• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Növbəti imtahanlar barədə məlumatlar şəxsi səhifələrə göndərilib

Cari ilin 28 avqust - 1 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulan işə qəbul imtahanlarında iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib. Həmin tarixlərdə ingilis dili, alman dili və kimya  fənləri üzrə növbəti test imtahanları keçiriləcək.

Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş namizədlərə 24 avqust tarixindən etibarən apellyasiya müraciəti etmək imkanı yaradılacaq. Avqustun 14-dən etibarən imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində hər gün saat 14:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 2 gün ərzində apellyasiya  müraciəti edə biləcəklər. Yeni tədris ili başlamazdan öncə namizədlərin apellyasiya müraciətlərinə baxılacaq.

Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək bütün namizədlərə uğurlar arzu edir!


5 il əvvəl