SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Peşə təhsili müəssisələrinə elektron sənəd qəbulu yekunlaşıb
2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə elektron sənəd qəbulu yekunlaşıb. 13946 şəxs elektron qeydiyyatdan keçib, onlardan 11743-ü ixtisas seçimini yekunlaşdırıb. Müsabiqənin nəticələrinin 25 avqust tarixində elan edilməsi nəzərdə tutulur. Müsabiqədə iştirak edən şəxslərə nəticə barədə məlumat SMS vasitəsilə göndərilməklə yanaşı, müraciətçinin şəxsi kabinetində də yerləşdiriləcək. Qeyd edək ki, peşə təhsili pilləsi üzrə müraciətlərin qəbulu https://qebul.vet.edu.az/ platforması vasitəsilə 10-24 avqust tarixlərində iki mərhələdə aparılıb. I mərhələdə dövlət vəsaiti hesabına maliyyələşən qruplar üzrə 73 faiz, ödənişli əsaslarla maliyyələşən qruplar üzrə isə 27 faiz uğurlu müraciət daxil olub. 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Cari ildə ötən illə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27 faiz artım müşahidə olunub. Yeni tədris ili üzrə peşə təhsili almaqda maraqlı olanların sayında artım xüsusilə ikili proqramlar çərçivəsində tətbiq olunan ixtisaslarla bağlı müraciətlərdə müşahidə olunur.
25/08/2020 19:57
Xaricdə təhsil almaq hüququ qazanmış tələbələrlə onlayn görüş
Avqustun 25-də Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2020-2021-ci tədris ilində Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış bir qrup tələbə ilə onlayn görüş keçirilib. Görüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov HTP çərçivəsində təhsil almaq üçün müraciət edənlərin sayının ildən-ilə artdığını diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, 2020-2021-ci tədris ili üçün keçirilən müsabiqədə seçim yüksək rəqabətlilik şəraitində baş tutub. Azərbaycan gənclərinin xaricdə təhsil almasının əhəmiyyətinə toxunan Firudin Qurbanov onların ölkəmizin dinamik inkişaf prosesinə töhfə verəcəklərinə əminliyini ifadə edib. Nazir müavini həmçinin pandemiya şəraitində onlayn təhsil formasının gündəmə gəldiyini, bunun əslində zamanın tələbi olduğunu, lakin pandemiyanın bu prosesi sürətləndirdiyini qeyd edib. Bununla yanaşı, tələbələrin təhsil alacaqları ölkələrdə Azərbaycanın mədəniyyəti, tarixi, incəsənətinin təbliği və haqq səsinin qorunmasına diqqət yetirilməsi, vətənpərlik məsələsinin daim diqqətdə saxlanılması ilə bağlı tövsiyələrini çatdırıb. Firudin Qurbanov tələbələri təbrik edib və onlara uğurlar arzulayıb. Sonda tələbələr öz fikirlərini bölüşüb, onları maraqlandıran suallarla bağlı geniş fikir mübadiləsi aparılıb və tələbələrin təqaüd ölkələrinə səfərləri ilə bağlı mümkün imkanların müzakirəsi həyata keçirilib. Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə Macarıstanda 193, Latviyada 8, Çində isə 21 nəfər təhsil alacaq. Macarıstan, Çin və Latviya hökumətləri tərəfindən namizədliyi təsdiq olunan tələbələr təhsilini sözügedən ölkələrin aparıcı ali təhsil müəssisələrində, bakalavriat, baza ali tibb təhsili, magistratura və doktorantura səviyyələrində davam etdirəcəklər.
25/08/2020 15:41
Müddətsiz əmək müqaviləsi ilə bağlı apellyasiyaların keçirilmə tarixi
28-29 avqust tarixlərində müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən müsahibələrdə uğur qazanmayan və apellyasiya müraciəti etmiş 96 namizədlə təkrar onlayn müsahibələr keçiriləcək. Təkrar müsahibənin keçirilmə tarixi barədə məlumat namizədlərin şəxsi səhifəsinə artıq göndərilib. Apellyasiya müraciəti etmiş namizədlərin əvvəlki müsahibə videogörüntülərinə müvafiq komissiyalar tərəfindən baxılacaq və namizədlərə təkrar onlayn müsahibədə iştirak etmək üçün şərait yaradılacaq. Bu mərhələdə uğur qazanmış namizədlər ötən tədris ilində müddətli əmək müqaviləsi ilə işlədikləri təhsil müəssisəsinə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi əsasında işə qəbul ediləcək.
25/08/2020 14:04
Koreya Respublikası və Azərbaycanın ali təhsil müəssisələri arasında ikili diplom proqramı üzrə tələbə qəbulu
Koreya Respublikasının İNHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisas istiqaməti üzrə beynəlxalq ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə qəbula start verilir. Qəbul 4 ixtisas üzrə həyata keçirilir. Bakalavriat səviyyəsində təhsil dörd il müddətində və ingilis dilində aparılacaq. Tələbələrə sonuncu il üzrə İNHA-dakı təhsil ili üçün əlavə olaraq koreya dili tədris ediləcək. Sözügedən ikili diplom proqramı çərçivəsində təhsil almaq istəyənlər 2 sentyabr 2020-ci il tarixinədək müraciət etməlidirlər. İkili diplom proqramı ilə bağlı əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.
25/08/2020 09:51
İşə qəbul imtahanlarnın növbəti günü
Avqustun 25-də Azərbaycan dili və ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçirilir. İmtahanlarda 3506 namizədin iştirakı nəzərdə tutulur. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir. Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!
25/08/2020 08:34
2-3 sentyabr tarixlərində keçiriləcək imtahanlar barədə məlumat şəxsi səhifələrdə
Cari ilin 2-3 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulan işə qəbul imtahanlarında iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib. Həmin tarixlərdə riyaziyyat fənni üzrə test imtahanları keçiriləcək. Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək bütün namizədlərə uğurlar arzu edir!
24/08/2020 15:03
Məktəblilərimizdən sevindirici xəbər: 1 qızıl, 3 gümüş
“IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlərimiz böyük uğura imza atıblar. Sumqayıt şəhəri 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Mətin Muradlı qızıl, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdləri Asiman Ziyyədinov, Sədiyar Qafarov və Bakı şəhəri 102 nömrəli tam orta məktəbin X sinif şagirdi Ranal Qurbanov gümüş medala layiq görülüblər. Bununla da sözügedən olimpiadada 1994-cü ildən iştirak edən şagirdlərimiz tərəfindən ümumilikdə 3 qızıl, 9 gümüş və 12 bürünc medal əldə olunmuş sayılır. 1992-ci ildən Azərbaycanı müxtəlif olimpiadalarda təmsil edən məktəblilər 29 qızıl, 205 gümüş və 263 bürünc medal olmaqla ümumilikdə 497 medal əldə ediblər. 2013-cü ildən bu günə qədər 8 qızıl, 53 gümüş və 133 bürünc medal olmaqla, 194 medal qazanılıb ki, bu da bütün medalların təxminən 40 faizini təşkil edir. Qeyd edək ki, 7-12 avqust tarixlərində virtual təşkil edilən bilik yarışına 52 ölkədən 200-dən çox şagird qatılıb. Yarışa hazırlıq prosesi artıq 6 ildir ki, fəaliyyət göstərən Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həyata keçirilib. Xatırladaq ki, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə təşkil edilən hazırlıq prosesinə hər il müxtəlif yaş qrupları üzrə 300-ə yaxın şagird cəlb edilir. Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə şagirdlər VI-VII sinif şagirdləri arasında keçirilən Fənn müsabiqələri və ya Respublika fənn olimpiadası qalibləri arasından seçilir.
24/08/2020 14:46
Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. Elektron sənəd qəbulunda ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülmək, yaxud bir ixtisasdan digərinə dəyişmək istəyən, magistratura səviyyəsində təhsil alan, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edib. Sənəd qəbulu 17-23 avqust tarixlərində aparılıb. Transfer.edu.az portalı vasitəsilə 1303 tələbə orta ixtisas təhsili müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. Onlardan 92 nəfəri sorğusunu təsdiq edib. Portal vasitəsilə ali təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçənlərin sayı 3001 nəfər təşkil edib. Onlardan 978 nəfəri öz sorğusunu təsdiq edib. Nəticələr sentyabr ayında elan olunacaq. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.
24/08/2020 11:10
Növbəti imtahanlar barədə məlumatlar şəxsi səhifələrə göndərilib
Cari ilin 28 avqust - 1 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulan işə qəbul imtahanlarında iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib. Həmin tarixlərdə ingilis dili, alman dili və kimya fənləri üzrə növbəti test imtahanları keçiriləcək. Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş namizədlərə 24 avqust tarixindən etibarən apellyasiya müraciəti etmək imkanı yaradılacaq. Avqustun 14-dən etibarən imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində hər gün saat 14:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 2 gün ərzində apellyasiya müraciəti edə biləcəklər. Yeni tədris ili başlamazdan öncə namizədlərin apellyasiya müraciətlərinə baxılacaq. Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək bütün namizədlərə uğurlar arzu edir!
24/08/2020 09:33
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı