• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ağstafa və Tovuzda məktəb açılışı

Sentyabrın 11-də Ağstafa rayonu, Muğanlı kənd tam orta məktəbinin əsaslı təmir işlərindən sonra açılış mərasimi keçirilib.  Mərasimdə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov, Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Kamran Abbasov və məktəb direktoru iştirak edib.  Bildirilib ki, Muğanlı kənd tam orta məktəbinin əsaslı təmir olunmuş binası 624 şagird yerlikdir. 2019-2020-ci tədis ilində məktəbdə 359 şagird və 20 uşaq məktəbəhazırlıq qrupunda təhsil alıb. Şagirdlərin təlim-tərbiyəsi ilə 49 müəllim çalışır.  Təhsil müəssisəsində müasir sinif otaqları,  fizika-kimya laboratoriyaları, biologiya, texnologiya kabineti var. İdman zalı yenidən qurulub, yeni idman qurğuları ilə təchiz olunub. Akt zalı müasir fomada düzəldilərək 180 yerlik oturacaqla təmin edilib.100 şagird yerlik bufet müasir avadanlıqlarla təchiz edilib, müasir kitabxana yaradılıb.      Məktəblilər üçün futbol, voleybol, basketbol stadionları da istifadəyə verilib. Məktəb üçün müasir istilik qazanxanası tikilib. Qazla təchiz edilib.  Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar.    * * *   Sentyabrın 11-də Tovuz rayonu, Aşağı Quşçu kənd tam orta məktəbinin əsaslı təmir olunmuş tədris binasının da açılışı baş tutub. Açılışda Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov, Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Elmira Mürşüdlü və məktəb direktoru iştirak edib. Bildirilib ki, məktəb 1176  nəfər şagird yerlikdir. Məktəbdə müasir tipli kitabxana, idman zalı, 100 nəfərlik yeməkxana, avadanlıqlarla təchiz edilmiş  3 laboratoriya, 192 nəfərlik akt zalı, müasir infrastrukturla təchiz edilmiş sinif otaqları, müəllimlər otağı və digər yardımçı otaqlar yeni tədris ilində şagirdlərin istifadəsinə veriləcək. Məktəbdə 850 şagirdin təlim-tərbiyəsi ilə 93 müəllim məşğul olacaq. Daha sonra qonaqlar məktəbdə əsaslı təmirdən sonra yaradılmış şərait ilə tanış olublar.

Məhəbbət Vəliyeva Kürdəmirdə məktəb açılışında iştirak edib

Sentyabrın 11-də əsaslı təmir olunmuş Kürdəmir şəhəri 1 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib.  Açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva,  Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov və məktəb direktoru iştirak edib.  Qeyd olunub ki, sözügedən məktəb 1250 şagird yerlikdir. Hazırda məktəbdə 1174 şagird təhsil alır. Təhsil müəssisəsində 35 sinif otağı, 3 laboratoriya, 2 informatika, 2 texnologiya kabineti, 2 məktəbəqədər hazırlıq qrupu üçün otaq, 10 inzibati otaq, 64 yerlik bufet, yeməkxana, 180 yerlik akt zalı və idman zalı var. Məktəb üçün iki geniş, açıq və qapalı idman meydançaları da istifadəyə verilib. Açılış mərasimindən sonra qonaqlar məktəbin sinif otaqları, fənn kabinetləri, laboratoriya və idman zalı ilə tanış olublar.

Şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu dayandırılır

11 sentyabr saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemində yay dövrü üçün şagird yerdəyişməsi prosesi dayandırılır. Səbəb siniflərin komplektləşdirilməsinin təmin edilməsi ilə bağlıdır. Portalda mövcud sorğuların tamamlanması  prosesi 15 sentyabr saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərinin əvvəl oxuduğu məktəbdən götürərək yerdəyişmə etdikləri məktəbə təqdim olunmasını təmin etməlidirlər. Yerdəyişmə portalının oktyabrın ilk həftəsində yenidən açılması planlaşdırılır.

5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni tədris binası əsaslı təmirdən sonra istifadəyə verilib

Sentyabrın 11-də Təhsil Nazirliyinin 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 89 ünvanında yerləşən tədris binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov iştirak edib.  Bildirilib ki, Mərkəzdə uşaq və gənclərin yaradıcı təxəyyülünün inkişafı üçün hər cür şərait yaradılıb. Layihəyə uyğun olaraq, binanın 1-ci  mərtəbəsində məşğələ və inzibati otaqlar, akt zalı, mətbəx, 2-ci mərtəbəsində isə məşğələ və köməkçi otaqlar fəaliyyət göstərir. Təhsil nazirinin müavini Firudin Qurbanov yeni tədris binasının şəraiti ilə tanış olub, mərkəzin fəaliyyətinə uğurlar arzulayıb. Nazir müavini məktəbdənkənar təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərin uşaq və gənclərin yaradıcılıq imkanlarına, bilik və bacarıqlarının inkişaf etdirilməsinə, onların hərtərəfli inkişafına əhəmiyyətli təsir edəcəyini vurğulayıb. Firudin Qurbanovun sözlərinə görə, uşaq, yeniyetmə və gənclərin maraq, meyl, bacarıqlarının müəyyənləşdirilməsi və оnların yaradıcılıqlarının, asudə vaxtlarının təşkilinin, fiziki inkişafının dəstəklənməsi, məktəbdənkənar təhsilin istiqamətləri üzrə keyfiyyətin yüksəldilməsi, qazanılan nailiyyətlər ölkəmizdə təhsil sahəsinə, o cümlədən məktəbdənkənar təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Nazir müavini xüsusi karantin rejimi dövründə inkişaf mərkəzində təlim-tərbiyə prosesinin, distant təhsil formasının təşkili ilə bağlı tövsiyələr verib, habelə təhsilverənlərin yaşı və sağlamlıq vəziyyətinə görə koronavirus (COVİD-19) xəstəliyinə yoluxma riskinin yüksək olmasından asılı olaraq, təlim-tərbiyə prosesinə cəlb edilməsi məsələlərinin təlimin və tədrisin təşkili zamanı nəzərə alınmasını xüsusi qeyd edib.  Qeyd edək ki, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən 22 dərnəkdə 2000 uşaq məşğul olur, 78 nəfər pedaqoji işçi çalışır. 1992-ci ildən fəaliyyət göstərən Mərkəz respublika və beynəlxalq səviyyəli tədbirlərdə uğurla iştirak edib, müəssisənin yetirmələri müsabiqə, sərgi və festivallarda diplom, fəxri fərman və sertifikatlara layiq görülüb.

Peşə təhsili müəssisələrinə qəbulun II mərhələsi üzrə müraciət edənlərin sayı beş mini ötüb

Peşə təhsili müəssisələrinin boş qalan yerlərinə müraciət edənlərin sayı 5268-ə çatıb. Onlardan 4415-i ixtisas seçimini tamamlayıb. II mərhələ zamanı təqdim olunan boş qalmış 9 898 yerdən 4 141-i dövlət hesabına, 5 757 yer isə ödənişli əsaslarla həyata keçirilir. Qeyd edək ki, peşə təhsili müəssisələrinə boş qalan yerlər üzrə elektron tələbə qəbulunun II mərhələsinə 4 sentyabr tarixindən start verilib. Qəbul https://qebul.vet.edu.az/ platforması üzərindən elektron qaydada, ödənişsiz formada 2 mərhələdən ibarət şəkildə aparılır. Sənəd qəbulu 14 sentyabr saat 18:00-dək davam edəcək. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. Peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə nümayiş etdirməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilirlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır. Bundan əlavə, I mərhələ zamanı uğur qazanmış, lakin qəbul olduğu ixtisas üzrə təhsil almaqdan imtina edən şəxslərin də II mərhələyə qatılmaq imkanı var. Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatlarının doğruluğu yoxlanıldıqdan sonra müraciət edən şəxsin ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciətlər barədə məlumat "Şəxsi kabinetim" bölümündə yenilənir. Müsabiqədə iştirak edən şəxslərə nəticə barədə "SMS" bildiriş vasitəsilə məlumat təqdim olunacaq. Uğurlu nəticə göstərən şəxslərin qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatlar şəxsi kabinet bölümündə yerləşdiriləcək.

"Dərs vaxtı"nın 11 sentyabr cədvəli

"Mədəniyyət", "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 11-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər.

Yeni dərs ili üçün nümunəvi cədvəllər

Hörmətli məktəb rəhbərləri və müəllimlər, Hibrid tədris üçün dərs cədvəli nümunəsini  təqdim edirik.  Bu nümunələr 4 müxtəlif  situasiyanı əhatə edir: - əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün; - əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə; - əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün; - əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə.   Bu nümunədən istifadə etməklə məktəbinizin xüsusiyyətlərinə uyğun dərs cədvəli hazırlaya bilərsiniz. Nəzərə almaq lazımdır ki, sinif yarımqruplara bölündüyü halda uyğunlaşdırılmış tədris planında distant dərslər üçün nəzərdə tutulmuş dərslərin bir hissəsini əyani dərslərə vermək lazımdır. Dərs cədvəlinizi həm də teledərslərin cədvəlinə uyğunlaşdırmağınız tövsiyə olunur. Teledərslər hər gün “Mədəniyyət” və “Arb Günəş”  televiziya kanallarında səhər və günorta təkrar verilməklə yayımlanır. 

Təhsil naziri IX sinif şagirdinə baş çəkib

Sentyabrın 10-da Təhsil naziri Emin Əmrullayev üç gün əvvəl müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Bakı şəhəri 313 nömrəli tam orta məktəbin şagirdi Solmaz Hacıyevaya baş çəkib.  Məktəblinin müalicəsinin gedişi ilə maraqlanan Təhsil naziri şagirdin valideynləri və həkimlərlə görüşərək onlarla söhbət edib. Emin Əmrullayev şagirdin tez sağalması və normal həyata qayıtması üçün lazımi dəstək göstəriləcəyini bildirib,  ona Allahdan şəfa diləyib.

Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə "AzerGold" QSC Fəaliyyət Planı imzalayıb

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə "AzerGold" QSC arasında 2020-2021-ci illər üzrə əməkdaşlığa dair Fəaliyyət Planı imzalanıb.         Fəaliyyət Planı peşə təhsilinin nüfuzunun və cəlbediciliyinin,  mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının artırılması, əmək bazarında tələb və təklifin uzlaşdırılması, tədrisin təşkili və peşə təhsili müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi ilə bağlı birgə tədbirlərin həyata keçirilməsini müəyyən edir. Qeyd edək ki, “AzerGold” QSC-nin yeni mədən layihələrinin icrasının ən fəal mərhələsində, 2025-2029-cu illər ərzində böyük hissəsi texniki peşə təhsilli mütəxəssislər olmaqla 14 minə qədər şəxsin işə cəlb edilməsi nəzərdə tutulur. İxtisaslaşmış peşə sahiblərinə yaranacaq böyük tələbat nəzərə alınaraq tərəflər arasında imzalanan Fəaliyyət Planı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi, “AzerGold” QSC-nin fəal iştirakı ilə ehtiyac duyulan təyinatlar üzrə kadrlar yetişdiriləcək. Birgə əməkdaşlıq fəaliyyətinin nəticəsində peşə təhsilini uğurla başa vurmuş ixtisaslı kadrların təcrübi biliklərə yiyələnməsi və cəmiyyət tərəfindən müvafiq sahələr üzrə işlə təmin olunması nəzərdə tutulur. Xatırladaq ki, tərəflər arasında imzalanan Fəaliyyət Planının hüquqi bazasını cari ilin may ayında qurumlar arasında qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı üzrə ehtiyac duyulan peşə təhsilli ixtisaslı kadrların hazırlanması istiqamətində birgə fəaliyyətlə bağlı imzalanmış Anlaşma Memorandumu təşkil edir.

Peşə təhsili üzrə teledərslərin çəkilişi davam edir

Yeni tədris ilindən başlayaraq bir sıra peşə ixtisasları üzrə dərslərin “Dərs vaxtı” çərçivəsində yayımı davam etdiriləcək. Hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən “Aşpaz” və “Qənnadçı, şirniyyatçı” ixtisasları üzrə videodərslərin çəkilişi davam etməkdədir.  Peşə pilləsi üzrə teledərslərin dərs cədvəli qısa zamanda açıqlanacaq. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər, sözügedən dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron resurslarından, eləcə də https://video.edu.az/ platforması üzərindən də izləyə biləcəklər. Qeyd edək ki, 2020-2021-ci tədris ilindən etibarən peşə təhsili pilləsi üzrə tədrisi aparılan əsas baza modullarının teledərslər formatında yayımlanması da nəzərdə tutulur. “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq teledərs formatı qismən tətbiq ediləcək. Teledərslər bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsinə və dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətlənib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı