• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Virtual məktəb”də vebinar və təlimlər başa çatır

Yay ayları ərzində şagird və müəllimlər üçün “Virtual məktəb”də keçirilən tədbirlər yeni tədris ilinin başlanması ilə əlaqədar yekunlaşır. Ödənişsiz və könüllü əsaslarla keçirilən tədbirlərin məqsədi şagirdlərin tətil vaxtını faydalı və maraqlı keçirmələrinin təmin edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və müəllimlərin peşəkar kompetensiyalarının artırılması olub. Onlayn platformada şagirdlərin maraqlarına uyğun olaraq 6 fərqli istiqamətdə - “Bədii qiraət”, “Şahmat”, “Xalq çalğı alətləri”, “Rəqs”, “Toxunma əl işləri”, “Bacarıqlı əllər” üzrə dərnəklər və həmçinin robot texnologiyaları, proqramlaşdırma dilləri üzrə kurslar, “Minecraft” oyununun tədris versiyası üzrə oyunlar keçirilib. Ümumilikdə 21 367 nəfər şagirdin iştirak etdiyi 57 vebinar təşkil olunub. Virtual məktəbdə hər istiqamət üzrə ayrıca qruplar yaradılaraq vebinarlardan sonra müzakirələr aparılıb və tapşırıqlar təqdim edilib. Həmçinin müəllimlərin bilik, səriştə və peşəkar bacarıqlarının inkişafı məqsədilə “Kurikulum”, “Fənlər üzrə ixtisas hazırlığı”, “İngilis dilinin danışıq səviyyəsində tədrisi”, “STEM hazırlığı”, “Rəqəmsal bacarıqların inkişafı” üzrə 64 587 müəllimin iştirakı ilə 273 vebinar təşkil edilib. Qeyd edək ki, “Kurikulum” və “Fənlər üzrə ixtisas hazırlığı” müəllimlərin sertifikasiya və diaqnostik qiymətləndirməsi üzrə aparılacaq imtahanlara hazırlıq məqsədli dəstək təlimləri olub. Hər təlim proqramı üzrə dərslərlə yanaşı, müəllimlər üçün yekunlaşdırıcı testlər təqdim edilib və nəticələri onlayn müzakirə olunub.  Vebinarlarda real vaxt rejimində iştirak edə bilməyən müəllim və şagirdlər üçün dərslərin videoyazısı “Microsoft Stream”in “Virtual məktəb” kanalında yerləşdirilərək təkrar izləmək imkanı yaradılıb.

İmişli rayonunda məktəb açılışı

Sentyabrın 10-da İmişli rayonu Muradxanlı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.  Mərasimdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev iştirak edib. Bildirilib ki, iki mərtəbədən ibarət təhsil müəssisəsi 264 şagird üçün nəzərdə tutulub. 11 sinif otağından ibarət tədris ocağında bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, 3 laboratoriya, akt və idman zalları fəaliyyət göstərir. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunub.  Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.

Nazir müavini məktəb açılışında iştirak edib

Sentyabrın 10-da  Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi “Bağlar” massivində yerləşən Laçın rayonu  21 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib.  Açılış mərasimində Təhsil nazirinin müavini Firudin Qurbanov, Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov və məktəb direktoru iştirak edib. Açılışda qeyd olunub ki, sözügedən məktəb 264 şagird yerlikdir. Təhsil müəssisəsində 11 sinif və məktəbəhazırlıq otağı, eləcə də 3 laboratoriya, fizika, kimya, informatika, hərbi hazırlıq və 2 texnologiya kabineti var. Məktəb üçün geniş və müasir idman zalı, kitabxana, həmçinin 162 yerlik akt zalı istifadəyə verilib. Məktəbdə 35 pedoqoji və 14 texniki işçi çalışır. Açılış mərasimindən sonra qonaqlar məktəbin sinif otaqları, fənn kabinetləri, laboratoriya və idman zalı ilə tanış olublar.

Növbəti fənlər üzrə vakansiya seçiminə start verilir

Cari ilin 31 avqust - 4 sentyabr tarixlərində   Azərbaycan dili (dövlət dili kimi), alman dili, ingilis dili, kimya, riyaziyyat və texnologiya fənləri üzrə işə qəbul imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir. Kimya fənni üzrə ümumi təhsil müəssisələrinə keçid balı 30, digər fənlər üzrə isə 36 müəyyənləşdirilib. Namizədlər 10 sentyabr  saat 14:00-dan 11 sentyabr  saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq elektron ərizələrində vakansiya seçimi edə biləcəklər. Qeyd edək ki,  31 avqust - 4 sentyabr tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu imtahanları üzrə apelyasiya müraciətlərinə baxılıb və nəticə barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

"Dərs vaxtı"nın 10 sentyabr cədvəli

"Mədəniyyət", "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 10-u üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər.

Akkreditasiya üzrə təlimçi bazasına mütəxəssislər dəvət edilir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ali təhsil müəssisələrinin akkreditasiyası və təhsildə keyfiyyət təminatı üzrə təlim keçəcək peşəkar mütəxəssislərdən ibarət “Təlimçi bazasına” təlimçilər dəvət edir. Müraciət üçün Agentliyin internet saytının (tkta.edu.az) “Təlimçi bazası” bölməsinə daxil olaraq qeyd olunan keçid vasitəsilə elektron qeydiyyatdan keçmək mümkündür. Seçilmiş namizədlər üçün yerli və beynəlxalq keyfiyyət təminatı ekspertləri tərəfindən müvafiq təlimlər təşkil olunacaq və təlimlərdə yüksək nəticə göstərmiş namizədlər sertifikatla təltif olunacaqlar. Yalnız sertifikat əldə etmiş namizədlər TKTA-nın təlimçi bazasına daxil ediləcək. Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi Azərbaycan Respublikası ərazisində ali təhsil sahəsində fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiya proseslərini təşkil edir. Akkreditasiya zamanı təhsil müəssisələri və proqramlarının qiymətləndirilməsi müstəqil Akkreditasiya Komissiyası tərəfindən icra olunur. Akkreditasiya Komissiyasının üzvləri yerli və xarici təhsildə keyfiyyət təminatı mütəxəssislərinin, sahə üzrə elmi işçilərin, əmək bazarının və təhsilalanların nümayəndələri sırasından seçilir.

Daha 3 ali təhsil müəssisəsinin tələbələrinə də “Təhsil kartları” təqdim edilib

Ötən ilin noyabr ayından etibarən ölkənin bir sıra təhsil müəssisəsində tətbiq olunan “Təhsil kartı” layihəsinin əhatə dairəsi genişləndirilib. Belə ki, Təhsil Nazirliyi, Mərkəzi Bank, “Mastercard” və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının tələbələrinə də təhsil kartları təqdim olunub.  Bununla əlaqədar 9 sentyabr tarixində təqdimat mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyi, Mərkəzi Bank, “Mastercard” və Azərbaycan Beynəlxalq Bankı, ali təhsil müəssisələrinin rəsmi nümayəndələri və tələbələr iştirak ediblər. Tədbirdə bildirilib ki, “Təhsil kartı” vasitəsilə tələbələr öz təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə istənilən ödənişlərini həyata keçirə biləcəklər. Təhsil kartının ön hissəsində tələbə haqqında məlumatlar, arxa hissəsində isə ödəniş kartının məlumatları əks olunur. Beləliklə, tələbələr bu kartdan universitetə, universitet kitabxanasına, oxu zallarına giriş üçün də istifadə edə bilərlər. Həmçinin, təhsil kartı ilə aparılan ödənişlər zamanı tələbələr üçün xüsusi endirim kampaniyaları tətbiq olunacaq. Qeyd edək ki, “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən layihə artıq 7 təhsil müəssisəsində tətbiq edilir və davamlı olaraq yeni təhsil müəssisələrinin  qoşulması nəzərdə tutulur.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb

Cari ilin 14 avqust - 8 sentyabr tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib. Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla, ümumilikdə 17 regionda yerləşən 32 mərkəzdə 19 fənn üzrə  keçirilmiş işə qəbul imtahanlarında  38705 namizəd iştirak edib. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla, ümumilikdə 60 sual təqdim edilib. İmtahan keçirilən bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandırdığı sualları görmək imkanı yaradılıb. İmtahanlarda ən yüksək nəticəni (60 bal) riyaziyyat fənni üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Günel Kərimova, musiqi fənni üzrə Gəncə Dövlət Universitetinin məzunu Rəna Hüseynova, Azərbaycan dili və ədəbiyyat fənni üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Leyla Ağayeva, ibtidai sinif müəllimliyi üzrə Bakı Qızlar Universitetinin məzunu Leyla Ağayeva əldə edib. Avqustun 24-dən etibarən namizədlərə şəxsi səhifələrinə daxil olaraq apellyasiya müraciəti etmək imkanı yaradılıb. Hazırda müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi davam edir. Test imtahanlarında 10 fənn üzrə  müvafiq keçid balı toplamış namizədlər 9 sentyabr saat 23:59-dək elektron ərizələrində 8 vakant yer seçə bilərlər. Digər fənlər üzrə işə qəbul imtahanlarında iştirak etmiş namizədlər üçün keçiriləcək vakansiya seçiminin tarixi barədə yaxın günlərdə məlumat veriləcək. Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 53 880 namizəd elektron qeydiyyatdan keçib, onlardan 51 227 namizəd elektron ərizəsini təsdiq edib. Elektron ərizələr yoxlanıldıqdan sonra 46 252 namizədin ərizəsi qəbul edilib. Müsabiqənin test mərhələsində 46 228 namizəd iştirak hüququ qazanıb.

Yeni tədris ilində 1 574 206 şagirdin təhsil alacağı gözlənilir

2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206  şagirdin təhsil alacağı gözlənilir.  Şagirdlərin ümumi sayından 733 279 nəfəri qız,  840 927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165 511, IX sinfində 132734, XI sinfində isə 85044 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Proqnoz üzrə 2020-2021-ci tədris ilinin əvvəlinə respublikada 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 60  məktəb-lisey, 50 lisey, 15  gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 440 məktəbin  fəaliyyət göstərəcəyi gözlənilir. Yeni tədris ilində 121696 uşağın ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında  təhsil alacağı proqnozlaşdırılır.

Müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə göstərənlər - 8 sentyabr

.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı