• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Peşə təhsili üzrə teledərslərin 20 iyul  cədvəli

"Mədəniyyət" telekanalında yayımlanan peşə təhsili üzrə teledərslərin 20 iyul  tarixi üçün cədvəlini diqqətinizə çatdırırıq. Hər həftənin I və V günləri saat 16:15-də peşə təhsili üzrə "Dərs vaxtı" proqramını izləməyi unutmayın. "Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Məktəblilərimizin növbəti uğuru

13-18 iyul 2020-ci il tarixlərində virtual olaraq 54-cü Mendeleyev Beynəlxalq Kimya Olimpiadası keçirilib. 27 ölkədən məktəblilərin qatıldığı bu  bilik yarışında Azərbaycan şagirdləri də  iştirak edib və yeni uğura imza atıblar. Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Xanım Yaqublu olimpiadanın gümüş, həmin liseyin 11-ci sinif şagirdi Əjdər Fərzullazadə  isə bürünc medalına layiq görülüblər.

Çin Xalq Respublikasında təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqlənib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, 24 nəfər Azərbaycan Respublikası vətəndaşı 2020-2021-ci tədris ili üzrə Çin Xalq Respublikasınin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. Müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 24 nəfər bu ölkənin “Peking University”, “China University of Petrolium-Beijing”, “University of Science and Technology Beijing”, “Yanshan University”, “Xiamen University”, “Tsingua University” kimi ali təhsil müəssisələrində neft mühəndisliyi, proqramlaşdırma və kompüter elmləri, beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə bakalavriat (4 nəfər), magistratura (18 nəfər)  və doktorantura (2 nəfər) səviyyələri üzrə  təhsil almaq hüququ qazanıb. Müvafiq təqaüd proqramı barədə elan ötən ilin 28 noyabr tarixində verilib.

Peşə təhsili üzrə teledərslərin 17 iyul  cədvəli

"Mədəniyyət" telekanalında yayımlanan peşə təhsili üzrə teledərslərin 17 iyul  tarixi üçün cədvəlini diqqətinizə çatdırırıq. Hər həftənin I və V günləri saat 16:15-də peşə təhsili üzrə "Dərs vaxtı" proqramını izləməyi unutmayın. "Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

"Abituriyentlər üçün dərs vaxtı"nın 17 iyul cədvəli

“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan  "Abituriyentlər üçün dərs vaxtı"nın  17 iyul cədvəlini təqdim edirik.    Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr,  təhlillər, açıq və qapalı sualların "şifrələri",  kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. Bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. "Abituriyentlər üçün dərs vaxtı"nı izləməyi unutmayın.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə ilə bağlı suallar cavablandırılır – CANLI

Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən müəllimlərin işə qəbulu üzrə müsabiqə ilə bağlı suallar cavablandırılır. Canlı yayımda suallara Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov cavab verir. Mövzuya dair suallarınızı nazirliyin “Facebook” səhifəsindəki canlı yayım postunun şərhlər bölməsində yaza bilərsiniz.  

"Abituriyentlər üçün dərs vaxtı"nın 16 iyul cədvəli

“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan  "Abituriyentlər üçün dərs vaxtı"nın  16 iyul cədvəlini təqdim edirik.    Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr,  təhlillər, açıq və qapalı sualların "şifrələri",  kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. Bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. "Abituriyentlər üçün dərs vaxtı"nı izləməyi unutmayın.

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

İyulun 16-dan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır. Bu proses iyulun 25-dək (son tarix daxil olmaqla) davam edəcək. Müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Hər il olduğu kimi, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil ediləcək. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası və təlim strategiyalarına aid suallar təqdim ediləcək. Bu ildən namizədlərə məntiq üzrə suallar təqdim edilməyəcək. Namizədlər vakansiya seçimini müsabiqənin test imtahanı mərhələsindən sonra edə biləcəklər. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü  yoxlanılacaq. Diqqət: Ölkədə mövcud olan sanitar-epidemioloji vəziyyəti və Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya şəraitində imtahanların keçirilməsinə dair tələb və tövsiyələrini nəzərə alaraq, builki müəllimlərin işə qəbulu müsabiqəsinə əvvəlki illərdən fərqli olaraq xüsusi şərtlər tətbiq ediləcək. • Müsabiqənin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində, bir məkanda deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə əvvəlcədən elan edilmiş qrafikə uyğun olaraq təşkil ediləcək. • Hər bir imtahan mərkəzində eyni zamanda imtahanda iştirak edəcək namizədlərin və təşkil ediləcək imtahan sessiyaların sayına məhdudiyyət tətbiq ediləcək. • İmtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID‑19 testindən keçiriləcək. • Builki imtahanda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə hazırda dövlət ümumi təhsil müəssisələrində çalışan və imtahanda iştirak etməkdə əsas məqsədi özünü sınamaq, əvvəlki imtahanda qazandığı nəticələri yaxşılaşdırmaqla iş yerini dəyişdirmək və ya ikinci iş yeri qazanmaq olan müəllimlər bu imtahanlarda iştirak etməyəcəklər. Bu namizədlərə növbəti aylarda əlavə olaraq təşkil ediləcək yerdəyişmə, qarşılıqlı yerdəyişmə və ya təkrar müəllimlərin işə qəbulu müsabiqəsində (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq) iştirak etmək imkanı təqdim ediləcək. • Müsabiqənin müsahibə mərhələsi onlayn şəkildə təşkil ediləcək. Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı tamamlandıqdan sonra müsabiqənin test mərhələsinin təşkil ediləcəyi imtahan mərkəzlərinin yerləri və həmin mərkəzlərdə imtahanın təşkil ediləcəyi tarixlər barədə məlumat namizədlərin elektron kabinetlərinə göndəriləcək. Builki müsabiqəyə dair tez-tez verilən verilən sual-cavablarla bu keçiddən tanış ola bilərsiniz  

"Abituriyentlər üçün dərs vaxtı"nın 15 iyul cədvəli

“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan  "Abituriyentlər üçün dərs vaxtı"nın  15 iyul cədvəlini təqdim edirik.    Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr,  təhlillər, açıq və qapalı sualların "şifrələri",  kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. Bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. "Abituriyentlər üçün dərs vaxtı"nı izləməyi unutmayın.

Sənaye ixtisasları üzrə pilot peşə təhsili proqramlarına qəbul davam edir

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot peşə təhsil proqramlarına 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu davam edir. “Avtomobil diaqnostikası və təmiri ustası “, “Veb dizayner və proqram təminatçısı“, “Torna və frezer dəzgahların operatoru”, “Sənayedə quraşdırma işləri üzrə usta”, “Elektronika ustası”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “İnşaat ustası”, “Mebel ustası”, “Avtomatika üzrə usta” ixtisasları üzrə texniki peşə, “Nəqliyyat vasitələrinin texniki istismarı” və “Kompüter sistemlərində proqram təminatçısı” ixtisasları üzrə isə yüksək texniki peşə, subbakalavr təhsili almaq istəyən şəxslər iyulun 24-dək link vasitəsilə (https://bit.ly/3j034Kf) elektron qeydiyyatdan keçməlidirlər.    Müsabiqə elektron ərizələrin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir. Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra müvafiq tələblərə (tam orta təhsil və ixtisas fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti mərhələyə dəvət ediləcəklər. İkinci mərhələdə iştirak edən namizədlərə seçdikləri ixtisaslar üzrə sual və tapşırıqlar təqdim ediləcək.  Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot proqramları çərçivəsində tam orta təhsil bazasından 1 illik texniki peşə təhsili və 3 illik yüksək texniki peşə təhsili, subakalavr səviyyəsinə yiyələnmək mümkündür. Daha ətraflı məlumatla müəssisənin rəsmi internet səhifəsindən (http://bii.edu.az/) tanış olmaq mümkündür.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı