SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Müəllim seçimində "BİR" tələbə-könüllü dəstəyi
"BİR" tələbə-könüllülər müəllimlərin işə qəbulu üzrə müsabiqəsində dəstək fəaliyyəti göstərməyə davam edirlər.
Bakı və Sumqayıt şəhərlərində keçirilən test mərhələsinin təşkilində 66 tələbə-könüllü nəzarətçi qismində fəaliyyət göstərir. Pandemiya şəraitinə uyğun həyata keçirilən test mərhələsində könüllü olmaq üçün 400-dən çox tələbə müraciət edib. Onlayn keçirilən seçim və müsahibə mərhələlərindən sonra 66 tələbə-könüllü seçilib, xüsusi təlimlərdə iştirak edib.
Qeyd edək ki, Təhsil Nazirliyi “Bir” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 24 000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 550-dən çox çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.
5 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl