SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İmişli rayonunda məktəb açılışı
Sentyabrın 10-da İmişli rayonu Muradxanlı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.
Mərasimdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev iştirak edib.
Bildirilib ki, iki mərtəbədən ibarət təhsil müəssisəsi 264 şagird üçün nəzərdə tutulub. 11 sinif otağından ibarət tədris ocağında bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, 3 laboratoriya, akt və idman zalları fəaliyyət göstərir. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunub.
Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.
5 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl