SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
E.E.Əmrullayevin Azərbaycan Respublikasının Təhsil naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 27 iyul 2020-ci il.
27/07/2020 13:11
“Virtual BİR mən” layihəsi çərçivəsində “Vətənpərvərlik” mövzusunda görüş
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə keçirilən "Virtual BİR mən" adlı layihə davam edir. Layihənin əsas məqsədi tələbə-könüllülərin asudə vaxtlarının səmərəli dəyərləndirməsinə şərait yaradılması, bilik, bacarıqlar və dünyagörüşlərinin artırılması və şəxsi inkişaflarının təmin olunmasıdır. “Vətənpərvərlik” mövzusunda keçirilən növbəti onlayn görüşdə Azərbaycan ordusunun zabiti, Aprel döyüşlərinin iştirakçısı, II qrup Qarabağ əlili Əhliyət Mehdiyev və ehtiyatda olan baş gizir, II qrup Qarabağ əlili Elşən Cəbiyev iştirak edib. Görüşə 150-dən çox tələbə-könüllü qatılıb, vətənpərvərlik, qəhrəmanlarımız və tələbələrin bu istiqamətdə sosial şəbəkələrdə fəal olması barədə danışılıb, həmçinin tələbə-könüllülərin sualları cavablandırılıb. Qeyd edək ki, Təhsil Nazirliyi “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 24 000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 550-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.
27/07/2020 10:08
4-cü Avropa Fizika Olimpiadasında qazanılan uğur
20-26 iyul 2020-ci il tarixlərində fizika fənni üzrə onlayn şəkildə 4-cü Avropa Fizika Olimpiadası (EuPhO 2020) keçirilib. 57 ölkənin məktəblilərinin qatıldığı olimpiada nəzəri və praktiki hissələrdən ibarət olub. Azərbaycan məktəbliləri bu bilik yarışında 1 bürünc və 2 həvəsləndirici mükafat əldə ediblər. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11-ci sinif şagirdi Məhəmməd Yusifov bürünc medal, Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Köçəri Əsgərov və Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 10-cu sinif şagirdi Sirac Yəhyazadə həvəsləndirici mükafata layiq görülüblər.
27/07/2020 09:10
Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat başa çatıb
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb. Cari ilin 16 – 25 iyul tarixlərində miq.edu.az saytı vasitəsilə aparılan elektron sənəd qəbulu zamanı 53 880 namizəd qeydiyyatdan keçib. Onlardan 51 227 namizəd elektron ərizəsini təsdiq edib. Elektron ərizələrin yoxlanılması başa çatdıqdan sonra nəticələr namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
26/07/2020 14:33
Alternativ maliyyə resurslarının təhsil sahəsinə gətirilməsi istiqamətində görüş
21-23 iyul tarixlərində “Dövlət-özəl sektor tərəfdaşlığı təşəbbüsləri vasitəsilə təhsildə davamlı və müxtəlif maliyyə mənbələrinin yaradılmasında Təhsil Nazirliyinə dəstək” layihəsi çərçivəsində “Təhsil sahəsi üzrə dövlət-özəl sektor tərəfdaşlığı strategiyası”nın təqdimatı və “DÖST sahəsində bacarıqların artırılması” istiqamətində seminarlar təşkil edilib. Onlayn keçirilən təqdimatda müxtəlif beynəlxalq və yerli təşkilatların nümayəndələri, həmçinin Təhsil Nazirliyinin bir sıra struktur bölmələrinin əməkdaşları iştirak edib. Təqdimat zamanı ümumilikdə layihə çərçivəsində cari dövrə qədər görülmüş işlər, həmçinin strategiya barəsində görüş iştirakçılarına geniş məlumat verilib. Layihə mütəxəssisləri layihənin icra dövrü ərzində beynəlxalq təcrübə, demoqrafik inkişaf, makroiqtisadi siyasət və iqtisadi artım, Azərbaycan Respublikasının təhsil sistemi və mövcud iqtisadi konteksti daxil olmaqla hazırkı iqtisadi mühitin geniş təhlilini aparılıb, nəticədə 5 əsas ehtiyac və müvafiq olaraq strateji hədəflər müəyyənləşdirilib. Daha sonra adıçəkilən strategiyanın qarşıdakı 5 il üçün fəaliyyət planı təqdim edilib, iştirakçıların sualları cavablandırılıb. Layihə çərçivəsində benefisiar qurum qismində çıxış edən Təhsil Nazirliyinin müvafiq əməkdaşlarına “DÖST sahəsində bacarıqların artırılması” istiqamətində elektron qaydada seminarlar təşkil edilib. Qeyd edək ki, “Dövlət-özəl sektor tərəfdaşlığı təşəbbüsləri vasitəsilə təhsildə davamlı və müxtəlif maliyyə mənbələrinin yaradılmasında Təhsil Nazirliyinə dəstək” layihəsi Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə “İBF International Consulting”in rəhbərlik etdiyi konsorsium tərəfindən icra edilir.
24/07/2020 19:46
Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlanıb
Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq, 2020-2021-ci tədris ili Latviya Hökumətlərarası Təqaüd Proqramı üçün qarşı tərəfdən keçirilən müsabiqə nəticəsində 8 azərbaycanlı gənc bu ölkənin təqaüdünə layiq görülüb. Qeyd edək ki, Latviya hökumətinin bu təqaüdünü qazanan digər 27 ölkə üzrə ən çox təqaüd əldə etmiş 10 ölkə arasında Azərbaycan 8-ci yerdədir. Ölkə Ukrayna 16 Özbəkistan 11 Finlandiya 10 Almaniya 9 İsrail 9 İtaliya 9 İsveç 8 Azərbaycan 8 Qazaxıstan 5 ABŞ 4 Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində saziş üzrə Azərbaycan vətəndaşları Latviyanın “Riga Technical University”, “University of Latvia”, “Vidzeme University of Applied Sciences”, “Rīga Stradiņš University” və “Turība University” ali təhsil müəssisələrində müxtəlif ixtisaslar və təhsil səviyyələri üzrə təhsilini davam etdirmək hüququ qazanıb. Müvafiq təqaüd proqramı barədə elan cari ilin 14 fevral tarixində verilib.
23/07/2020 11:21
“Virtual BİR mən” layihəsi üzrə ilk vebinar
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə "Virtual BİR mən" adlı layihəyə start verilib. Layihənin əsas məqsədi tələbə-könüllülərin asudə vaxtının səmərəli dəyərləndirməsinə şərait yaradılması, bilik, bacarıqlarının artırılması və şəxsi inkişafının təmin olunmasıdır. “Virtual BİR mən” layihəsinin ilk vebinarı Ümumdünya Səhiyyə Təşkilatının ( World Health Organization Azerbaijan ) ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi, BMT könüllüsü Fənarə Bünyadzadənin iştirakı ilə "Beynəlxalq könüllülük" mövzusunda keçirilib. 100-dən çox tələbə-könüllünün iştirak etdiyi vebinarda könüllülülərin beynəlxalq arenada təmsilçiliyi, BMT könüllüləri haqqında məlumat verilib və tələbə-könüllülərin sualları cavablandırılıb. Onlayn layihə çərçivəsində tələbə-könüllülər üçün peşəkar təlimçi və müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə təlim, vebinar və görüşlər keçiriləcək. Qeyd edək ki, Təhsil Nazirliyi “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 24.000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 550-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.
22/07/2020 09:21
Daha bir beynəlxalq uğur
İyulun 21-də virtual olaraq keçirilən Kiber Fəza Riyaziyyat Olimpiadasının (Cyberspace Mathematical Competition) nəticələri elan olunub. Nəticələrə əsasən, Azərbaycan məktəbliləri 1 gümüş, 6 bürünc medal və 1 həvəsləndirici mükafat əldə ediblər. Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11-ci sinif şagirdi Abbas Məmmədov gümüş, həmin liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Fərid İsmayılov, 9-cu sinif şagirdi Toğrul Abbasov, Bakı şəhəri 220 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Yusif Qasımov, Bakı şəhəri 257 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Fidan Qarayeva və Humanitar Fənlər təmayüllü məktəb-liseyin 10-cu sinif şagirdi Aysun Bayramlı bürünc medal qazanıblar. Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 9-cu sinif şagirdi Amin Cəfərzadə isə həvəsləndirici mükafata layiq görülüb. Qeyd edək ki, 12-14 iyul 2020-ci il tarixlərində virtual olaraq Kiber Fəza Riyaziyyat Olimpiadası keçirilib. İki gün keçirilən olimpiadada iştirakçılara 4 məsələ təqdim edilib və onların həlli üçün 5 saat vaxt verilib. Beynəlxalq Riyaziyyat Olimpiadasında (İMO) iştirakı nəzərdə tutulan ölkələrin milli komandaları daxil olmaqla, bilik yarışına ümumilikdə 75 ölkədən 555 məktəbli qatılıb.
21/07/2020 17:10
“Azərbaycan qəhrəmanı” virtual düşərgəyə start verilib
İyulun 20-də Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan qəhrəmanı” adlı virtual düşərgəyə start verilib. COVİD-19 pandemiyası ilə əlaqədar virtual təşkil olunan düşərgənin keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti artıraraq onlarda qəhrəmanlıq hisslərini gücləndirmək, milli-mənəvi dəyərləri təbliğ etmək, dövlətçiliyimizin qorunub saxlanması, gənclərimizin mərd və cəmiyyətə yararlı vətəndaş kimi formalaşması, eyni zamanda son günlər Tovuz rayonu istiqamətində Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təzyiqi nəticəsində Vətən uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini əziz tutmaqdan ibarətdir. Düşərgənin proqramına “Ölkənin tarixi”, “İlk tibbi yardım”, “Ərazidə sağ qalmaq”, “Səmti müəyyənetmə”, “Sağlam həyat tərzi”, “Döyüş sənəti növləri”, “Şahmat”, “Məntiqi kvest”, “Proqramlaşdırma”, “Liderlik” kimi 10 fərqli istiqamət daxildir. Virtual düşərgəyə Bakı şəhəri və respublikamızın regionları ilə yanaşı dünyanın müxtəlif ölkələrində yaşayan ümumilikdə 100 nəfər 12-15 yaşlı azərbaycanlı uşaqlar qatılıb. Layihə çərçivəsində gənclərə Qarabağ müharibəsi veteranları, Avropa və dünya çempionları, respublikanın tanınmış müəllimləri də daxil olmaqla peşəkar təlimçilər tərəfindən təlimlər keçirilir. 5 gün davam edəcək düşərgəyə iyulun 25-də yekun vurulacaq.
20/07/2020 15:44
“Virtual məktəb”də rəqəmsal bacarıqların inkişafı üzrə vebinarlar davam edir
“Virtual məktəb”də rəqəmsal bacarıqların inkişafı üzrə vebinarlar davam edir. İyulun 20-də saat 16:00-da “Sənədlərin saxlanılması və redaktəsi üçün bulud xidmətləri” mövzusunda vebinar keçiriləcək. Qeyd edək ki, iyulun 6-dan etibarən “Virtual məktəb”də müəllim və şagirdlər üçün rəqəmsal bacarıqların inkişafı üzrə interaktiv vebinarlara start verilib. Vebinarların keçirilməsində məqsəd müəllimlərin tədrisdə yeni alətlərin tətbiqi ilə bağlı biliklərini genişləndirmək və şagirdlərdə alqoritmik düşüncə, proqramlaşdırma, kodlaşdırma kimi İKT bacarıqlarının formalaşdırılmasına dəstək göstərməkdir. Hər həftə könüllü və ödənişsiz formada təşkil olunan vebinarlar barədə ətraflı məlumat “Virtual məktəb”in ümumi şagird və regional müəllim qruplarında, eyni zamanda layihənin rəsmi “Facebook” səhifəsində paylaşılır. Müəllim və şagirdlər tədbirin linkinə keçid etməklə qeydiyyatdan keçmədən canlı görüşlərdə iştirak edə bilirlər. Həmçinin yuxarıda adları qeyd edilən təlimlərlə yanaşı, “Virtual məktəb”də müəllimlərin peşəkar inkişafı məqsədi ilə davamlı olaraq “İngilis dilinin danışıq səviyyəsində tədrisi”, “Kurikulumun tədrisi”, “Elmi-texniki biliklərin gündəlik həyatda tətbiqi”, “Fənlər üzrə ixtisas hazırlığı”, “Tədrisdə interaktiv alətlərin tətbiqi” kimi tədbirlər, şagirdlərin yay müddətini daha maraqlı və səmərəli keçirmələri məqsədi ilə “Bədii qiraət”, “Şahmat”, “Xalq çalğı alətləri”, “Rəqs”, “Toxunma əl işləri”, “Bacarıqlı əllər”, “Proqramlaşdırma dilləri”, “Riyazi təşəkkürün inkişafı” kimi dərnək və vebinarlar təşkil olunur.
20/07/2020 12:36
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı