SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İngilis dili müəllimi olmaq istəyənlər üçün imtahan
Avqustun 28-də ingilis dili müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçirilir. İmtahanlarda 3363 namizədin iştirakı nəzərdə tutulur. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir. Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!
28/08/2020 09:18
Yeni tədris ili ilə bağlı mətbuat konfransı keçirilib
Avqustun 27-də COVİD-19 pandemiyası dövründə 2020-2021-ci tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı mətbuat konfransı keçirilib. Təhsil naziri Emin Əmrullayev yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Nazir sentyabrın 15-dən tədrisin ibtidai siniflərdə ənənəvi qaydada həftədə 2-3 dəfə olmaqla bərpa olunmasının, V-XI siniflərdə isə onlayn qaydada dərslərin keçirilməsinin planlaşdırıldığını bildirib. Qeyd edib ki, V-IX sinif şagirdlərinin 1 oktyabr, X-XI sinif şagirdlərinin isə 15 oktyabr tarixindən ənənəvi şəkildə dərsə gəlməsi nəzərdə tutulur. Oktyabrın 1-dən həftədə 2 dəfə olmaqla məktəbəhazırlıq qruplarında tədrisin başlanması planlaşdırılır. Ali, orta ixtisas və peşə təhsili müəssisələrinin fəaliyyətinə də toxunan nazir qeyd edib ki, sözügedən təhsil müəssisələrində tədris sentyabrın 15-dən distant qaydada təşkil olunacaq. Brifinqdə qeyd edilib ki, təhsil müəssisələrində sonrakı mərhələlərdə tədrisin hansı formada davam etdirilməsi ilə bağlı da mövcud şəraitə uyğun olaraq qaydaların hazırlanması, yeni qərarların qəbulu gözlənilir. Həmçinin bildirilib ki, valideynlərin uşaqları məktəbə göndərib-göndərməmək hüququ tanınacaq. Valideynlər məktəbləri məlumatlandırmaqla övladlarının onlayn, yaxud qarışıq üsulla - həftədə məktəbə 2-3 dəfə gəlməklə, digər dərsləri virtual qaydada keçməsini təmin edə bilər. Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, məktəblərdə şagird və müəllimlərin təhlükəsizliyinin təmin olunması istiqamətində də ciddi nəzarət olacaq, bu işdə "Məktəblinin dostu" layihəsinin əməkdaşları yaxından iştirak edəcək. Sonda media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.
27/08/2020 20:29
Yeni tədris ili ilə bağlı bütün suallar Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən bugünkü brifinqdə cavablandırıb
27/08/2020 17:02
Şəxsi səhifələrə məlumatların göndərilməsi başa çatıb
Cari ilin 3-8 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulan işə qəbul imtahanlarında iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumatlar göndərilib. Həmin tarixlərdə texnologiya, informatika, coğrafiya və tarix fənləri üzrə növbəti test imtahanları keçiriləcək. Bununla da müsabiqədə iştirak edəcək namizədlərin şəxsi səhifələrinə məlumatların göndərilməsi başa çatıb. Şəxsi səhifəsinə müvafiq məlumatın göndərilməsi ilə bağlı hər hansı problemlə qarşılaşan namizədlər Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (əlaqə telefonu-146) müraciət edə bilərlər. Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək bütün namizədlərə uğurlar arzu edir!
27/08/2020 09:47
İbtidai sinif müəllimi olmaq istəyənlər imtahan verir
Avqustun 27-də ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün növbəti test imtahanları keçirilir. İmtahanlarda 1607 namizədin iştirakı nəzərdə tutulur. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir. Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!
27/08/2020 09:15
Peşə təhsili pilləsi üzrə tələbə adını qazananların nəzərinə!
Peşə təhsili pilləsi üzrə tələbə adını qazananlar 26-31 avqust tarixlərində müvafiq sənədləri qəbul olunduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Tələb olunan sənədlər sırasına attestatın əsli, sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış, sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi, şəxsiyyət vəsiqəsinin surəti, 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil, hərbi bilet və ya çağırışçı şəhadətnaməsi, güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd daxildir. Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Qeyd edək ki, peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsi 10-24 avqust tarixlərində elektron qaydada həyata keçirilib. 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Elektron qaydada sistemdə qeydiyyatdan keçənlərin 11743-ü ixtisas seçimini yekunlaşdırıb. Müsabiqədə iştirak edən şəxslərə nəticə barədə SMS bildiriş vasitəsilə məlumat verilib. Uğurlu nəticə göstərən şəxslərin qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatlar şəxsi kabinet bölümündə yer almaqdadır. I mərhələdə uğur qazanmayan şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə biləcəklər. II mərhələ barədə əlavə məlumat veriləcək.
26/08/2020 14:59
Prezident Bakının Qala qəsəbəsində 216 nömrəli tam orta məktəb binasının açılışında iştirak edib
Bakının Xəzər rayonunun Qala qəsəbəsində yeni inşa olunan 216 nömrəli tam orta məktəb binasının avqustun 26-da açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım yeni təhsil ocağında yaradılan şəraitlə tanış oldular. Məlumat verildi ki, 216 nömrəli tam orta məktəb 624 şagird yerlikdir. Təhsil müəssisəsində 24 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, əmək otaqları, hərbi hazırlıq otağı, informatika kabineti, idman və akt zalları, kitabxana və yeməkxana fəaliyyət göstərir. Məktəbdə videomüşahidə sistemi və fiber-optik internet quraşdırılıb. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunan bu təhsil müəssisəsinin həyətində geniş abadlıq işləri aparılıb. www.president.az
26/08/2020 14:32
İşə qəbul imtahanları davam edir
Avqustun 26-da ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün növbəti test imtahanları keçirilir. İmtahanlarda 2904 namizədin iştirakı nəzərdə tutulur. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir. Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!
26/08/2020 09:20
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı