SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İşə qəbul imtahanları davam edir
Avqustun 24-də fiziki tərbiyə və ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçirilir. İmtahanlarda 3550 namizədin iştirakı nəzərdə tutulur. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir. Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!
24/08/2020 09:18
Məktəblilərimizin Asiya Pasifik İnformatika Olimpiadasındakı uğuru
14-21 avqust tarixlərində virtual formatda Asiya Pasifik İnformatika Olimpiadası təşkil olunub. 33 ölkədən 200-dən çox şagirdin iştirak etdiyi yarışmada məktəblilərimiz uğurla çıxış ediblər. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Eynizadə və Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov bürünc medala layiq görülüblər. Qeyd edək ki, Asiya Pasifik İnformatika Olimpiadası 2007-ci ildən etibarən Beynəlxalq İnformatika Olimpiadası formatında təşkil edilən virtual müsabiqədir, məktəblilərimiz sözügedən yarışa 2019-cu ildən etibarən qatılırlar. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telekom" şirkətinin dəstəyi ilə həyata keçirilir.
22/08/2020 11:34
Pakistanda yeni tədris ilində təhsil imkanı
Pakistan Texniki Dəstək Proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edilib. Bakalavriat və doktorantura səviyyələri üzrə elan edilən proqram çərçivəsində təhsil almaq üçün avqustun 26-dək müraciət etmək lazımdır. Təqaüd proqramı ilə bağlı ətraflı məlumatı müvafiq elan vasitəsilə əldə edə bilərsiniz.
21/08/2020 18:02
Müəllim seçimində "BİR" tələbə-könüllü dəstəyi
"BİR" tələbə-könüllülər müəllimlərin işə qəbulu üzrə müsabiqəsində dəstək fəaliyyəti göstərməyə davam edirlər. Bakı və Sumqayıt şəhərlərində keçirilən test mərhələsinin təşkilində 66 tələbə-könüllü nəzarətçi qismində fəaliyyət göstərir. Pandemiya şəraitinə uyğun həyata keçirilən test mərhələsində könüllü olmaq üçün 400-dən çox tələbə müraciət edib. Onlayn keçirilən seçim və müsahibə mərhələlərindən sonra 66 tələbə-könüllü seçilib, xüsusi təlimlərdə iştirak edib. Qeyd edək ki, Təhsil Nazirliyi “Bir” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 24 000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 550-dən çox çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.
21/08/2020 12:24
İşə qəbul imtahanları davam edir
Avqustun 21-də musiqi və fiziki tərbiyə fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir. İmtahanlarda 2997 namizədin iştirakı nəzərdə tutulub. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir. Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!
21/08/2020 09:22
Şəhadətnamələrin fiziki olaraq vətəndaşlara təqdim edilməsi prosesi davam edir
Avqustun 20-dək 306 müraciətçi karantin rejiminin tələblərinə riayət etməklə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yaxınlaşaraq şəhadətnamələrini əldə edib. SMS bildirişi alan, lakin fiziki olaraq gəlmək imkanı olmayan vətandaşların ailə üzvləri (ata, ana, qardaş və bacı) və ya etibarnamə əsasında onları təmsil edən səlahiyyətli nümayəndələri həftə içi hər gün saat 09:00-18:00 arası tərtib olunmuş xüsusi növbəlilik cədvəli üzrə karantin rejiminin tələblərinə riayət etməklə Agentliyə yaxınlaşaraq sözügedən müraciətçilərin şəhadətnamələrini əldə edə bilərlər. Nəzərinizə çatdırırıq ki, bu xidmət mart 2020-ci il tarixindən başlayaraq ardıcıl şəkildə digər aylar üzrə şəxsi kabinetində “Şəhadətnamə verildi” statusu qeyd olunan müraciətçilərə şamil edilir. SMS bildirişi almayan vətəndaşların Agentliyə yaxınlaşmamaları xahiş olunur. Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyində vətəndaşların qəbulu 16 mart 2020-ci il tarixindən 31 avqust 2020-ci il tarixinədək dayandırılıb. Bu səbəbdən xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyası) müəyyən edilməsi ilə bağlı Agentliyə müraciət edən və müsbət nəticə əldə edən vətəndaşlara şəhadətnamələrin fiziki olaraq təqdim edilməsi mümkün olmamışdır. Avqustun 12-dən etibarən isə vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə şəhadətnamələrin fiziki olaraq təqdim edilməsi prosesinə başlanılıb.
20/08/2020 20:58
Nazir özəl təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
Avqustun 20-də Təhsil naziri Emin Əmrullayev özəl təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə videokonfrans keçirib. Görüşdə Təhsil naziri koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib. Görüş zamanı çıxış edən özəl təhsil müəssisələrinin rəhbərləri yeni tədris ili ilə bağlı fikirlərini bildiriblər. Həmçinin təklif olunan modellər haqqında müzakirələr aparılıb.
20/08/2020 16:51
Dövlət Proqramı məzunları ilə ”Təhsildə keyfiyyət təminatı” mövzusunda növbəti videogörüş
Avqustun 19-da Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbər şəxsləri ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzunları olan və hazırda ali təhsil müəssisələrində çalışan gənclər arasında növbəti videogörüş keçirilib. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşəbbüsü ilə baş tutan görüşün əsas məqsədi Dövlət Proqramı çərçivəsində təhsilini başa vuraraq ölkəmizin ali təhsil müəssisələrində çalışmaqda olan məzunların təhsildə keyfiyyətin yüksəldilməsi ilə bağlı düşüncə, təklif və tövsiyələri ilə tanışlıq olub. Tərəflər arasında baş tutan müzakirələr zamanı təhsil sahəsinin strateji inkişaf hədəflərinin reallaşdırılması, müasir tələblərə cavab verən effektiv keyfiyyət təminatı sisteminin formalaşdırılması və pandemiya dövründə ali təhsildə keyfiyyətin təmin olunmasının mexanizm və alətləri müzakirə olunub. Görüşdə çıxış edən Təhsil Nazirliyinin və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbər şəxsləri Dövlət Proqramı məzunlarının təhsilin keyfiyyətinin yüksəldilməsinə verə biləcəyi töhfələrin təhsilimizin inkişafı üçün müstəsna əhəmiyyət daşıdığını və müasir tələblərə cavab verən effektiv keyfiyyət təminatı sisteminin formalaşdırılmasında xüsusi önəm kəsb etdiyini qeyd ediblər. Qeyd edək ki, daha əvvəl iyulun 20-də də belə məzmunda görüş baş tutmuşdur.
20/08/2020 14:45
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı