin Aparat rəhbərinin müavini Fərzəli Qədirov konfransda iştirak edən şəhər və rayonlar üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib. Hər bir rayon və şəhər üzrə əldə edilən nailiyyətlər tədbir iştirakçılarının nəzərinə çatdırılıb.   Daha sonra çıxış edən məktəb direktorları ötən tədris ili üzrə əldə olunan uğurlar haqda məlumat veriblər.   Konfrans müzakirələrlə davam etdirilib, təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.      ***   Sentyabrın 14-də Gəncə və Naftalan şəhərlərinin, Göygöl, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarının təhsil işçilərinin sentyabr konfransı keçirilib.   Konfransda Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşı  Azər İbrahimov, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.   Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.   Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri Eşqi Bağırov 2020-2021-ci tədris ilinin pedaqoji fəaliyyətini əks etdirən hesabatla çıxış edib. Eşqi Bağırov ümumi təhsilin prioritet istiqamətlərini diqqətə çatdırıb, sertifikasiya, ümumi təhsilin təşkili, idarə olunması və digər məsələlər barədə məlumat verib. Eşqi Bağırov yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub, təhsil işçilərinə uğurlar arzulayıb.   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov ümumtəhsil məktəblərində təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, keyfiyyətin artırılması üsul və formaları, məktəblərdə tərbiyə işinin təşkili, fəaliyyətin səmərəliliyinin artırılması, təmayülləşmə və digər məsələlər barədə çıxış edib. Mövzu ətrafında təhsil işçilərinin suallarını cavablandırıb.   Konfransın sonunda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib və konfransın qərar layihəsi hazırlanıb.   ***   Sentyabrın 14-də Kürdəmir rayonu 1 nömrəli tam orta məktəbdə Kürdəmir, Ucar, Zərdab və Göyçay rayonlarının təhsil işçilərinin sentyabr konfransı keçirilib.   Konfransda Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının vəzifəsini müvəqqəti icra edən Ağali Kərimli, Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, qeyd edilən rayon təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.   Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.   Konfransda Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayevin adıçəkilən rayonların ötən tədris ili üzrə fəaliyyəti barədə, Biləsuvar liseyinin icraçı direktoru Bəhruz Mehdiyevin məktəb idarəetməsinin prioritetləri barədə çıxışları dinlənilib.   Konfrans müzakirələrlə davam etdirilib, təhsil içilərini maraqlandıran suallar cavablandırılıb.  

Əlavə ixtisas seçimində uğur qazanmış və 11 illikdən kolleclərə qəbul olunmuş abituriyentlərin elektron qeydiyyatına start verilir

Sentyabrın 14-dən ali təhsilin bakalavriat səviyyəsi üzrə əlavə ixtisas seçimində uğur qazanmış və 11 illik bazadan orta ixtisas təhsili pilləsinə qəbul olunmuş abituriyentlərin təhsil müəssisələrinə elektron qeydiyyatına start verilir.   Müraciət üçün portal.edu.az platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, ödənişli əsaslarla qəbul olan abituriyentlərin təhsil haqqı güzəşti üçün məlumatlarının təqdim edilməsi və təhsil haqqının ödənilməsi mümkün olur.   Portalda ödəniş addımı yalnız müəssisə təqdim edilmiş sənədləri yoxlayıb “ödəniş edilməlidir” statusu təyin etdikdən sonra görünür. Daha tez ödəniş etmək istəyən abituriyentlər gpp.az, xidmətindən istifadə etdiyi bankdakı şəxsi kabinetindən və ya banka yaxınlaşaraq ödəniş edə bilərlər.   Təhsil müəssisələrinə elektron qeydiyyat üçün son tarixlər: 9 illik bazadan kolleclərə qəbul olunan abituriyentlər üçün 22 sentyabr saat 23:59; 11 illik bazadan kolleclərə qəbul olunan abituriyentlər üçün 24 sentyabr 23.59; Bakalavriat səviyyəsinə ixtisas seçimində uğur qazanmış abituriyentlər üçün 19 sentyabr 23.59; Bakalavriat səviyyəsinə əlavə ixtisas seçimində uğur qazanmış abituriyentlər üçün 20 sentyabr 23.59. Qeyd edək ki, müəyyən olunmuş müddətdən sonra müraciətlərin göndərilməsi mümkün olmayacaq və qeydiyyatdan keçməyən abituriyentlərin qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

“Rəqəmsal bacarıqlar” – 2021/2022-ci tədris ili

2021-2022-ci tədris ilində "Rəqəmsal bacarıqlar" layihəsi ölkəmizin 16 şəhər və rayonunu əhatə edəcək.   Layihəyə Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Şamaxı, Lənkəran, Biləsuvar, Mingəçevir, Xaçmaz, Yevlax, Sabirabad, Salyan, Şəmkir, Göyçay, Şabran şəhər və rayonları üzrə 250 məktəbdə tədris alan 190 min şagirdin cəlb olunacağı gözlənilir. Həmçinin layihə üzrə tədris prosesində 1500-dən çox müəllim heyəti iştirak edəcək.  Qeyd edək ki, 2017-2018-ci tədris ilindən etibarən təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli və məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etmək məqsədilə ümumtəhsil məktəblərində “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqinə başlanılıb. 

Təhsil müəssisələrində yeni tədris ilinə hazırlıq vəziyyəti müzakirə edilib

Ümumi, məktəbdənkənar və orta ixtisas təhsili müəssisələrində mövcud vəziyyət, yeni tədris ilinə hazırlıq və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn müşavirələr keçirilib.    Təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə keçirilən müşavirələrdə rayon (şəhər) təhsil şöbə (idarə) müdirləri, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin, uşaq-gənclər idman-şahmat məktəblərinin direktorları və respublika ərazisində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin direktorları da iştirak ediblər.   Müşavirələrdə çıxış edən nazir müavini Firudin Qurbanov yeni tədris ilinə hazırlıqla bağlı görüləcək işlər barədə danışıb, təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili zamanı nizam-intizam və təhlükəsizlik məsələlərinə toxunub, xüsusi karantin rejiminin qaydalarına riayət edilməsinə dair tövsiyə və tapşırıqlarını verib.   Müşavirələrdə təhsil işçilərinin vaksinasiyası prosesinə də toxunulub. Qeyd edilib ki, vaksinasiya və ya immun pasportu, vaksinə qarşı əks göstəriş sertifikatı olmayan müəllim və texniki işçilərin təhsil müəssisələrinə buraxılmasına icazə verilməyəcək. Həmçinin bildirilib ki, pandemiya şəraitində tədrisə əyani başlamaq üçün zəruri tədbirlər həyata keçirilib, təhsil müəssisələrinin yeni tədris ilinə hazırlıqları ilə bağlı sanitar-gigiyenik normalara əməl olunması ilə bağlı müvafiq iş aparılıb.   Müşavirələrdə sözügedən təhsil müəssisələrində mövcud vəziyyət, qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb, gündəlikdəki məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.   Nazir müavini Firudin Qurbanov sonda çıxış edərək 2021-2022-ci tədris ilinə hazırlıqla bağlı məsələlərin sürətləndirilməsini diqqətə çatdırıb, yeni tədris ilinin başlanmasınadək təhsil işçilərinin daha çox sayda vaksinasiya prosesinə qoşulmasının vacibliyini vurğulayıb və qarşıdan gələn yeni tədris ili münasibətilə pedaqoji kollektivlərə uğurlar arzulayıb.

Apellyasiya müsahibələrinin nəticələri elan olunub

2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri elan olunub. Müsahibələrdə iştirak etmiş namizədlərin şəxsi səhifələrinə bu barədə müvafiq məlumat göndərilib. Müsahibə mərhələsində 219 namizəd uğur qazanaraq ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə çalışmaq imkanı əldə edib.   Namizədlər 16 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Namizədlərdən sənədləri təqdim etdikdən sonra şəxsi səhifələrini yoxlayıb çıxarışın təsdiq olunduğundan əmin olmağı tələb olunur. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək.   Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri 8-9 sentyabr tarixlərində həyata keçirilib. Müsahibələr onlayn formatda təşkil olunub.

Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib. Xüsusi təhsil müəssisələrinə işə qəbul üçün müsahibələr 16-17 sentyabr tarixlərində nazirliyin tabeliyindəki S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında keçiriləcək. Müraciət edən namizədlər arasından yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla 80 namizəd seçilərək müsahibəyə dəvət edilib.    Namizədlərdən müsahibəyə gələrkən bütün zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədi, ali və ya orta ixtisas, magistratura, eləcə də yenidən hazırlanma təhsili haqqında sənədin əsli və ona əlavəni, xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnaməni) özü ilə gətirmək tələb olunur. Müsahibə zamanı qeyd olunan sənədlər, xüsusilə elektron ərizədəki "Təhsil haqqında məlumatlar" bölməsində qeyd edilən təhsil pillələrinə dair bütün sənədlər yoxlanılacaq.   Müsahibəyə dəvət olunan namizədlərin seçimi zamanı onların biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq. Müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.   Qeyd edək ki, vakansiya seçimi 7-9 sentyabr tarixlərində həyata keçirilib və seçimlərdə 2138 namizəd iştirak edib.   Bütün iştirakçılara uğurlar arzulayırıq!

Səyyar vaksinasiya məntəqələri yaradılıb

Ümumi təhsil müəssisələrində təhsil işçiləri üçün səyyar vaksinasiya məntəqələri yaradılıb. Belə ki, Təhsil Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə olaraq Bakı şəhəri üzrə 14, 56, 129, 158 və 276 nömrəli tam orta məktəblərdə təhsil işçilərinin vaksinasiyasını həyata keçirəcək.   Səyyar vaksinasiya məntəqələrinin sayının artırılmasında məqsəd təhsil işçilərinin vaksinasiya prosesinin sürətləndirilməsidir.   Qeyd edək ki, yaradılan məntəqələr pandemiya şəraitində ənənəvi tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesi üçün nəzərdə tutulub. Təhsil Nazirliyi olaraq bütün təhsil işçilərini virusdan qorunmaq üçün peyvənd olunmağa və sanitar-gigiyenik normalara əməl etməyə çağırırıq.

Uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələrindən uğurlu nəticə

4-11 sentyabr 2021-ci il tarixlərində Rusiya Federasiyasının Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin 32 idmançısı milli yığma komandanın tərkibində idmanın yeddi növündə ölkəmizi layiqincə təmsil edib.   Belə ki, sərbəst güləş, sambo, cüdo, boks, stolüstü tennis, karate, badminton idman növləri üzrə yarşılara qatılan idman məktəblərinin yetirmələrindən 3 nəfər qızıl, 8 nəfər gümüş, 15 nəfər bürünc medal qazanıb.   Qeyd edək ki, birinci MDB Oyunlarında Azərbaycan yığma komandası 13 idman növündə 127 idmançı ilə təmsil olunub.   15-i qızıl, 16-sı gümüş, 29-u bürünc olmaqla 60 medalla yarışları başa vuran yığma komandamız 9 ölkə arasında medal əyarında 4-cü, medal sayında 5-ci yeri tutub.

İcma əsaslı məktəbəqədər təhsil – 2021/2022-ci tədris ilində

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində 2021-2022-ci tədris ilində 55 rayon (şəhər) üzrə 700 məktəbdə 850 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək. Layihə təqribən 15 000 nəfər 3-4 yaşlı uşağı əhatə edəcək.   776 tərbiyəçi-müəllimin işləyəcəyi layihə regionlarda yeni iş yerlərinin yaradılması, erkən yaş dövründə təhsilin inkişafı və əlçatanlığı, eləcə də valideynlərin sosiallaşması və icma mədəniyyətinin formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı