• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Virtual məktəb”də rəqəmsal bacarıqların inkişafı üzrə vebinarlar davam edir

“Virtual məktəb”də rəqəmsal bacarıqların inkişafı üzrə vebinarlar davam edir.
İyulun 20-də saat 16:00-da  “Sənədlərin saxlanılması və redaktəsi üçün bulud xidmətləri” mövzusunda vebinar keçiriləcək.

Qeyd edək ki, iyulun 6-dan etibarən “Virtual məktəb”də müəllim və şagirdlər üçün rəqəmsal bacarıqların inkişafı üzrə interaktiv vebinarlara start verilib. Vebinarların keçirilməsində məqsəd müəllimlərin  tədrisdə yeni alətlərin tətbiqi ilə bağlı biliklərini genişləndirmək və şagirdlərdə alqoritmik düşüncə, proqramlaşdırma, kodlaşdırma kimi İKT bacarıqlarının formalaşdırılmasına dəstək göstərməkdir.

Hər həftə könüllü və ödənişsiz formada təşkil olunan vebinarlar barədə ətraflı məlumat “Virtual məktəb”in ümumi şagird və regional müəllim qruplarında, eyni zamanda layihənin rəsmi “Facebook” səhifəsində paylaşılır. Müəllim və şagirdlər tədbirin linkinə keçid etməklə qeydiyyatdan keçmədən canlı görüşlərdə iştirak edə bilirlər.

Həmçinin yuxarıda adları qeyd edilən təlimlərlə yanaşı, “Virtual məktəb”də müəllimlərin peşəkar inkişafı məqsədi ilə davamlı olaraq “İngilis dilinin danışıq səviyyəsində tədrisi”, “Kurikulumun tədrisi”, “Elmi-texniki biliklərin gündəlik həyatda tətbiqi”, “Fənlər üzrə ixtisas hazırlığı”, “Tədrisdə interaktiv alətlərin tətbiqi” kimi tədbirlər, şagirdlərin yay müddətini daha maraqlı və səmərəli keçirmələri məqsədi ilə “Bədii qiraət”, “Şahmat”, “Xalq çalğı alətləri”, “Rəqs”, “Toxunma əl işləri”, “Bacarıqlı əllər”, “Proqramlaşdırma dilləri”, “Riyazi təşəkkürün inkişafı”  kimi dərnək və vebinarlar təşkil olunur.


5 il əvvəl