SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Apellyasiya mərhələsinə start verilir
Avqustun 21-dən müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən müsahibələrdə uğur qazanmayan namizədlərin apellyasiya müraciətləri üçün qeydiyyat başlanılır. Sözügedən müsahibələrdə uğur qazanmayan namizədlər 24 avqust saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq apellyasiya müraciətlərini təsdiq edə bilərlər. Namizədlərin apellyasiya müraciətlərinə baxılması məqsədilə təkrar onlayn müsahibələr keçiriləcək. Apellyasiya müraciətini təsdiq edən namizədlərin şəxsi səhifəsinə keçiriləcək onlayn müsahibənin vaxtı barədə məlumat göndəriləcək. Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə 4-20 may 2020-ci il tarixləri aralığında, eyni zamanda 10 iyul 2020-ci il tarixində onlayn müsahibələr keçirilib.
20/08/2020 11:18
İşə qəbul imtahanlarının növbəti günü
Avqustun 20-də Azərbaycan dili və ədəbiyyat, musiqi fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir. İmtahanlarda 2282 namizədin iştirakı nəzərdə tutulub. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir. Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!
20/08/2020 09:09
Ümumi təhsil müəssisələrinin direktorları ilə videokonfrans
Avqustun 19-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkənin müxtəlif regionlarından olan 30-a yaxın ümumi təhsil müəssisəsinin direktorlarının iştirakı ilə videokonfrans keçirib. Görüşdə Məhəbbət Vəliyeva koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər, o cümlədən Təhsil İnstitutu tərəfindən verilmiş ssenarilər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib. Görüş zamanı çıxış edən direktorlar 2020-2021-ci tədris ili ilə bağlı öz təkliflərini bildirib, onlarda yaranan sualları səsləndiriblər. Qeyd edək ki, görüşün nəticələri təlimatların və metodik göstərişlərin hazırlanmasında nəzərə alınacaq.
19/08/2020 14:32
Növbəti imtahanlar barədə məlumatlar şəxsi səhifələrə göndərilib
Cari ilin 26-27 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib. Həmin tarixlərdə ibtidai sinif müəllimliyi üzrə növbəti test imtahanları keçiriləcək. Bununla da ibtidai sinif müəllimliyi üzrə işə qəbul imtahanları yekunlaşacaq. Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək hər bir namizədə uğurlar arzu edir!
19/08/2020 10:51
Müəllimlərin işə qəbulu üzrə müsahibələr mərhələli şəkildə keçiriləcək
Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanları başa çatdıqdan sonra müvafiq keçid balını toplayan namizədlər vakansiya seçimi mərhələsində iştirak edəcək. Tədris ilinin başlamasına qısa müddət qalması ilə əlaqədar ümumi təhsil müəssisələrində kadr təminatının daha çevik həyata keçirilməsi məqsədilə cari il vakansiya seçimi mərhələsi nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlər ilkin olaraq müddətli əmək müqaviləsi ilə işə qəbul ediləcəklər. Sözügedən kontingent üçün müsahibələr mərhələli şəkildə mövcud vəziyyət nəzərə alınaraq onlayn və ya ənənəvi qaydada təşkil olunacaq. Müsahibədən uğurla keçən namizədlər ilə müddətsiz əmək müqaviləsi bağlanılacaq. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilkin mərhələsi başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş qaydada tədris ili boyu mütəmadi olaraq həyata keçiriləcək. Bildiririk ki, mövcud qaydalara əsasən müsabiqədə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
19/08/2020 10:33
İşə qəbul imtahanları davam edir
Avqustun 19-da Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir. İmtahanlarda 2795 namizədin iştirakı nəzərdə tutulub. İmtahanlar təxminən 18 gün davam edəcək. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir. Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!
19/08/2020 09:50
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı