• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələrindən uğurlu nəticə

4-11 sentyabr 2021-ci il tarixlərində Rusiya Federasiyasının Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin 32 idmançısı milli yığma komandanın tərkibində idmanın yeddi növündə ölkəmizi layiqincə təmsil edib.

 

Belə ki, sərbəst güləş, sambo, cüdo, boks, stolüstü tennis, karate, badminton idman növləri üzrə yarşılara qatılan idman məktəblərinin yetirmələrindən 3 nəfər qızıl, 8 nəfər gümüş, 15 nəfər bürünc medal qazanıb.

 

Qeyd edək ki, birinci MDB Oyunlarında Azərbaycan yığma komandası 13 idman növündə 127 idmançı ilə təmsil olunub.

 

15-i qızıl, 16-sı gümüş, 29-u bürünc olmaqla 60 medalla yarışları başa vuran yığma komandamız 9 ölkə arasında medal əyarında 4-cü, medal sayında 5-ci yeri tutub.


3 il əvvəl